Açar sözl
ər: SSRİ, M.S. Qorbaçov, milli münaqişələr, Yeni İttifaq Müqaviləsi, Müstə-
qil Dövl
ətlər Birliyi
Dünya kommunzm düşərgəsinin mərkəzi olan SSRİ XX əsrin 80-ci illə-
rind
ə dərin iqtisadi və siyasi böhran mərhələsinə daxil olmuşdu. İdarəetmədə
inzibati-
amirlik metodlarının tətbiqi, azadfikirliliyə qarşı mübarizə, rəsmi elan
olunmuş iqtisadi göstəricilərin əsassız olaraq şişirdilməsi, kölgə iqtisadiyyatı-
nın, korrupsiyanın genişlənməsi, hərbi xərclərə iri həcmdə vəsaitlərin ayrılma-
sı, həyat səviyyəsinin davamlı olaraq aşağı düşməsi və s. mənfi hallar böhrana
qarşı səmərəli mübarizə aparmağa imkan vermirdi. Rəhbərlikdə təmsil olun-
muş şəxslərin yaş həddinin yüksək olması, problemlərə çevik reaksiya verə
bilm
əmələri də böhranın dərinləşməsinə səbəb olan amillərdən idi. 1980-ci ildə
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvlə-
ri
nin orta yaş həddi təxminən 75-ə bərabər idi (1, 7).
T
əbii ehtiyatların zəngin olmasına baxmayaraq ölkənin iqtisadi göstərici-
l
əri durmadan pisləşir, dövlət mülkiyyətinə əsaslanan planlı iqtisadiyyat şərai-
tind
ə bazarın tələblərini tam nəzərə almaq mümkün olmurdu. 1970-1985-ci
ill
ərdə istər sənayedə, istərsə də kənd təsərrüfatında inkişaf sürəti əhəmiyyətli
d
ərəcədə aşağı düşmüşdü. XX əsrin 60-cı illərinin ikinci yarısında sənayenin
orta
illik artım sürəti 8,4 %-ə bərabər idisə, 1981-1985-ci illərdə bu göstərici
3,5 %-
ə qədər azalmışdı. Eyni dövrdə kənd təsərrüfatında inkişaf sürəti 4,3 %-
61
d
ən 1,4 %-ə, iqtisadiyyata kapital qoyuluºunun həcmi isə daha çox, 7,5 %-dən
1,8 %-
ə qədər azalmışdı (2, 403 ).
V
əziyəti ağırlaşdıran amillərdən biri də, demoqrafik vəziyyətin mənfi
istiqam
ətdə dəyişməsi idi. 1960-cı ildən 1970-ci illərin sonuna qədər SSRİ-də
yeni doğulanların sayı 25 % azalmış, ölüm halları isə 15 % artmışdı (2, 409).
K
əndin perspektiv inkişafı haqqında 1976-cı ildə hazırlanmış və kəndin urbani-
za
siyasını nəzərdə tutan xüsusi planın icrasına yüz milyardlarla manat yönəldilsə
d
ə, əks nəticə əldə olunmuş, minlərlə kənd boşalmış, kəndlilərin şəxsi təsərrüfat-
ları tənəzzülə düçar olmuşdu (3, 197). Sürətlə silahlanma və ona çəkilən
x
ərclərin durmadan artması ölkə iqtisadiyyatı üçün ağır bir yükə çevrilmişdi.
Elmi
əsaslandırılmış islahatların aparılmaması bölgə iqtisadiyyatı və
korrup
siyanın çiçəklənməsi üçün şərait yaradırdı. Fransız sosioloqu M.Doqanın
sözl
əri ilə desək, korrupsiya öz növbəsində rejimin qeyri-legitimliyini göstərən
amildir (4, 151).
Yaranmış problemlərin çoxu SSRİ-də mövcud olan və totalitar xarakter
daşıyan siyasi sistemin təbiətindən irəli gəlirdi. Demokratik cəmiyyət üçün
xarakterik olan azadfikirlilik, siyasi
plüralizm, çoxpartiyalılıq və s. dəyərlərə
yer verilmirdi. K
ənar təsirlərdən qorumaq məqsədilə cəmiyyətin ətraf aləmdən
t
əcrid olunmasına, qapalılığına xüsusi diqqət yetirilirdi. Həyata keçirilən siya-
s
ət, demək olar ki, bir məqsədə, artıq deformasiyaya uğramış, nüfuzunu itirmiş
Kommunist Partiyasının idarəetmədəki inhisarçı mövqeyinin qorunub saxlanıl-
masına xidmət edirdi.
SSRİ-ni süquta aparan səbəblərdən biri də, insanların süuruna hakim
k
əsilmiş işıqlı və firavan gələcək, kommunizm haqqındakı ideyaların reallıq-
dan uzaq olması, nəticədə insanların ümidsizliyə qapılması ilə bağlı idi. İnsan-
ların həyat səviyyəsinin getdikcə pisləşdiyi bir şəraitdə kommunizm haqqında
fikirl
ərin səsləndirilməsi cəmiyyətdə artıq narazılıqla qarşılanır, ümidsizliyin
daha da artmasına gətirib çıxarırdı. Mövcud rejimdən narazılıq özünü dissident
h
ərəkatında, insanların müxtəlif yollarla ölkəni tərk etməsində göstərirdi.
XX
əsrin 70-ci illərindən başlayaraq informasiya-telekommunikasiya
sisteml
ərinin sürətlə inkişaf etməsi qərb demokratiyası, qərb həyat tərzi haq-
qındakı məlumatların sovet insanına çatdırılması işini asanlaşdırırdı. Xaricdən
ötürül
ən radio dalğalarının qarşısını müxtəlif üsullarla almaq cəhdləri səmərə-
siz v
ə mənasız bir işə çevrilirdi. Qərbin çoxşaxəli informasiya hücumu qarşı-
sında gücsüzlük, onun neytrallaşdırılmasının mümkünsüzlüyü son nəticədə
sovet siyasi sisteminin iflası üçün zəmin yaradırdı.
SSRİ-nin daxilində yaranmış böhranlı vəziyyət onun beynəlxalq nüfuzu-
na, beyn
əlxalq münasibətlər sistemindəki roluna da mənfi təsir göstərirdi.
1979-cu ild
ə sovet qoşunlarının Əfqanıstana müdaxiləsi dünyada SSRİ-yə olan
ina
mın və etimadın xeyli azalması ilə nəticələnmişdi. XX əsrin 80-ci illərinin
əvvəllərində Polşada “Həmrəylik” təşkilatının demokratiya uğrunda apardığı
mübariz
ə bütövlükdə sosializm düşərgəsində ziddiyyətlərin dərinləşməsinə
güclü t
əsir göstərmişdi. Latın Amerikası, Cənub-Şərqi Asiya və Afrika ölkələ-
62
rind
ə Moskvanın təsirinin zəifləməsini ümumilikdə SSRİ-nin xarici siyasətinin
uğursuzluğu kimi qiymətləndirmək olar.
Bütün qeyd olunanlarla yanaşı, ABŞ tərəfindən kosmosun hərbiləşdiril-
m
əsi proqramının irəli sürülməsi və SSRİ-ni irimiqyaslı vəsaitlər xərcləməklə
cavab t
ədbirləri görməyə vadar etməsi avtarkiya prinsipinə əsaslanan sovet
iqtisadiyyatını tamamilə taqətdən salmışdı. XX əsrin 70-80-ci illərində ABŞ-da
yalnız kosmik hərbi proqramların həyata keçirilməsinə təxminən 50 milyard
dollar v
əsait xərclənmişdi (5, 319), SSRİ-nin isə buna adekvat cavab vermək
imkanları məhdud idi.
1982-
ci ilin noyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi
Komit
əsinin Baş Katibi, 76 yaşlı L.İ.Brejnevin vəfatından sonra, onu 1967-1982-ci
ill
ərdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri işləmiş Y.V.Andropov
əvəz etdi. 1984-cü ilin fevralında, cəmi 14 ay hakimiyyətdə olmuş Y.V.Andropo-
vun v
əfatından sonra onun yerini tutmuş K.U. Çernenko isə 1985-ci ilin martında
v
əfat etdi və bundan sonra SSRİ-də hakimiyyətə M.S.Qorbaçov gəldi.
M.S.Qorbaç
ovun Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitə-
sinin Baş Katibi seçilməsi ilə SSRİ tarixinin yeni, kifayət qədər ziddiyyətli bir
dövrü başlandı. Yeni rəhbərliyin elan etdiyi yenidənqurma siyasəti cəmiyyətin
mü
əyyən qədər fəallaşmasına, müxtəlif istiqamətli təşkilatların meydana gəl-
m
əsinə səbəb oldu. İlkin olaraq ölkənin iqtisadi geriliyini aradan qaldırmaq
planlaşdırılırdı. M.S.Qorbaçovun volyuntarist xarakterli sürətləndirmə strategi-
yası iqtisadiyyata, xüsusilə də ağır sənaye sahələrinə kapital qoyluşunun artırıl-
ma
sını, yeni texnologiyaların tətbiqini, istehsal müəssisələrini özünümaliyyə-
l
əşdirmə prinsipinə keçirilməsini, onlara müəyyən qədər sərbəstlik verilməsini
n
əzərdə tuturdu, lakin aparılan siyasət nəinki gözlənilən nəticələri vermədi,
əksinə, SSRİ-də sosial-iqtisadi böhranın daha da dərinləşməsi ilə nəticələndi.
Bu, bir neç
ə səbəb ilə əlaqədar idi. Hər şeydən əvvəl, həyata keçirilən siyasətin
qeyri-mü
əyyənliyini, qarşıya qoyulan məqsədlərə çatmaq üçün kifayət qədər
maliyy
ə resurslarının olmamasını, ölkə büdcəsinin kəsrlə yerinə yetirilməsini
qeyd etm
ək lazımdır.
Yenid
ənqurmanın birinci ilində, yəni 1985-ci ildə büdcənin gəlirlər hissə-
si 372,8 milyard manata b
ərabər idisə, onun xərclər hissəsi 385,6 milyard
manat t
əşkil etmişdi. Gəlirlərlə xərclər arasındakı fərq sonrakı illərdə daha da
artmışdı. 1986-cı ildə büdcənin gəlirləri əvvəlki il ilə müqayisədə azalaraq 6
milyard manata düşdüyü halda, xərclər artaraq 417,1 milyard manatsa qalxmış
v
ə büdcə kəsri 45,5 milyard manat təşkil etmişdi. 1987-ci ildə büdcə gəlirləri
378,9 milyard, x
ərcləri isə 430,9 milyard manata, büdcə kəsri isə 52 milyard
manata b
ərabər olmuşdu. 1988-ci ildə büdcənin gəlirləri əvvəlki il ilə müqa-
yis
ədə cəmi 0,5 milyard manat artdığı halda, xərcləri təxminən 30 milyard
manat artmışdı. Alkoqolizmə qarşı mübarizə adı altında aparılan düşünülməmiş
siyas
ət nəticəsində ölkə büdcəsi 1985-ci ildə təxminən 10 milyard, 1986-cı ildə
20 milyard, 1987-ci ild
ə isə 30 milyard manat gəlirdən məhrum olmuşdu.
Dünyada neftin bir barrelinin qiym
əti 1980-ci ildə orta hesabla təxminən 80
63
ABŞ dollarına, 1983-cü ildə 30 dollara bərabər idisə, 1985-ci ildə bu rəqəm 26
dollara, 1986-
cı ildə 15 dollara, 1987-ci ildə isə 12 dollara qədər aşağı düşmüş-
dü. Neft qiym
ətlərinin aşağı düşməsi nəticəsində təkcə 1987-ci ildə SSRİ-nin
valyuta g
əlirləri 50 % azalmışdı (1, 95-97).
Dövl
ət mülkiyyətinin hakim olduğu bir şəraitdə İqtisadi islahatların
aparılmasına cəhd edilməsi də uğursuzluğa gətirən səbəblərdən idi. İnfilyasiya-
nın sürətlə artması, sovet manatının dəyərdən düşməsi ölkənin maliyyə sistemi-
ni iflic v
əziyyətinə gətirmişdi.
Yenid
ənqurma siyasətini iflasa düçar edən başqa səbəb, ölkədə köklü
siyasi islahatların aparılmaması, Kommunist Partiyasının hakim mövqeyini hər
vasit
ə ilə qoruyub saxlamaq istiqamətində atılmış uğursuz addımlar ilə bağlı
idi. Siyasi azadlıqların tam təmin olunmadığı şəraitdə alternativ seçkilərin keçi-
rilm
əsi, rəhbər vəzifəli şəxslərin gizli səsvermə yolu ilə seçilməsi, SSRİ Xalq
Deputatları Qurultayı və SSRİ Ali Sovetindən ibarət ikipalatalı nümayəndəli
orqanın yaradılması və s. addımlar formal xarakter daşıyır, siyasi dekorasiya-
dan
əlavə heç bir əhəmiyyət kəsb etmirdi.
Demokratikl
əşdirmə, aşkarlıq, söz və mətbuat azadlığı kimi dəyərlərin
b
əyan olunmasına baxmayaraq, hakimiyyət onlardan özünün müəyyənləşdirdiyi
ç
ərçivədə istifadə etməyə çalışır, mövcud nöqsanların üzə çıxarılmasına deyil,
keçmişin təftiş olunmasına, stalinizmin tənqidinə daha çox diqqət yetirirdi.
1990-
cı ilin martında keçirilmiş SSRİ xalq deputatlarının növbədənkənar
üçüncü qurultayı tərəfindən SSRİ Konstitusiyasına əlavələr edilməsi, prezi-
dentlik i
nstitutunun yaradılması və M.S.Qorbaçovun SSRİ-nin birinci prezi-
denti seçilm
əsi ölkədəki mövcud vəziyyətə heç bir müsbət təsir göstərmədi.
Ümumiyy
ətlə, M.S.Qorbaçovun və onun komandasının qeyri-ardıcıl,
düşünülməmiş siyasəti SSRİ-də formalaşmış sosializm sisteminin mahiyyətin-
d
ən irəli gələn problemləri nəinki aradan qaldırmadı, əksinə onları daha da
k
əskinləşdirdi və qarşısıalınmaz bir səviyyəyə gətirdi ki, bu da öz növbəsində
sistemin süqutunu sür
ətləndirirdi. M.S.Qorbaçova qarşı Rusiya Sovet Federativ
Sosialist Respublikası Ali Sovetinin sədri B.N. Yeltsinin ətrafında güclü mü-
xalif
ət formalaşmışdı. 1991-ci ilin iyununda B.N.Yeltsinin Rusiya Prezidenti
seçilm
əsindən sonra SSRİ prezidenti ilə Rusiya prezidenti arasındakı siyasi
mübariz
ə daha da kəskinləşdi. B.N.Yeltsinin siyasi kursunun əsasını SSRİ-nin
m
ərkəzi hakimiyyət orqanlarına qarşı mübarizə təşkil edir, o, Rusiyanın suve-
renliyi ideyasını geniş təbliğ edirdi.
Suverenlik uğrunda mübarizə təkcə Rusiya Federasiyasını deyil, SSRİ-yə
daxil olan respublikaların əksəriyyətini əhatə etmişdi. Bu mübarizə sovet
c
əmiyyətində doqma səviyyəsinə çatmış “sovet beynəlmiləlçiliyi”, “xalqlar
dostluğu”, “sovet xalqlarının sarsılmaz ailəsi” kimi fikirlərin heç bir əsasının
olmadığını gündəmə gətirdi. Siyasi hakimiyyətin zəifləməsi ilə ölkə ərazisində
milli-
etnik münaqişələrin meydana gəlməsi SSRİ-nin süni şəkildə, güc tətbiq
etm
əklə, xalqların milli-tarixi xüsusiyyətləri və reallıqları nəzərə alınmadan
yaradılmış bir dövlət olduğunu bir daha sübut edirdi. Respublikalarda milli
64
m
ənliyini dərk edən, milli ideyanın təbliği ilə məşğul olan ziyalı təbəqəsinin
formalaşması müstəqillik və suverenlik uğrunda mübarizəni təşkilatlanmış
şəkildə aparmağa imkan verirdi. SSRİ-də milli məsələnin son dərəcə həssaslı-
ğını, millətlərarası münasibətlərin ədalətli şəkildə tənzimlənməsi mexanizminin
işlənib hazırlanmamasını nəzərə alan bəzi tədqiqatçılar sovet dövlətinin məhz
milli ziddiyy
ətlər, münaqişələr nəticəsində dağılacağı fikrini irəli sürürdülər.
M
əsələn, tarixçi A.Amalrikin 1969-cu ildə yazdığı, lakin 1994-cü ildə geniş
oxucu kütl
əsinə təqdim olunmuş məqaləsində SSRİ-nin 1984-cü ilədək süqut
ed
əcəyi proqnozlaşdırılırdı (6, 642-675). Müəllif zaman baxımından səhv etsə
d
ə, nəticə etibarilə prosseslərin gedişini uzaqgörənliklə söyləyə bilmişdi.
Yenid
ənqurma dövründə milli əsasda ilk münaqişə 1986-cı ilin dekabrın-
da Qazaxıstanda baş vermişdi. Bu respublikaya 25 ildən çox rəhbərlik etmiş,
milliy
ətcə qazax olan D.Kunayevin dekabrın 16-da təqaüdə göndərilməsi və
Rusiya Federasiyası Ulyanovsk Vilayət Partiya Komitəsinin birinci katibi, mil-
liyy
ətcə rus Q.Kolbinin M.S.Qorbaçov tərəfindən onun yerinə təyin olunması
respublikada birm
ənalı qarşılanmadı. Ziyalılar, tələbələr, fəhlələr və cəmiy-
y
ətin digər təbəqələri Q.Kolbinin respublikaya rəhbər təyin olunmasına qarşı
çıxış etmiş, dekabrın 17-də Alma-Atada “Hər bir xalqa öz rəhbəri!”, “Bizə
qazax r
əhbər lazımdır!”, “Diktə etmək bəsdir” və s. şüarlar altında açıq etiraz
nümayişi təşkil etmişdilər. Növbəti gün nümayişçılərə qarşı güc tətbiq edilmiş,
etirazların yatırılması zamanı bir neçə nəfərin həlak olması haqqında mə-
lumatlar yayılmış, 200 nəfərdən çox tələbə Qazaxıstan universitetindən xaric
edilmişdi (1, 234-237).
1988-
ci ilin fevralında Ermənistanın Azərbaycana qarşı ədalətsiz olaraq
ir
əli sürdüyü ərazi iddiaları, tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağı ələ
keçirm
ək cəhdləri və M.S.Qorbaçov başda olmaqla sovet rəhbərliyinin ermə-
nip
ərəst mövqeyi Azərbaycan xalqını öz hüquqları uğrunda mübarizə aparmağa
sövq etmişdi. Genişlənməkdə olan ümumxalq hərəkatının nəticəsi olaraq
yaradılmış Azərbaycan Xalq Cəbhəsinin 1988-1989-cu illərdə təşkil etdiyi
nümayiş və mitinqlərdə ərazi bütövlüyü, dövlət müstəqilliyi və suverenlik haq-
qında tələbləri əsas yer tuturdu. Qeyd edək ki, nəzərdən keçirilən dövrdə SSRİ-
nin müs
əlman respublikalarında, Azərbaycan Xalq Cəbhəsi istisna olmaqla,
qarşısına dövlət müstəqilliyinə nail olmaq məqsədi qoyan hərəkat və ya partiya
mövcud olmamışdı. SSRİ rəhbərliyi, azadlıqları uğrunda mübarizəyə qalxmış
dig
ər xalqlarla müqayisədə, Azərbaycan xalqı ilə daha sərt rəftar etdi, 1990-cı
il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi birləşmələri Azər-
baycanın paytaxtı Bakı şəhərinə yeridildi, yaşından, cinsindən, milliyyətindən
v
ə dinindən aslı olmayaraq 131 nəfər günahsız insan öldürüldü, 744 nəfər
yaralandı, 4 nəfər itkin düşdü, 400 nəfər həbs edildi (7, 280). Sonrakı günlərdə
qanlı hadisələr Azərbaycanın bir sıra digər şəhərlərində davam etdirilsə də,
Moskva Az
ərbaycan xalqının mübarizə əzmini qıra bilmədi. Məhz Bakıda və
Az
ərbaycanın başqa şəhərlərində baş vermiş qanlı olaylara etiraz əlaməti
olaraq, Az
ərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Sovet Sosialist
65
Respublikası 1990-cı ilin yanvarında öz müstəqilliyini elan etdi və bununla da
SSRİ-nin tərkibindən çıxdığını rəsmi olaraq bəyan etmiş ilk inzibati ərazi oldu.
Ümumiyy
ətlə, sovet rəhbərliyi xalqların getdikcə genişlənən azadlıq
h
ərəkatının qarşısını almaq üçün respublikalarda separatizmi şirnikləndirir,
sepa
ratçı qüvvələrə müxtəlif vasitələrlə yardım edirdi.
1989-cu ild
ə Abxaziyanın Gürcüstanın tərkibindən çıxaraq Rusiya Fede-
ra
siyasına daxil olmaq cəhdləri Gürcüstanda gərginliyin yaranmasına səbəb ol-
muşdu. Gürcü-abxaz qarşıdurması ilə yanaşı, gürcü-osetin münaqişəsinin
meydana g
əlməsi Cənubi Qafqazın bu respublikasında vəziyəti daha da mürək-
k
əbləşdirdi. Moskva Gürcüstanın ərazi bütövlüyünün qorunması istiqamətində
n
əinki qəti addımlar atmadı, əksinə, rus sosioloqu A.Q. Zdravomıslovun sözləri
il
ə desək, “Ittifaq və Risiya rəhbərliyində bəzi dairələr bu münaqişədə maraqlı
idil
ər” (8, 21-22).
1989-cu il aprelin 9-
da Gürcüstanın paytaxtı Tbilisidə separatizmə qarşı
t
əşkil olunmuş mitinqin sovet qoşunları tərəfindən dağıdılması zamanı, çoxu
qadın olmaqla 20 nəfərədək mitinq iştirakçısı həlak olmuşdu (1, 281). Bu
faci
əli hadisədən sonra Gürcüstanda da SSRİ-nin tərkibindən çıxmaq və dövlət
müst
əqilliyi uğrunda mübarizə genişlənmişdi.
Pribaltika respublikalarında müstəqillik uğrunda mübarizənin getdikcə
intensivl
əşməsi İttifaq rəhbərliyi üçün daha ciddi problemlər yaradırdı, çünki
Litva, Latviya v
ə Estoniyanın 1939-cu ildə SSRİ tərəfindən işğal olunması
faktı təkcə bu respublikalarda deyil, həm də SSRİ-nin demokratik qüvvələri
t
ərəfindən tanınırdı. Məhz bu fakt əsasında Estoniya və Latviyada Xalq Cəb-
h
ələri, Litvada isə “Sayudis” təşkilatı müstəqillik uğrunda mübarizəni daha
dinc vasit
ələrlə, qanuni üsullarla, SSRİ-dən çıxmaq hüququ haqqında sovet
Konstitusiyasının uyğun maddəsinə əsaslanaraq aparmağa üstünlük verirdilər
(8, 24-
28). Buna baxmayaraq, imperiya ambisiyalarından imtina etmək istəmə-
y
ən Kreml Pribaltikada da güc tətbiq etmiş, qan tökmüşdü. 1991-ci il yanvarın
12-d
ə Vilnüsdə Litva televiziyasının binasının sovet hərbçiləri tərəfindən ələ
keçirilm
əsi zamanı 16 nəfər öldürülmüşdü (2, 467).
Yenid
ənqurma dövründə milli qarşıdurmanın baş verdiyi respublikalar-
dan biri d
ə Moldova idi. Moldova Xalq Cəbhəsi moldovanları rumınların bir
hiss
əsi hesab edərək, Moldovanın Rumıniya ilə birləşməsi ideyasını təbliğ edir-
di (1, 291). Bel
ə mövqe Moldovanın türkdilli əhalisi olan qaqauzların və
Dnestr çayından şərqdə yaşayan slavyan əhalinin (ruslar və ukraynalıların)
nara
zılığına səbəb olmuşdu. Qaqauzlarla moldovanlar arasındakı qarşıdurma
geniş silahlı toqquşma səviyyəsinə çatmasa da, Kremlin himayə etdiyi slavyan
əhali separatçılıq yolunu tutaraq Kişinyova tabe olmaqdan imtina etmiş, bu da
t
ərəflər arasında çoxsaylı itkilərlə müşayət olunmuş hərbi əməliyyatların baş
verm
əsinə gətirib çıxarmışdı.
1988-1990-
cı illərdə milli zəmində qarşıdurma və toqquşmalar digər
sovet respublikalarında da baş vermişdi. Bu daha çox İkinci dünya müharibəsi
zamanı İ.V.Stalin tərəfindən deportasiya olunmuş xalqlarla bağlı idi. 1990-cı
66
ild
ə Özbəkistanın Fərqanə vadisində özbəklərlə Gürcüstandan bura köçürülmüş
m
əshət türkləri arasında qanlı toqquşmalar baş verdi. Orta Asiya və Qazaxısta-
na köçürülmüş krım tatarlarının vətənlərinə, Krıma qayıtmaları burada məs-
kun
laşmış rusların müqaviməti ilə üzləşdi. Digər bir qarşıdurma halı Şimali
Osetiyada osetinl
ərlə geri qayıtmış inquşlar arasında baş vermişdi. Rusiya
Federa
siyasının subyektləri olan Tatarıstan və Çeçen-İnquşetiya 1990-cı ildə öz
suverenlikl
ərini elan etdilər, lakin mərkəzi hakimiyyət orqanları onların suve-
ren
liyini tanımaqdan imtina etdi. Sonradan Rusiya rəhbərliyi Tatarıstanla
münasib
ətləri danışıqlar vasitəsilə tənzimləməyə nail olsa da, Çeçenistanda
v
əziyyət xeyli kəskinləşmiş və uzun sürən müharibəyə səbəb olmuşdu.
SSRİ-də mərkəzdənqaçma meyllərinin güclənməsinə, Şərqi Avropada
baş vermiş “məxməri inqilablar” nəticəsində sovet blokunun dağılması da
mü
əyyən təsir göstərmişdi. 1989-cu ilin iyununda Polşada keçirilmiş parlament
seçkil
ərində Polşa Kommunist Partiyasına müxalifətdə olan “Həmrəylik” təşki-
la
tı qalib gəldi, ölkədə prezidentlik institutu yaradıldı və 1990-cı ilin dekabrın-
da baş tutmuş prezident seçkiləri nəticəsində qeyd olunan təşkilatın rəhbəri
L.Valensa Polşanın birinci prezidenti oldu.
1989-
cu il noyabrın 9-da Berlin divarının dağıdılması və 1990-cı il okt-
yab
rın 3-də AFR və ADR-in birləşmə prossesinin sona çatması Avropada yeni
siyasi mühit yaratmaqla yanaşı, dünya sosializm sisteminə, o cümlədən SSRİ-
nin beyn
əlxalq nüfuzuna ciddi zərbə vurdu.
1989-1990-
cı illərdə Macarıstan, Çexoslovakiya, Rumıniya və Bolqarıs-
tanda da kommunist rejiml
əri iflasa uğradı. Bununla yanaşı, SSRİ-nin rəhbərli-
yi altında yaradılmış və fəaliyyət göstərmiş, yalnız sosialist ölkələrinin daxil
olduqları Varşava Müqaviləsi Təşkilatı və Qarşılıqlı İqtisadi Yardım Şurasının
mövcudluğuna son qoyuldu, Moskva öz qoşunlarını və hərbi texnikasını Şərqi
Avropa ölk
ələrindən çıxarmaq məcburiyyətində qaldı.
Bütün qeyd olunanların nəticəsi olaraq SSRİ-nin daxilində baş verən
siyasi prosesl
ər getdikcə Kremlin nəzarətindən çıxmış, İttifaq dövlətinin möv-
cud
luğunun özü sual altına düşmüşdü. 1990-cı il martın 11-də Sovet İttifaqı
Kom
munist Partiyası Mərkəzi Komitəsinin plenumunda Kommunist Partiyası-
nın sovet idarəetmə sistemindəki hakim mövqeyi haqqında SSRİ Konstitusiya-
sının 6-cı maddəsi ləğv edildi. Bunun ardınca müttəfiq respublikalarda mühafi-
z
əkar mövqedə duran kommunistlərin nüfuzu və prosseslərə təsir imkanları
xeyli z
əiflədi, əvəzində liberal və millətçi baxışlı insanlar hakimiyyət orqanla-
rında əsas qüvvəyə çevrildilər.
1990-
cı il SSRİ tarixində “suverenitetlər paradı” kimi yadda qaldı. Qeyd
olunan ilin sonunad
ək bütün müttəfiq respublikaların Ali Sovetləri öz suveren-
likl
əri haqqında bəyanatlar qəbul etdilər. Respublika qanunlarının ittifaq
qanun
ları üzərindəki üstünlüyü ideyası, mərkəzi hakimiyyət orqanlarına eti-
mad
sızlıq, ərazilərindəki resurslar və onlardan istifadə üzərində yerli orqanların
n
əzarətini yaratmaq, respublikaların idarəetmə strukturlarına milli kadrları irəli
ç
əkmək kimi məqamlar bu bəyanatların əsas məzmununu təşkil edirdi.
67
M.S.Qorbaçov SSRİ-nin tam dağılmasının qarşısını almaq məqsədilə,
SSRİ Ali Sovetinin 1990-cı il 17 noyabr tarixli iclasında unitar dövlət olan
SSRİ-nin əvəzinə yeniləşmiş ittifaq müqaviləsi imzalamaq, bu müqavilənin
imzalanmasına qədər respublikaların hakimiyyət orqanlarının qəbul etdikləri
bütün q
ərarların dondurulması təklifi ilə çıxış etdi. Müttəfiq respublikaların
əksəriyyətinin rəhbər xadimləri SSRİ prezidentinin bu təklifinə münasibət
bildir
ərək respublikalarının suverenlikdən imtina etmək fikrində olmadıqlarını
bildirmişdilər. Rusiya Federasiyasının rəhbəri B. Yeltsin qeyd olunan məsələyə
qeyri-
ciddi yanaşaraq, təklifin irəli sürüldüyü iclasda ümumiyyətlə iştirak
etm
əmişdi. Ukrayna Nazirlər Sovetinin sədri V.Fokin təklifə münasibət bildirə-
r
ək bəyan etmişdi: “Hamı bilməlidir ki, suverenlik haqqında bəyanatlar yeni-
d
ənqurma zəminində və onun ideyalarının inkişafı prossesində meydana gəl-
mişdir. Öz övladlarından imtina etmək günahdır”. Eyni mövqedən çıxış edən
Belorusiya Nazirl
ər Sovetinin sədri V.Kebiç bildirirdi: “Bu gün biz İttifaqımızı
saxlamaq haqqında danışırıq, nəyi saxlamaq lazımdır? Etiraf edirik: İttifaq
yalnız konstitusiya ilə mövcuddur... Həqiqətin gözünə baxmaq lazımdır. Bu
gün heç bir respublika öz suverenliyini güz
əştə getməyəcək”. Azərbaycan Ali
Sovetinin s
ədri E.Qafarovanın məsələyə münasibəti belə olmuşdu: “... bu gün
SSR İttifaqı sanki vardır, eyni zamanda o, yoxdur... Milli respublikaların
müst
əqillik ənənəsi artıq reallıqdır”. Gürcüstan Ali Sovetinin sədri A.Asatiani
respublikasının artıq Sovet İttifaqının tərkibində olmadığını və İttifaq müqa-
vil
əsini imzalamayacağını bəyan etmişdi. Digər müttəfiq respublikaların, hətta
bu respublikaların tərkibində olan muxtar respublikaların nümayəndələri də
oxşar bəyanatlarla çıxış etmişdilər (8, 43-47).
1990-
cı ilin dekabrında SSRİ xalq deputatlarının dördüncü qurultayında
İttifaq dövlətinin taleyini ümumxalq referendumunda həll etmək haqqında
q
ərar qəbul edildi. SSRİ Ali Sovetinin 1991-ci il yanvarın 16-da qəbul etdiyi
q
ərar ilə referendumu həmin ilin mart ayının 17-də keçirmək qərara alındı.
Latviya, Litva, Estoniya, Moldova, Gürcüstan v
ə Ermənistan referendumda
iştirak etməkdən imtina etdilər.
R
əsmi elan olunmuş məlumatlara görə, 17 mart referendumunda səsver-
m
ə üçün adları siyahıya daxil edilənlərin 80%-i iştirak etmiş və onların 76 %-i
SSRİ-nin saxlanılmasının lehinə səs vermişdi. Rusiya Federasiyasında əhalinin
75,4%-i refe
rendumda iştirak etmiş və onların 71%-i İttifaq dövlətinin saxlanıl-
masına “hə” demişdi. Referendumda iştirak etmiş digər respublikalarda uyğun
göst
əricilər aşağıdakı kimi olmuşdu: Ukraynada 83% və 70%, Belorusiyada 83%
v
ə 83%, Özbəkistanda 95% və 93,7%, Qazaxıstanda 89% və 94%, Azərbaycanda
75% v
ə 93%, Qırğızıstanda 93% və 94,5%, Tacikistanda 94% və 96%,
Türkm
ənistanda 97,7% və 98% (1, 436).
Göründüyü kimi, ist
ər referendumda iştirak edənlər, istərsə də SSRİ-nin
saxlanılmasına müsbət cavab verənlər baxımından ən yüksək göstəricilər, so-
sial-
iqtisadi inkişaf və demokratik dəyərlərin yayılması səviyyəsinə görə digər
respublikalardan mü
əyyən qədər geri qalan Qazaxıstan və Orta Asiya respublu-
68
kalarının payına düşür.
Suveren Respublikalar İttifaqı haqqında müqavilənin ilkin layihəsi 1991-
ci il martın 9-da mətbuatda dərc olundu. Sonradan bu layihə bir neçə dəfə
d
əyişdirilmiş və qeyd olunan il iyunun 17-də M.S.Qorbaçov layihənin son
variantını imzalayaraq 17 mart referendumunda iştirak etmiş 9 respublikanın
Ali Sovetl
ərinə göndərmişdi. İyulun 23-də müqavilə layihəsinin hazırlandığı
Novo-Oqaryovo
da SSRİ-nin, müttəfiq və muxtar respublikaların əksəriyyətinin
r
əhbərlərinin iştirakı ilə geniş iclas keçirildi, ittifaq vergi və rüsumları haqqında
bölm
ə istisna olmaqla, yerdə qalan bütün məsələlər razılaşdırıldı. İyulun 29-da,
yen
ə də Novo-Oqaryovoda M. Qorbaçov, B.Yeltsin və N.Nazarbayev arasında
gizli görüş keçirilmiş və yeni İttifaq müqaviləsini avqustun 20-də imzalamaq,
bundan sonra DTK s
ədri Kryuçkovu, müdafiə naziri Yazovu, daxili işlər naziri
Puqonu v
ə baş nazir Pavlovu vəzifələrindən uzaqlaşdırmaq və sonuncunun
yerin
ə N. Nazarbayevi təyin etmək haqqında razılıq əldə olunmuşdu. Novo-
Oqaryovo
görüşünün gizli şəraitdə keçirilməsinə baxmayaraq, DTK əmək-
daşları xüsusi dinləmə vasitələri ilə danışıqların məzmunu haqqında məlumat
əldə edə bilmişdilər və B.N.Yeltsinin fikrincə, bu amil 1991-ci ilin avqust ha-
dis
ələrinə gətirən səbəblərdən ola bilərdi (1, 460-466) .
SSRİ-nin süqutunun qarşısını almaq, ölkə həyatının bütün sahələri üzə-
rind
ə dövlət nəzarətini gücləndirmək məqsədilə mühafizəkar baxışlı bir qrup
yüks
ək vəzifəli dövlət xadimi, tarixə “avqust qiyamı” kimi daxil olmuş dövlət
çevrilişinə cəhd etdi. SSRİ-nin vitse-prezidenti Q.İ.Yanayev “Mixail Serge-
yeviç Qorbaçovun s
əhhəti ilə əlaqədar SSRİ prezidentinin səlahiyyətlərini yeri-
n
ə yetirə bilməməsi ilə bağlı olaraq və SSRİ Konstitusiyasının 127
7
madd
əsinə
əsasən” 1991-ci il avqustun 18-də imzaladığı fərmanı ilə 1991-ci il avqustun
19-
dan SSRİ prezidentinin səlahiyyətlrini öz üzərinə götürdü. Eyni zamanda,
sovet r
əhbərliyi adından verilmiş bəyanatda avqustun 19-dan başlayaraq 6 ay
müdd
ətinə SSRİ-nin ayrı-ayrı yerlərində fövqəladə vəziyyət elan olunduğu və
bunu h
əyata keçirmək üçün SSRİ Müdafiə Şurası sədrinin birinci müavini
O.D.Baklanov, SSRİ DTK-nın sədri V.A.Kryuçkov, SSRİ baş naziri V.S.Pav-
lov, SSRİ daxili işlər naziri B.K. Puqo, SSRİ Kəndli İttifaqının sədri V.A.Stra-
dubtsev,
SSRİ Sənaye, Tikinti, Nəqliyyat və Rabitə Dövlət Müəssisələri və Ob-
yektl
əri Assosiasiyasının prezidenti A.İ.Tizyakov, SSRİ müdafiə naziri
D.T.Azov v
ə SSRİ prezidentinin səlahiyyətlərini yerinə yetirən Q.İ.Yanayevin
daxil olduqları Fövqəladə Vəziyyət üzrə Dövlət Komitəsinin yaradıldığı bil-
dirildi (9, 18-20).
C
əmiyyətin əsas hissəsinin və ordunun qiyamçıları deyil, onlara qarşı
effektiv müqavim
əti təşkil edə bilmiş Rusiya prezidenti B.N. Yeltsini müdafiə
etm
əsi dövlət çevrilişi planının iflasa uğraması ilə nəticələndi.
Avqust hadis
ələri nəticəsində, M.S. Qorbaçovun irəli sürdüyü yeni İttifaq
müqavil
əsi ideyası da öz aktuallığını itirdi, çünki bu hadisələrdən sonra SSRİ-
nin süqutu m
əsələsi gündəlikdə duran məsələyə çevrilmişdi. M.S.Qorbaçovun
əsas siyasi opponenti olan B.N.Yeltsinin nüfuzunun və prosseslərə təsir
69
gücünün daha da artmas
ı nəticəsində birincinin ölkənin siyasi həyatındakı rolu
sıfıra enmişdi.
1991-ci il avqustun 19-na q
ədər cəmi iki respublika – Litva və Gürcüstan
- öz müst
əqilliklərini elan etmişdisə, bundan sonra digər respublikalar da eyni
addımı atdılar və faktiki olaraq SSRİ adlı dövlətin varlığına son qoydular.
Rusiya, Belorusiya v
ə Ukrayna rəhbərləri B.Yeltsin, S.Şuşkeviç və
L.Kravçuk 1991-
ci il dekabrın 7-8-də Minsk yaxınlığındakı Belovej meşəsin-
d
əki Viskuli iqamətgahında keçirdikləri görüşdə SSRİ-nin beynəlxalq hüququn
subyekti v
ə geosiyasi reallıq kimi mövcudluğuna son qoyulduğunu bəyan etdi-
l
ər və təmsil etdikləri dövlətlərdən ibarət Müstəqil Dövlətlər Birliyinin yaradıl-
ma
sı haqqında razılaşma imzaladılar. Pribaltika respublikalarının və Gürcüsta-
nın rəhbərləri istisna olmaqla, 11 keçmiş sovet respublikasının prezidentlərinin
dekabrın 21-də Qazaxıstanın paytaxtı Alma-Atada keçirilmiş görüşlərində
Az
ərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Qırğızıstan,
Moldova v
ə Ermənistanın da MDB-yə qoşulmaları haqqında bəyannamə imza-
lan
dı. Gürcüstan prezidenti Z.Qamsaxurdiya ölkəsində başlamış vətəndaş
müharib
əsi səbəbindən Alma-Ata görüşündə iştirak edə bilməmişdi. Dekabrın
25-d
ə SSRİ-nin birinci və sonuncu prezidenti M.S.Qorbaçovun bəyanat verərək
s
əlahiyyətlərindən imtina etməsi ilə 70 ildən çox bir dövrdə mövcud olmuş
sovet dövl
əti tarix səhnəsindən çıxmış oldu (1, 564-575).
SSRİ-nin süqutu on beş yeni müstəqil dövlətin dünya birliyinə daxil
olması ilə nəticələndi. Bu isə, öz növbəsində təkcə keçmiş SSRİ məkanında
deyil, bütün dünyada qüvv
ələr nisbətinə, sosial-iqtisadi, siyasi və mədəni
prossesl
ərə birbaşa təsir göstərən vəziyyətin yaranmasına gətirib çıxardı.
Dostları ilə paylaş: |