Baltik xalqları Baltik xalqlar və ya Baltlar



Yüklə 126,98 Kb.
səhifə3/31
tarix02.01.2022
ölçüsü126,98 Kb.
#42494
1   2   3   4   5   6   7   8   9   ...   31
imtahan

Krit-Miken Mədəniyyəti

Öz inkişaf tarixində Qədim Yunan mədəniyyəti bir neçə mərhələdən keçib. Bunlardan birincisi Krit-Miken mədəniyyətidir. Yunan ərazisindəki qədim sivilizasiya tədqiqatçılar tərəfindən Krit-Miken mədəniyyəti adını almışdır. Bu ad Krit adaları və materik Yunanıstanı ərazisindəki Miken şəhəri ilə əlaqədardır.

B.e.ə. III və II minilliklər çərçivəsində Krit həyatı saraylar ətrafında cəmlənmişdi. Arxeoloqlar tərəfindən tapılan bütün saray kompleksləri siyasi, iqtisadi və dini həyatın mahiyyətindən xəbər verir. Belə mərkəzlərdən

dördünün – Knoss, Fest, Malliya, Kato Zakropun adını çəkmək olar. Əvvəllər bunlar müstəqil dövlət olsalar da, sonralar Knossun tabeçiliyi altında birləşdilər. Krit saray kompleksləri içərisində Labirint adlı saray tədqiqatçılar tərəfindən daha dərindən öyrənilmişdir. O, Knoss şəhərində yerləşirdi. Sarayın belə adlandırılması, onun daxilindəki müxtəlif təyinatlı otaqların bir neçə (2-4) səviyyələrdə yerləşdirilməsi ilə bağlı idi.

Simmetriyanın olmaması bütün Krit memarlıq nümunələrində olduğu kimi, bu sarayda da təzahür tapmışdır. Sarayların birinci mərtəbəsində tacqoyma zalı, amfiteatr və digər otaqlar nəzərdə tutulurdu. Daxili pillələr mərtəbələri birləşdirərək böyük eyvanlarla əhatələnirdi. Burada sənətkarlıq emalatxanaları, digər təsərrüfat xarakterli otaqlar yerləşmişdi. Bu cür tikililərdə planlaşdırmanın hər hansı bir sistemini təsəvvür etmək mümkün deyil. Dövrün ən məşhur memarı əfsanəvi Dedal idi.

Knoss sarayı divarları gözəl freskalarla bəzədilirdi. Bu təsvirlər bu gün bizlərə qədim kritlilərin həyat və məişəti, mədəniyyəti, dini mərasimləri haqqında zəngin məlumatlar verir. Freska süjetlərindən belə bir nəticə əldə etmək olar ki, kritlilər təbiətə məftun insanlar idi. Peyzaj rəngkarlığının əsas mövzusunu dəniz, balıq ovu, delfin təsvirləri, kolluq və aslan, öküz, keçi rəsmləri təşkil edir. Bütövlükdə götürdükdə Kritin təsviri sənəti son dərəcə dinamik və rəngarəngdir.

Krit rəssamları insan fiqurlarının təsvirinə Misir kanonları ruhunda yanaşırdılar: insanın ayaq və sifəti yandan, gözləri tamaşaçıya zillənmiş şəkildə təsvir olunurdu. Təbiətin təsviri o qədər realist ruhda idi ki, insan

təsvirləri bu rəsmlərə bütövlük, dolğunluq bəxş edirdi. Krit həyatında din əhəmiyyətli dərəcədə böyük rol oynayırdı. Lakin burada xüsusi məbədlər və kahin kastaları yox idi. Əvvəldən Kritdə çar hakimiyyətinin xüsusi

forması olan teokratiya mühüm yer tuturdu. Bu hakimiyyətdə kübar və ruhani hakimiyyət bir adamın üzərinə düşürdü. Çar sarayı universal funksiyaları yerinə yetirirdi, o eyni zamanda həm dini, inzibati, həm də təsərrüfat mərkəzi idi. B.e.ə. XVI əsr və XV əsrin I yarısında Knoss (və ya Minoy) mədəniyyətinin çiçəklənmə dövrü b.e.ə. XV əsrin axırlarında tənəzzülə uğramağa başlayır. Bu çağlarda Miken (və ya axey) mədəniyyəti çiçəklənməyə başlayır. Kritdə olduğu kimi, Miken mədəniyyətində də əsas mərkəzlər saraylar idi. Bunlardan ən əhəmiyyətlilərini arxeoloqlar Miken, Tirinfe, Pilos, Afinada tapmışlar. Krit saraylarından fərqli olaraq Miken tikililərində simmetriya, otaq və zalların yerləşdirilməsinin dəqiq sistemi mövcud idi. Tikilidə mərkəzi hissəni Meqaron – iri mərkəzi zal tuturdu. Bütün axey sarayları möhkəm bərkidilərək, əsil qüllələri xatırladırdı. Məsələn, Tirinfe şəhərindəki sarayın xarici divarlarının hər biri 12 tondan ibarət iri əhəng daşlarından tikilir, divarın eni 4,5 m, hündürlüyü 7,5 m olurdu. Sonralar burada yaşayan yunanlar möhtəşəmliyinə görə bu tikililəri sikloplar adlandırırdılar. Axey saraylarının divarları da freskalarla bəzədilirdi. Lakin bunlarda döyüş səhnələrinin təsvirləri başlıca yer tuturdu. Rəsmlər aslanların ov edilməsi, atları yəhərləyən döyüşçülərin təsvirlərini də əks etdirirdi. Mikenlilər təsviri sənətdə kompozisiyalarda statikliyin nümayişinə başlıca yer verirdilər. Kritin yerini tutan Miken mədəniyyəti öz təsirini Egey ərazisinin hüdudlarından uzaqlarda da göstərə bilmişdir. Onun izlərini Kiçik Asiya, Kipr, İtaliya, hətta Misirdə də tapmaq mümkündür.

8. Devid Kemeron hökümətinin daxili və xarici siyasəti

Devid Uilyam Donald Kemeron (9 oktyabr 1966, London) — Böyük Britaniya siyasətçisi, 2005-ci ildən Böyük Britaniya Mühafizəkarlar Partiyasının lideri,Böyük Britaniyanın 75-ci Baş Naziri(11 may 2010-13 iyul 2016).

Kemeron aristokratik ailədən olan broker ailəsində anadan olub. Ailələri öz kökünü ingilis kralı IV Vilhelm və onun rəfiqəsi Doroti Cordandan götürür. İton kollecini və 1988-ci ildə Окsford Universitetiini bitirib. Orada siyasət, fəlsəfə və iqtisadiyyatı öyrənib. Oksfordda Londonun indiki meri, babası türk olan Boris Consonla yaxından tanış olub.

Universiteti bitirdikdən sonra 1988-1993-cü illərdə Mühafizəkarlar Partiyasının tədqiqat şöbəsində fəaliyyətə baəlayır. Həmçinin o vaxtkı baş nazir Con Meycorun çıxışlarını hazırlayır və iqtisadi məsələlərlə məşğul olur.

1993-cü ildə Kemeron xarici işlər nazirliyində çalışır. 1997-ci ildə Stafford dairəsindən parlament seçkilərində iştirak etsə də məğlub olur.

2001-ci ildə Uitni dairəsindən (Окsfordşir) parlament seçkilərində iştirak edərək İcmalar Palatasının deputatı seçilir və parlanmentdə sosial işlər komitəsində fəaliyyət göstərir. 2003-cü ildə Mühafizəkarlar Partiyası kölgə kabinetinin üzvü olur və partiya liderinin müavini seçilir. 2005-ci ildə onun partiyası lider Маykl Qovardın rəhbərliyi ilə parlament seçkilərini uduzur və o istefaya gedir. Devid Kemeron lider seçkilərinin üçüncü turunda qalib gəlir. Devid Kemeronun və partiyanın apardığı fəaliyyət nəticəsində ötən dövrdə mühafizəkarlar Partiyasının reytinqi artmağa başlayır.

2010-cu ilin parlament seçkiləri ərəfəsində o ilk dövrdə Böyük Britaniya liberal demokratlarının lideri Nik Kleqqə uduzur, ancaq sonra onu rəy sorğularında üstələyir.

Kemeron - Baş Nazir

6 маy 2010-cu ildə mühafizəkarlar partiyası parlament seçkilərində 307 mandatla qələbə çalsa da, coxluq əldə edə bilmr. 11 маy 2010-ci ildə leyborist baş nazir Qordon Braun istefaya gedir. Həmin gün Kraliça II Elizabet qalib gəlmiş partiyanın lideri kimi D.Kemerona hökuməti təşkil etməyi tapşırır. O son 200 il tarixində ən gənc baş nazir olur. Kemeronun partiyası parlamentdə çoxluq əldə etmədiyinə görə 57 mandata malik olan liberal demokratlarla koalisiya qurmaq qərarına gəlir.

12 mаy 2010-ci ildə Böyük Britaniyada 1945-ci ildən bəri ilk dəfə koalisiya hökuməti qurmaq məcburiyyətində qalırlar; Böyük Britaniya liberal demokratlarının lideri Nik Kleqq baş nazirin müavini postuna təyin olunur

Kemeronun koalisiya hökuməti

6 mart 2010-cu il parlament seçkisinin qalibi, İcmalar palatasında 306 yerə malik mühafizəkarlar seçkidə 57 mandat qazanmış liberal demokratların danışıqları mayın 12-də gecə başa çatır və koalisiya hökumətinin heyəti rəsmən elan olunur.

Koalisiya kabinetinin tərkibinə Mühafizəkarlar Partiyasının 18 nümayəndəsi daxil edilib. Mühafizəkarlar xarici işlər, əmək və pensiyalar, müdafiə, ədliyyə, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət, Olimpiya oyunları, KİV və idman, beynəlxalq inkişaf, Şimali İrlandiya, yerli idarəetmə və icma nazirləri, həmçinin baş prokuror vəzifəsini özlərinə götürüblər. Xarici işlər naziri postuna mühafizəkarların keçmiş lideri Uilyam Heyq gətirilib.

Xəzinədarlıq kansleri (maliyyə naziri) vəzifəsi mühafizəkar Corc Osborn təyin edilir. Onun birinci müavini, Xəzinədarlığın baş katibi vəzifəsinə liberal-demokrat Devid Lous təyin olunur.

Liberal-demokratlar hökumətdə 5 yer alıblar. Kleqq və Lousdan əlavə, bunlar partiyanın veteranı, biznes, innovasiyalar və peşəkar təhsil naziri Vins Keybl, enerji və iqlim məsələləri naziri Kris Hyun, və Şotlandiya məsələləri naziri Denni Aleksanderdir.

Hökumətdə 4 qadın nazir var. Daxili işlər naziri postuna Tereza Mey təyin olunur. O, həmçinin qadın və bərabərlik məsələləri naziri postundadır. Ətraf mühit naziri vəzifəsini Kerolayn Spelman, Uels məsələləri naziri vəzifəsini isə Şeril Gillan icra edir.

Hökumətdə etnik azlıqların yeganə nümayəndəsi olan Pakistan mənşəli baronessa Saeda Varsidir. Mühafizəkarlar Partiyasının həmsədri olan 39 yaşlı Varsi dövlət (portfelsiz) nazirdir. Varsi Britaniya hökumətində yer alan ilk müsəlman qadın olub.

Hökumətin ən gənc naziri 37 yaşlı Denni Aleksandrdır, ən yaşlı isə 69 yaşlı ədliyyə naziri Kennet Klarkdır.

Koalision hökumət əsas diqqəti iqtisadi problemlərin həllinə yönəldəcək. Yeni xarici işlər naziri Uilyam Heyq jurnalistlərə açıqlamasında deyib ki, Böyük Britaniya avrozonaya daxil olmaq fikrində deyil və Avropa Birliyinə əlavə səlahiyyətlər verilməsinin əleyhinədir.

Kleqq seçkiqabağı çıxışlarında Britaniyanın avroməkana girməsinin vacib olduğunu bildirsə də, hökumətdə yer aldıqdan sonra hələlik bu fikrindən daşınıb.

