20.
Təftiş aparılan obyektlərə/ ərazilərə nəzarət edən şəxslərin öhdəlikləri və müvafiq
qanun pozuntuları
Müfəttişlərə kömək
(1) 18-ci bölməyə uyğun şəkildə daxil olunmuş obyektə/əraziyə nəzarət edən şəxs və
obyektdə/ərazidə olan hər kəs müfəttişin və onu müşayiət edən hər hansı ekspertin öz vəzifələrini
həyata keçirməsini təmin etmək üün onlara bütün mümkün köməyi göstərməli və müfəttişi onun
bu [AKTUN, ƏSASNAMƏNİN, QƏRARIN, QANUNUN] həyata keçirilməsi ilə əlaqədar
məntiqəuyğun şəkildə tələb etdiyi istənilən informasiya ilə təmin etməlidir.
Yazılı göstərişlər
(2) [MƏSUL ORQAN] yazılı şəkildə bildiriş təqdim etməklə, 18-ci bölməyə uyğun olaraq
yoxlama aparmaq məqsədilə, hər hansı bir şəxsə göstərişlər verə bilər.
Qanun pozuntuları
(3) Bu hissənin 2-ci bölməsinə uyğun olaraq [MƏSUL ORQAN] tərəfindən verilmiş ağlabatan
göstərişlərə əməl etməyən şəxs qanun pozuntusu törətmiş olur.
(4) Planlaşdırılmış funksiyalarını və ya 18-ci bölmədə göstərilmiş səlahiyyətlərini icra edən
müfəttişə və ya müfəttişi müşayiət edən ekspertə mane olan, müqavimət göstərən, onu aldadan,
yaxud saxta və ya yanıldıcı məlumat təqdim edən şəxs qanun pozuntusu törətmiş olur.
(5)18-ci bölməyə əsasən müsadirə edilmiş hər hansı əşyanı müfəttişin icazəsi olmadan istənilən
üsulla aradan qaldıran, dəyişdirən və ya ona müdaxilə edən şəxs qanun pozuntusu törətmiş olur.
21.
Təhlükəsizlik tədbirləri tələb edən göstərişlər və müvafiq qanun pozuntusu
(1) [MƏSUL ORQAN] hər hansı bir fiziki şəxsə, yaxud obyekt/ərazi ilə bağlı məsələlər olduqda,
həmin obyektin/ərazinin Normalara əməl edilməsinə nəzarət üzrə məsul şəxsinə yazılı göstərişlər
verə və onların aşağıdakıları etməsini tələb edə bilər:
18
(a)
Nəzarət edilən vasitələrin və ya toksinlərin, yaxud nəzarət edilən avadanlıq və ya
texnologiyanın təhlükəsizliyini təmin etmək məqsədilə bu kimi tədbirlər həyata
keçirmək;
(b)
Hər hansı təhlükəsizlik planlarını nəzərdən keçirmək və yeniləmək;
(c)
[MƏSUL ORQAN] tərəfindən məntiqi olaraq tələb edilməsi mümkün olan hər hansı
digər tədbirlər həyata keçirmək.
(2) [MƏSUL ORQAN] hər hansı müvafiq ərazidə nəzarət edilən vasitələrin və ya toksinlərin,
yaxud nəzarət edilən avadanlıq və ya texnologiyanın təhlükəsizliyini təmin etmək üçün müvafiq
tədbirlərin tətbiq edilmədiyini və ya tətbiq edilməsi ehtimalının olmadığını güman etmək üçün
tutarlı əsaslara malik olduğu halda, həmin fiziki şəxsə, yaxud obyekt/ərazi ilə bağlı məsələlər
olduqda, həmin obyektin/ərazinin Normalara əməl edilməsinə nəzarət üzrə məsul şəxsinə yazılı
göstərişlər verə və onların həmin maddə və əşyaları məhv etməsini və ya istifadə etməsini tələb
edə bilər. Göstərişlərdə həmin maddə və əşyaların necə və nə vaxtadək məhv edilməli və ya
istifadə edilməli olduğu göstərilməlidir.
Qanun pozuntusu
(3) Bu hissənin 1-ci və 2-ci bölmələrinə əsasən, [MƏSUL ORQAN] tərəfindən verilmiş
təlimatlara əməl etməyən şəxs qanun pozuntusu törətmiş hesab edilir.
22.
Yoxlamalar
Məqsəd
(1) Bu bölmənin məqsədi bu [AKTIN, ƏSASNAMƏNİN, QƏRARIN, QANUNUN] güman
edilən pozulması hallarının araşdırılmasında [MÜVAFİQ HÜQUQ-MÜHAFİZƏ ORQANI],
[MƏSUL ORQAN] və BERISS arasında əməkdaşlığa kömək etməkdən ibarətdir.
Yoxlamalar
(2) Bu [AKTIN, ƏSASNAMƏNİN, QƏRARIN, QANUNUN] pozulması güman edildiyi halda,
[MÜVAFİQ HÜQUQ-MÜHAFİZƏ ORQANINA] [MƏSUL ORQAN] və BERISS ilə
koordinasiya edilməklə, güman edilən qanun pozuntusunu araşdırmaq səlahiyyəti verilir.
(3) [MƏSUL ORQAN], BERISS, hər hansı bir fiziki şəxs, hüquqi şəxs və ya yükdaşıyan şirkət
tərəfindən bu [AKTA, ƏSASNAMƏYƏ, QƏRARA, QANUNA] uyğun olaraq hazırlanmış bütün
sənədlər bu [AKTIN, ƏSASNAMƏNİN, QƏRARIN, QANUNUN] güman edilən pozulması
hallarını araşdıran [MÜVAFİQ HÜQUQ-MÜHAFİZƏ ORQANININ] hüquq-mühafizə
əməkdaşlarının istifadəsi üçün açıq olmalıdır.
(4) Yoxlamalar və ya istintaq zamanı toplanmış istənilən nümunələr bu [AKTA,
ƏSASNAMƏYƏ, QƏRARA, QANUNA] və ya hər hansı digər [AKTA, ƏSASNAMƏYƏ,
QƏRARA, QANUNA] əsasən hazırlanmış qaydalara uyğun olaraq təhlil edilməli və təhlilin
nəticələrindən məhkəmə proseslərində sübut kimi istifadə edilməlidir.
Təlim
(5) [MÜVAFİQ HÜQUQ-MÜHAFİZƏ ORQANININ] hüquq-mühafizə əməkdaşlarını bu
bölməyə uyğun olaraq təhqiqata/istintaqa hazırlamaq məqsədilə, BERISS onlar üçün bioloji
xarakterli fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində təlim keçilməli, həmçinin
aşağıdakıları təmin etməlidir:
(a)
Bioterrorçuluq haqqında ümumi məlumat;
19
(b)
Bioloji xarakterli fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan
qaldırılması sahəsində milli və beynəlxalq hüquqi baza, həmçinin Bioloji və toksin
silahlar haqqında Konvensiya və özündə bioloji vasitələri və toksinləri ehtiva edən
qadağan edilmiş fəaliyyətlər barədə anlayış;
(c)
Fərdi mühafizə avadanlığından düzgün istifadə;
(d)
digər müvafiq təhlükəsizlik prosedurları;
(e)
səhiyyə sahəsində çalışan heyətlə birgə müsahibələrin keçirilməsi və sənədləşmə işlərinin
aparılması kimi ixtisaslaşdırılmış araşdırma metodları;
(f)
məhdudiyyətlər;
(g)
bioloji təhlükənin qiymətləndirilməsi;
(h)
sübutların toplanması və nümunələrin götürülməsi kimi bərpa tədbirləri;
(i)
vacib prosedurlar, məsələn, qandallama .
23.
Müsadirə, mülkiyyət hüquqlarından məhrum etmə və məhv etmə
(1) [MƏSUL ORQAN VƏ YA MÜVAFİQ HÜQUQ-MÜHAFİZƏ ORQANI] aşağıdakılara icazə
verən zəmanət sənədi əldə etmək üçün müraciət edə bilər:
(a)
bu [AKT, ƏSASNAMƏ, QƏRAR, QANUN] ilə qadağan edilmiş hər hansı fəaliyyətlə
əlaqədar istənilən bioloji vasitə və ya toksinin, yaxud avadanlıq və ya texnologiyanın
müsadirə edilməsi;
(b)
bu [AKT, ƏSASNAMƏ, QƏRAR, QANUN] ilə qadağan edilmiş hər hansı fəaliyyətlə
əlaqədar maliyyə hesablarının dondurulması və ya müsadirəsi.
(2) Təxirəsalınmaz hallarda, bu [AKT, ƏSASNAMƏ, QƏRAR, QANUN] ilə qadağan edilmiş
hər hansı fəaliyyətlə əlaqədar istənilən bioloji vasitənin və ya toksinin, yaxud avadanlıq və ya
texnologiyanın [MƏSUL ORQAN] tərəfindən müsadirə edilməsinə zəmanət sənədi olmadan
icazə verilə bilər.
(3) Bu hissənin 1-ci və 2-ci bölmələrinə uyğun olaraq müsadirə edilmiş əmlak potensial iddiaçılar
məlumatlandırıldıqdan və işə məhkəmədə baxılma imkanı təmin edildikdən sonra dövlətin
xeyrinə müsadirə edilməlidir. Bu cür məhkəmə prosesində, hökumət müsadirə edilmiş əmlakın
sübutların üstünlüyü prinsipi vasitəsilə bu [AKTA, ƏSASNAMƏYƏ, QƏRARA, QANUNA]
uyğun olaraq qadağan edilmiş hərəkətə aid olduğunu sübuta yetirmə vəzifəsi daşıyır.
(4) [MƏSUL ORQAN] bu bölməyə uyğun olaraq müsadirə edilmiş və mülkiyyət hüquqları ləğv
edilmiş hər hansı bioloji vasitənin və ya toksinin, yaxud avadanlıq və ya texnologiyanın məhv
edilməsi və ya digər müvafiq istifadəsini əsaslandıra bilər.
24.
Məhkəmə qərarları
[MƏSUL ORQAN] müvafiq məhkəmə orqanlarından Hissə B-yə əsasən qadağan edilmiş
davranış əleyhinə müvafiq qərar əldə edə bilər.
25.
Davam edən qanun pozuntusu
[Bu [AKT, ƏSASNAMƏ, QƏRAR, QANUN] çərçivəsində hər hansı qanun pozuntusu
törədildikdə və ya həmin qanun pozuntusu bir gündən artıq davam etdikdə, qanun pozuntusunu
törədən şəxs qanun pozuntusunun ötərdildiyi və ya davam etdiyi hər gün üçün ayrı-ayrı qanun
pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb ediləcəkdir].
20
26.
Cinayət məsuliyyəti və mülki məsuliyyət
Fiziki və hüquqi şəxslərin cinayət məsuliyyəti
(1) Qanunun digər müddəalarına uyğun olaraq tətbiq edilməsi mümkün olan hər hansı cəza
(cinayətlərə, [ÖLKƏNİN ADI]-nin lisenziya qaydalarını, daşınmaya nəzarət sahəsində
qanunlarını pozmağa görə cəzalar daxil olmaqla) ilə yanaşı, bu [AKTIN, ƏSASNAMƏNİN,
QƏRARIN, QANUNUN] B, C və D hissələrinin və onun əsasında hazırlanmış qaydaların fiziki
və hüquqi şəxslər tərəfindən pozulmasına görə bu hissənin 3-8-ci bölmələrində göstərilmiş
cəzalar tətbiq ediləcəkdir.
Müəssisə direktorlarının, menecerlərinin, katiblərinin və digər məsul əməkdaşların məsuliyyəti
(2) Bu [AKTA, ƏSASNAMƏYƏ, QƏRARA, QANUNA] uyğun olaraq, hər hansı bir qanun
pozuntusu hüquqi şəxs tərəfindən törədildikdə və onun direktor, menecer, katib və ya hüquqi
şəxsin hər hansı bu qəbildən olan əməkdaşının razılığı ilə və səhlənkarlığı, yaxud etinasızlığı
nəticəsində törədildiyi sübuta yetirildikdə, həmin fiziki şəxs və hüquqi şəxs belə qanun
pozuntusuna görə təqsirləndiriləcək, həmçinin bu bölməyə uyğun olaraq, hüquqi prosesə cəlb
ediləcək və cəzalandırılacaqdır.
Bioloji vasitələrdən və toksinlərdən qanunsuz istifadə
(3) Bu [AKTIN, ƏSASNAMƏNİN, QƏRARIN, QANUNUN] 5-ci bölməsinə əsasən, qanun
pozuntusu törətmiş şəxs cinayət məsuliyyətinə cəlb ediləcək və barəsində aşağıdakı ittihamedici
hökmlər çıxarılacaqdır:
(a)
Cinayət törədən fiziki şəxs olduqda - [MÜDDƏT] ildən artıq olmamaqla azadlıqdan
məhrum etmə və ya [MƏBLƏĞ]-dən artıq olmayan cərimə, yaxud bu cəzaların hər ikisi
birlikdə;
(b)
Cinayət törədən fiziki şəxs olduqda və cinayət ölümlə nəticələndikdə - [ÖMÜRLÜK
AZADLIQDAN MƏHRUM ETMƏ]
(c)
Cinayət törədən hüquqi şəxs olduqda - [MƏBLƏĞ]-dən artıq olmayan cərimə.
(4) Bu [AKTIN, ƏSASNAMƏNİN, QƏRARIN, QANUNUN] 6-cı bölməsinə əsasən, cinayət
törətmiş şəxs cinayət məsuliyyətinə cəlb ediləcək və onun barəsində aşağıdakı ittihamedici
hökmlər çıxarılacaqdır:
(a)
Cinayət törədən fiziki şəxs olduqda - [MÜDDƏT] ildən artıq olmamaqla azadlıqdan
məhrum etmə və ya [MƏBLƏĞ]-dən artıq olmayan cərimə, yaxud bu cəzaların hər ikisi
birlikdə;
(b)
Cinayət törədən fiziki şəxs olduqda və cinayət ölümlə nəticələndikdə - [ÖMÜRLÜK
AZADLIQDAN MƏHRUM ETMƏ];
(c)
Cinayət törədən hüquqi şəxs olduqda - [MƏBLƏĞ]-dən artıq olmayan cərimə.
(5) Bu hissənin 3-cü və 4-cü bölmələrinə əsasən cinayət təqibi həyata keçirildikdə, 11-ci və ya
13-cü bölməyə uyğun olaraq lazımi şəkildə verilmiş lisenziyası və ya icazəsi olan fiziki şəxsin və
ya hüquqi şəxsin lisenziya və ya icazədə siyahısı göstərilmiş nəzarət olunan vasitələri və ya
toksinləri hazırlamaq, əldə etməq, istehsal etmək, mülkiyyətə daxil etmək, saxlamaq, nəqliyyatla
daşımaq, digər şəxlərə ötürmək və ya istifadə etməklə bağlı qanuni məqsədinin olduğuna dair
sübutetmə prezumpsiyası olmalıdır.
21
Sənədləşdirmə və hesabatvermə
(6) Bu [AKTIN, ƏSASNAMƏNİN, QƏRARIN, QANUNUN] 17-ci bölməsinə əsasən, cinayət
törədən şəxs cinayət məsuliyyətinə cəlb ediləcək və onun barəsində aşağıdakı ittihamedici
hökmlər çıxarılacaqdır:
(a)
Cinayət fiziki şəxs tərəfindən törədildikdə, [MÜDDƏT] ildən artıq olmayaraq azadlıqdan
məhrum etmə və ya [MƏBLƏĞ]-dən artıq olmayan cərimə, yaxud hər ikisi;
(b)
Cinayət hüquqi şəxs tərəfindən törədildikdə, [MƏBLƏĞ]-dən artıq olmayan cərimə.
Təftiş edilən obyektlərə/ərazilərə nəzarəti həyata keçirən şəxslərin öhdəlikləri
(7) Bu [AKTIN, ƏSASNAMƏNİN, QƏRARIN, QANUNUN] 20-ci bölməsinə əsasən, cinayət
törədən şəxs cinayət məsuliyyətinə cəlb ediləcək və onun barəsində aşağıdakı ittihamedici
hökmlər çıxarılacaqdır:
(a)
Cinayət fiziki şəxs tərəfindən törədildikdə, [MÜDDƏT] ildən artıq olmayan müddətə
azadlıqdan məhrum etmə və ya [MƏBLƏĞ]-dən artıq olmayan məbləğdə cərimə, yaxud
hər ikisi;
(b)
Cinayət hüquqi şəxs tərəfindən törədildikdə, [MƏBLƏĞ]-dən artıq olmayan cərimə.
Təhlükəsizlik tədbirləri tələb edən istiqamətlər
(8) Bu [AKTIN, ƏSASNAMƏNİN, QƏRARIN, QANUNUN] 21-ci bölməsinə əsasən, cinayət
törədən şəxs cinayət məsuliyyətinə cəlb ediləcək və onun barəsində aşağıdakı ittihamedici
hökmlər çıxarılacaqdır:
(a)
Cinayət fiziki şəxs tərəfindən törədildikdə, [MÜDDƏT] ildən artıq olmayan müddətə
azadlıqdan məhrum etmə və ya [MƏBLƏĞ]-dən artıq olmayan cərimə, yaxud hər ikisi;
(b)
Cinayət hüquqi şəxs tərəfindən törədildikdə, [MƏBLƏĞ]-dən artıq olmayan cərimə.
27.
Tətbiq etmə
(1) Bu [AKT, ƏSASNAMƏ, QƏRAR, QANUN] aşağıdakılara da şamil edilir:
(a)
Bu [AKTA, ƏSASNAMƏYƏ, QƏRARA, QANUNA] uyğun olaraq, qadağan edilmiş,
[ÖLKƏNİN ADI]-nin ərazisində hər hansı fiziki və ya hüquqi şəxs tərəfindən törədilən
hərəkət və ya hərəkətsizlik;
(b)
Bu [AKTA, ƏSASNAMƏYƏ, QƏRARA, QANUNA] uyğun olaraq qadağan edilmiş,
hər hansı bir [ÖLKƏNİN ADI]-nin hüdudlarından kənarda törədilən hərəkət və ya
hərəkətsizlik;
(c)
Bu [AKTA, ƏSASNAMƏYƏ, QƏRARA, QANUNA] uyğun olaraq qadağan edilmiş,
[ÖLKƏNİN ADI]-nin dəniz gəmilərində və ya təyyarələrində törədilən hərəkət və ya
hərəkətsizlik;
(d)
to acts or omissions prohibited by Bu [AKTA, ƏSASNAMƏYƏ, QƏRARA, QANUNA]
əsasən qadağan edilmiş, vətəndaşlığı olmayan şəxs və ya doğulduğu vaxtdan [ÖLKƏNİN
ADI]-nin ərazisində məskunlaşmış şəxs tərəfindən törədilən hərəkət və ya hərəkətsizlik;
(e)
to acts or omissions prohibited by Bu [AKTA, ƏSASNAMƏYƏ, QƏRARA, QANUNA]
əsasən qadağan edilmiş, [ÖLKƏNİN ADI]-yə və ya onun əhalisinə zərər vurmaq, yaxud
[ÖLKƏNİN ADI]-ni hər hansı hərəkəti etməkdən çəkindirmək niyyəti ilə törədilən
hərəkət və ya hərəkətsizlik;
(f)
Bu [AKT, ƏSASNAMƏ, QƏRAR, QANUN] tərəfindən qadağan edilmiş, nəticələrindən
[ÖLKƏNİN ADI]-nin vətəndaşının zərər çəkdiyi hərəkət və ya hərəkətsizlik.
22
(2)
Bu hissənin 1-ci bölməsində göstərilmiş məqsədlər üçün, “[ÖLKƏNİN ADI]-nin dəniz
gəmiləri və təyyarələri” dedikdə, [ÖLKƏNİN ADI]-də qeydiyyatdan keçmiş və ya həmin
ölkəyə məxsus olan, yaxud onun mükiyyətində olan gəmilər və ya təyyarələr nəzərdə tutulur.
28.
Hüquq sahəsində əməkdaşlıq və yardım
(1) Bu [AKTIN, ƏSASNAMƏNİN, QƏRARIN, QANUNUN] B issəsində göstərilmiş qanun
pozuntularının ekstradisiya olunmanı tələb edən cinayətlər kimi, [ÖLKƏNİN ADI] və digər
dövlətlər arasında mövcud olan ekstradisiya müqavilələrinə daxil edilməsi nəzərdən
keçirilməlidir.
(2) Buna baxmayaraq, bu hissənin 1-ci bölməsinə əsasən, [ÖLKƏNİN ADI]-nin cinayətlərin
qarşısının alınması, cinayət proseslərinin həyata keçirilməsi və bu [AKTIN, ƏSASNAMƏNİN,
QƏRARIN, QANUNUN] həyata keçirilməsinə məsul olan səlahiyyətli orqanları digər
səlahiyyətli dövlət orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq edə bilər, həmçinin öz
fəaliyyətlərini bu [AKTIN, ƏSASNAMƏNİN, QƏRARIN, QANUNUN] və ya ona bərabər
tutulan xarici qanun(lar) icrasının tələb etdiyi həddə koordinasiya edə bilərlər. Bu zaman dövlət
orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən dövlət sirri rejiminə əməl olunmalıdır.
(3) [ÖLKƏNİN ADI]-nin səlahiyyətli orqanları bu hissənin 2-ci bölməsində göstərilmiş digər
dövlət orqanlarından və beynəlxalq təşkilatlardan müvafiq məlumat və informasiya vermələrini
xahiş edə bilərlər. [ÖLKƏNİN ADI]-nin səlahiyyətli orqanlarına bir sıra digər məsələlərlə yanaşı,
aşağıdakılarla əlaqədar məlumat və informasiyalar əldə etmək səlahiyyəti verilir:
(a)
nəzarət edilən olub-olmamasından asılı olmayaraq, bioloji vasitələrin və toksinlərin
hazırlanması, əldə edilməsi, istehsalı, mülkiyyətə daxil edilməsi, saxlanması, nəqliyyatla
daşınması, başqa şəxslərə ötürülməsi və ya istifadə edilməsi;
(b)
ikitəyinatlı bioloji avadanlıq və texnologiya, nəzarət edilən olub-olmamasından asılı
olmayaraq;
(c)
bu hissənin (a) və (b) bölmələrindəki məlumatlara daxil edilmiş şəxslər.
(4) Hər hansı bir dövlət [ÖLKƏNİN ADI] ilə müvafiq qarşılıqlı əməkdaşlıq müqaviləsinə daxil
olduqda, [ÖLKƏNİN ADI]-nin səlahiyyətli orqanları öz təşəbbüsləri və ya müraicətləri əsasında,
həmin dövlətə bu hissənin 3-cü bölməsində göstərilmiş məlumat və informasiyaları təqdim edə
bilərlər - digər bir səlahiyyətli dövlət orqanı bu cür məlumat və ya informasiyadan aşağıdakı kimi
istifadə ediləcəyinə təminat verdiyi halda :
(a)
yalnız bu [AKTA, ƏSASNAMƏYƏ, QƏRARA, QANUNA] uyğun olan məqsədlər üçün
istifadə edildikdə;
(b)
onlar yalnız beynəlxalq məhkəmə əməkdaşlığını tənzimləyən müddəalara uyğun olaraq
əldə edildiyi halda, cinayət proseslərində istifadə edildikdə.
(5) [ÖLKƏNİN ADI]-nin səlahiyyətli dövlət orqanları] bu hissənin 4-cü bölməsində göstərilmiş
şərtlər yerinə yetirildiyi və beləliklə, qarşılıqlı əməkdaşlıq müqaviləsinin bağlanmasına dair tələb
ləğv ediliyi halda, beynəlxalq təşkilatlara bu bu hissənin 3-cü bölməsində göstərilmiş məlumat və
informasiyaları təqdim edə bilərlər.
(6) Bu [AKTIN,ƏSASNAMƏNİN, QƏRARIN, QANUNUN] B hissəsində göstərilmiş qanun
pozuntularından heç biri bu bölməyə uyğun olaraq, ekstradisiya, yaxud hüquq sahəsində
əməkdaşlıq və yardım məqsədləri üçün, həmçinin siyasi cinayət kimi, yaxud siyasi cinayətlə bağlı
23
olan qanun pozuntusu və ya siyasi motivlərlə stimullaşdırılan cinayət kimi nəzərdən keçirilə
bilməz.
HİSSƏ
E. QAYDALAR
29.
Qaydalar
Bu [AKTDA, ƏSASNAMƏDƏ, QƏRARDA, QANUNDA] tələb edilən qaydalardan əlavə,
[MƏSUL ORQAN] və ya bu [AKT, ƏSASNAMƏ, QƏRAR, QANUN] ilə əlaqədar
səlahiyyətlərə malik olan hər hansı bir Nazir bu [AKTIN, ƏSASNAMƏNİN, QƏRARIN,
QANUNUN] məqsədlərini və şərtlərini həyata keçirmək üçün bu qəbildən olan başqa qaydalar da
hazırlaya bilər.
Dostları ilə paylaş: |