Baki slavyan universiteti Fakültə Məktəbəqədər təlim tərbiyə və ibtidai təhsil



Yüklə 63,24 Kb.
səhifə8/13
tarix02.01.2022
ölçüsü63,24 Kb.
#41769
1   ...   5   6   7   8   9   10   11   12   13
Feil

Feil şəkillərinin rəvayəti

Qeyd:

Feil şəkillərinin rəvayəti sadə şəkillərin üzərinə imiş hissəciyinin artırılması yolu ilə yaranır. İmiş hissəciyi sonu samitlə bitən feil şəkillərində iki cür, həm ayrı, həm də şəkilçiləşmiş -mış4 formasında yazılır. Məsələn: ged-əcək-miş, ged-əcək imiş, yaz-ar-mış, yaz-ar imiş və s.

Bu hissəcik (imiş) sonu saitlə bitən feil şəkillərinə qoşulduqda ayrı yazılır, amma bir yerdə tələffüz olunur. Məsələn: gəz-məli imiş (gəz-məliymiş), gül-əsi imiş (gül-əsiymiş) və s.

"İmiş" hissəciyi feilin əmr şəklinə və şühudi keçmiş zamana artırıla bilməz.

Feil şəkillərinin hekayəsindən fərqli olaraq, rəvayətində imiş öz qısa variantında bəzən şəxs şəkilçilərindən sonra da artırıla bilər. Məsələn:


  • I al-ır-mış-am al-ır-am-mış

  • II al-ır-mış-san al-ır-san-mış

  • III al-ır-mış al-ır-mış

Feil şəkillərinin rəvayətində III şəxsin təkində şəxs şəkilçi iştirak etmir.


Yüklə 63,24 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin