Baki slavyan universiteti Fakültə Məktəbəqədər təlim tərbiyə və ibtidai təhsil



Yüklə 63,24 Kb.
səhifə6/13
tarix02.01.2022
ölçüsü63,24 Kb.
#41769
1   2   3   4   5   6   7   8   9   ...   13
Feil

Arzu şəkli

Arzu şəkli işin gələcəkdə icrasının arzu olunduğunu bildirir və feillərə -a,-ə (ya, -yə) şəkilçisi artırmaqla düzəlir. Arzu şəklində feildən əvvəl çox vaxt gərək, kaş sözlərindən biri işlədilir. Məsələn:



  • I gərək (kaş) al-a-m al-a-q oxu-ya-m oxu-ya-q

  • II gərək (kaş) al-a-san al-a-sınız oxu-ya-san oxu-ya-sınız

  • III gərək (kaş) al-a al-a-lar oxu-ya oxu-ya-lar

Arzu şəklinin inkarını düzəltmək üçün –ma2 şəkilçisindən istifadə olunur.

Arzu şəklində III şəxsin təkində şəxs şəkilçisi olmur.

Arzu şəkilçisi adətən feildən əvvəl gərək və təki . barı sözləri işlənir. Məsələn-təki gör-ə və s.

Vacib şəkli

Vacib şəkli icra ediləcək işin zəruri olduğunu bildirir və feillərə -malı, -məli şəkilçisi artırmaqla düzəlir. Məsələn:



  • I get-məli-yəm get-məli-yik bil-məli-yəm bil-məli-yik

  • II get-məli-sən get-məli-siniz bil-məli-dir bil-məli-siniz

  • III get-məli-dir get-məli-dirlər bil-məli-dir bil-məli-dirlər

Bu şəklin inkarı da –ma2 şəkilçisi ilə düzəlir. Məsələn: Oxu-ma-malı-dır, yaz-ma-malı-san və s. əsasən -malı-məli şəkilçisi ilə işlənir

Lazım şəkli

Lazım şəkli icra ediləcək hərəkətin lazım olduğunu bildirir və feillərə -ası,-əsi (-yası, -yəsi) şəkilçisi ar-tırmaqla düzəlir. Lazım şəklinin inkarını düzəltmək üçün deyil sözündən istifadə olunur. Ona görə də lazım şəklinin inkarında şəxsə və kəmiyyətə görə dəyişən hissə deyil sözü olur. Məsələn:



  • I gəl-əsi-yəm gəl-əsi deyil-əm gəl-əsi-yik gəl-əsi deyil-ik

  • II gəl-əsi-sən gəl-əsi deyil-sən gəl-əsi-siniz gəl-əsi deyil-siniz

  • III gəl-əsi-dir gəl-əsi deyil gəl-əsi-dirlər gəl-əsi deyil-lər

Lazım şəklinin inkarının III şəxsinin təkində şəxs şəkilçisi olmur.

Əsasən -ası-əsi şəkilçisi ilə işlənir.



Şərt şəkli

Feilin şərt şəkli hərəkətin icrasının müəyyən şərtlə bağlı olduğunu bildirir və feillərə -sa,-sə şəkilçisi artırmaqla düzəlir. Məsələn:



Bu şəklin də inkarı -ma2 şəkilçisi ilə düzəlir. Məsələn: get-mə-sə-m, yaz-ma-sa-n, bil-mə-sə və s.

Şərt şəklində olan feillərdən əvvəl bəzən əgər bağlayıcısı da işlənir. Məsələn: əgər bil-sə-m; əgər get-sə-n; əgər oxu-sa. Şərt şəklinin III şəxsinin təkində şəxs şəkilçisi olmur. Şərt şəklində olan feillər müstəqil cümlənin xəbəri ola bilmir, yalnız mürəkkəb cümlədə asılı cümlənin xəbəri olub, hərəkətin icrasını müəyyən şərtlə bağlayır Məsələn: Əgər bizə gəlsən, kitabı gətirməyi unutma. İzahlardan göründüyü kimi, feilin arzu, vacib, lazım və şərt şəkilləri gələcək zamanla bağlı şəkillərdir. Qeyd: Sadə şəkillərdə (formalarda) işlənmiş feillərə -maq2 məsdər şəkilçisi artırmaq olmadığı halda, feilin qrammatik növlərinin sonuna bu şəkilçini artırmaq olur. Məsələn: al-maq (məlum növ), yaz-ıl-maq (məchul növ), yaz-ış-maq (qarşılıq birgəlik növ) və s.

Feilin mürəkkəb şəkilləri

Feilin mürəkkəb şəkilləri sadə şəkillərin üzərinə idi, imiş, isə hissəciklərinin artırılması yolu ilə düzəlir və üç yerə bölünür:




Yüklə 63,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin