Gələcək zaman
Gələcək zaman iki cür olur: 1) qəti gələcək, 2) qeyri-qəti gələcək.
- Qəti gələcək feillərə -acaq, -əcək(yacaq, yəcək) şəkilçisi artır-maqla düzəlir və hərəkətin icra olunacağını qətiyyətlə bildirir. Məsələn:
I al-acağ-am al-acağ-ıq ək-əcəy-əm ək-əcəy-ik
II al-acaq-san al-acaq-sınız ək-əcək-sən ək-əcək-siniz
III al-acaq al-acaq-lar ək-əcək ək-əcək-lər
Qəti gələcək zamanın üçüncü şəxsinin təkində şəxs şəkilçisi işlənmir.
- Qeyri-qəti gələcək zaman feillərə -ar, -ər (-yar,-yər) şəkil-çi-si artırmaqla düzəlir və hərəkətin icrasının qəti şəkildə deyil, qeyri-müəyyən (şübhəli) olduğunu bildirir. Məsələn:
I gül-ər-əm gül-ər-ik oxu-yar-am oxu-yar-ıq
II gül-ər-sən gül-ər-siniz oxu-yar-san oxu-yar-sınız
III gül-ər gül-ər-lər oxu-yar oxu-yar-lar
Qeyri-qəti gələcək zamanın üçüncü şəxsinin təkində şəkilçi işlənmir.
Qeyd:
1. Qəti gələcək zamanda inkar feillər dəyişərkən inkar şəkilçisi (-ma,-mə) olduğu kimi işlənir (al-acaq – al-ma-ya-caq, vur-acaq -vur-ma-yacaq və s.), qeyri-qəti gələcək zamanda isə inkar şəkilçisinin saiti (-a,-ə) düşür, ikinci və üçüncü şəxsdə isə zaman şəkilçisinin (-ar2, -yar2) r səsi z səsinə çevrilir. Məsələn: gör-m-ər-əm; gör-m-əz-sən; gör-m-əz.
2. Feil –la2 şəkilçisi ilə bitdikdə iki hal özünü göstərir.
qeyri-qəti gələcək zaman şəkilçisindən əvvəl "y" bitişdiricisi işlənir (başla-y-ar, işlə-y-ər);
və ya qeyri-qəti gələcək zamanın şəkilçisində olan sait düşür. Məsələn: başla-y-ar -başla-r; işlə-y-ər -işlə-r və s
Dostları ilə paylaş: |