Baş nazir Devid Kemeronun yeni hökuməti artıq bəyan etmişdir ki, bu il büdcə xərclərini 6 milyard funt (9 milyard dollar) azaltmaq niyyətindədir. Kabinetin siyasətinə görə heç bir sahə, o cümlədən 2012-ci ilin Olimpiya Oyunlarının büdcəsi ixtisarlardan sığortalanmayıb.

Hökumət ilk iclasında şəxsiyyət vəsiqələri verilməsindən imtina edilməsi, Londonun Hitrou hava limanında üçüncü uçuş-enmə zolağının tikintisinin təxirə salınması və növbəti beş ildə Böyük Britaniyanın avrozonaya daxil olmamasını qərara alıb.

11. Albanlar



Albanlar (alb. Shqiptarët) və ya Arnaudlar - Albaniyanın əsas əhalisi, həmçinin Adriatik dənizi sahillərində, Balkan yarımadasında yaşayan Avropanın ən qədim xalqlarından biri. Ümumi sayları 9 milyon nəfərdir. Təxminən 70%-i dindar müsəlmanlardır. Qalan hissəsi pravoslav və katolik xristianlarıdır. Ənvər Xocanın dövründə Albaniyada ateizm təbliğ edilirdi.

Albanların əcdadları Avropanın ən qədim avtoxton xalqı olan illiriya tayfaları, xüsusən dardanlar hesab edilir. Albanlar haqqında ilk tarixi qeydlər XI əsrə aiddir. Alban etnosunun tərkibində bir neçə etnik qrup vardır - gegeriyalılar və tosklar.

"Alban" sözünün dəqiq mənası məlum deyil. Bəzi etimoloqlar bu sözü hind-Avropa mənşəli "alb" - dağ və ya latın mənşəli "albus" -  (rəng) sözləri ilə əlaqələndirirlər. Xalqın müasir dövrdəki etnonimi olan "shqip" (şkip) - aydın danışan mənasını verir. Yunanıstanda yunan dilindəki αλβανος (albanos), αρβανιτης (arbanitos) - sərt, vəhşi mənalarını daşıyan sözlərə uyğun etimologiya da mövcuddur. Həmçinin, ölkənin və xalqın adının illiriya dilindəki "olba" (məskən, yaşayış yeri) sözündən yaranması versiyası da mövcuddur.

Albanların sıx yaşadığı Balkan dövlətlərində onlar əsasən şkiptar, Türkiyədə arnavut, Yunanıstanda arvanit, İtaliyada isə arbereş adlandırılırlar.

Avropada 6 milyondan çox alban yaşayır. Albanların Avropada yaşadığı ölkələr Albaniya, Kosovo, Monteneqro, Makedoniya Respublikası, Yunanıstan, Bosniya və Herseqovina, Xorvatiya, Serbiya, Sloveniya, İtaliya, Rumıniya, ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya, İsveçrə, Fransa və Niderlanddır.



Türkiyədə albanların sayı barədə qəti məlumat yoxdur, bəzi mənbələr bu göstəricinin 1 milyondan artıq olduğunu ifadə edir. Ethnologue veb-saytı, 1965-ci il siyahıya almasına görə Türkiyədəki Albanların sayını 65 000 nəfər göstərir. Türkiyədəki albanların çox hissəsi 1920-ci illərdə Türkiyə-Yunanıstan əhali dəyişməsi zamanı Cənubi Epirdən və Egey Makedoniyasından çıxarılan tosklardan, müəyyən hissəsi isə İkinci dünya müharibəsindən sonra Yuqoslaviyadan qaçan türklərlə birlikdə köçən gegeriyalılardan ibarətdir.

Bundan əlavə Misirdə Osmanlı dövründən qalma albanlar vardır.

Bir sıra antik müəlliflər albanları yerli əhali yox, gəlmə hesab edirdi. Pompey Troq (e. ə. I-e. I əsrləri) albanların Fessaliyadan (Şimali Yunanıstan) gəldiklərini söyləyirdi.

Yuli Solinə görə, albanlar özlərini əfsanəvi Yasonun nəsli ilə bağlayırdılar. "Mənşə kitabında" əks olunmuş rəvayətə görə, albanlar Midiya tərəfdən şimala və qərbə doğru yayılmışdılar. Bu məlumatlardan belə nəticəyə gəlmək olar ki, Albaniya əhalisinin bir qismi miladdan əvvəlki dövrlərdə burada məskunlaşmışdı. Tit Livi albanları ən ucqar və naməlum xalqlar cərgəsinə daxil edir, Plutarx isə albanları ən cəsur xalq kimi köstərirdi. Elmi və tarixi ədəbiyyatda "alban" adının mənşəyi barədə müxtəlif mülahizələr irəli sürülmüşdü. Antik müəlliflərdən Yuli Solin "alban" adını "albus"-"ağ" latın sözü əsasında izah etmişdi. Lakii bu, təsadüfi oxşarlıqdır. "Alban" adı yerli dillərdə işlədilən söz əsasında meydana gələ bilərdi. Digər mülahizəyə görə,  "Albaniya" xoronimi "Dağlıq ölkə" (Dağıstan) mənasını daşımışdır. Guya bu ad kelt mənşəli alp//alb "dağ, yüksəklik" sözündən əmələ gəlmişdir. Lakii keltlərin Albaniya ərazisində yaşaması barədə heç bir məlumat yoxdur. Belə bir mülahizə də irəli sürülmüşdü ki, "alban" adı əvvəllər "halban" kimi tələffüz olunurmuş və adın kökünü hal etnonimi təşkil edirmiş, -ban isə Qafqaz dillərində cəm bildirən şəkilçi olmuşdur. Bunu Dağıstanda qonşular tərəfindən avarlara şamil edilən halbi (-bi cəm bildirən şəkilçidir) etnonimi ilə eyniləşdirirdilər. Son zamanlar "albani" adı barədə irəli sürülmüş yozum daha inandırıcıdır. Bu yozuma görə, "alban" adı türk mənşəli etnonim kimi türkmən və qazaxlar tərəfindən işlədilir. Türkmənlərdə "alpan", qazaxlarda isə "alban" etnonimi qalmışdır. Alpan// alban Orta Asiyada müəyyən türkmənşəli tayfaları bildirir. Belə halda "alban" etnonimi qədim türk dillərində "cəsur, igid"  mənası daşıyai  alp//alb  sözü  əsasında yaranmışdır.

Addaki -an isə mənsubiyyət, yaxud cəm bildirən şəkilçidir. Həmin izaha tam uyğun olaraq "alban" adı "cəsurlar, igidlər" kimi mənalandırılır. Bu fikri, izahı antik mülliflərin albanlara şamil etdikləri "igid, cəsur" xarakteristikası da təsdiqləyir. Buradan belə iəticəyə gəlmək olar ki, Albaniya əhalisinin tərkibində türk tayfaları geniş təmsil olunmuşdular.

Miladdan əvvəlki dövrlərdə Albaniya ərazisiidə başqa tayfalar da yaşayırdılar. Hələ Herodot burada yaşayai kaspi, uti, mək tayfalarının adını çəkmiş, Strabon isə kaspi və uti tayfalarından başqa qel, leq, mard, amard, qarqar və s. tayfaları da yad etmişdir. Arrian sakasinlərin adını albanlar ilə yanaşı çəkmişdir. Plini (I əsr) silv, lupeni, sodi, udin, Ptolemey isə ud tayfalarını yad etmişdir.



____________________________________________________________________

Alban etnosunun varlığı ilk dəfə eramızdan əvvəl IV əsrdən məlumdur: Albanlar İran (Əhəməni) ordusunun tərəfində eramızdan əvvəl 331-ci ildə Qavqamel döyüşündə Makedoniyalı İgəndərə qarşı vuruşmuşdur. Əlbəttə ki, bu məlumatda konkret bir tayfa nəzərdə tutulur, çünki o vaxt hələ Alban xalqı formalaşmamışdı.

Şimali Azərbaycan ərazisində elə bir tayfa yaşayırdı ki, onun özünüadlandırması, yəni etnik adı “Alban” idi. Həm də bu tayfa sayca çoxluğa malik idi, əks halda ölkə onun adı ilə “Albaniya” adlanmazdı. Albaniyada, Kürdən şimalda dağıstandilli tayfalar da vardı və qədim mənbələrdə onlardan heç birinin özünüadlandırması “Alban” adıyla deyildi. Qədim tarixi-coğrafi mənbələrdə onlar lbin, silb, ciqb, her, kət, lək, uti adlandırılır ki, bu da müvafiq olaraq indiki avarların, saxurların, qrızlıların, xınalıqlıların, ləzgilərin və udinlərin ulu əcdadlarıdır. “Alban” adını daşıyanlar cənubda-Midiyada da yaşayırdı. Strabon (I əsr) yazır ki, albanların bir tayfası Midiya dağlarında kaduslarla (indiki talışların əcdadları) qonşuluqda yaşayır. “Midiya dağları” Xəzərin cənub qərbində Baqrov və Talış dağlarıdır. Həqiqətdə də XIX əsrdə indiki Yardımlı rayonunda əhalisi azərbaycanlılardan ibarət Alban kəndi vardı.
Antik müəllif Tatmit indiki Dərbənd zonasında “Alban dağları” adını çəkir. Bu məlumat III əsr müəllifi İppolit Portskinin albanların həm də, Kaspi keçidində (Dərbənd qala divarı VI əsrdə tikilmişdir, o vaxtdan həmin keçid “Kaspi keçidi ” adlanırdı) yaşaması haqqında məlumatı ilə üst-üstə düşür. “Tarixi-Dərbəndnamə”də yazılıb ki, Dərbənd səddi çıkildikdə tikilmiş qalalardan biri də Elpen qalası idi. Keçən əsrdə rus tədqiqatçısı V.Dori mənbələr əsasında yazmışdır ki, bu ad əslində “Səddi Alpan” kim nəzərə alınmalıdır. IX əsrdə Dərbənddən şimalda əhalisi türkdilli Albanoviçi adlı yaşayış məntəqəsinin adı məlumdur. Bu ad “Alban” etnonimindən, türkcə “oba” sözündən və rusca “içi” patronimik şəkilçisindən ibarətdir. Başqa sözlə, “Albanoviçi” adı “Albanoba” adına rusdilli əhali tərəfindən verilmiş addır. Müqayisə üçün deyək ki, XIII əsrdə Şimali Qafqazda yaşamış qıpçaqların Tərtər, Kul və Kuç tayfalarının məskənləri rus salnamələrində Terteroviçi, Kulubiçi, Kuçebiçi kimi qeyd olunmuşdur.
Albanlar həm də Mil düzündə-Paytakaran əyalətində yaşayırdılar. Paytakaran Beyləqan adının qədim ermənicə yazılış formasıdır. V əsr erməni tarixçisi Lazar Parbetsi Paytakaranda Alban alayları haqqında məlumat verir. XII əsrdə Beyləqanda bəzi şəxs adları isə türkcədir: Alp-Kuş, Altun-Taş, Tuq-Tiçin, Başar və b. V əsrə aid bir mənbədə qeyd olunur ki, Albanlar həm də Sisakanda (indiki Zəngəzurda) yaşayırlar. Deyilir ki, erməni əlifbasının yaradıcısı Maştos sisakana gəlmiş və alban dilini bilən Benjamin adlı bir nəfərlə görüşmüşdür. Sisakan knyazlığı indiki Naxçıvanın bir hissəsini və Ermənistanın Şərur-Dərələyəz mahalını da əhatə edirdi. Şərur-Dərələyəzdə “Elpan dərəsi” (Alpan dərəsi) Naxçıvanda “Alban təpələri” toponimləri məlumdur.
Antik müəlliflər yazırlar ki, albanlar və iberlər (gürcülər) meşəlik yerlərdə yaşayırlar. Bu məlumat Azərbaycanın şimal qərb zonasına aiddir. Alazanın sağ sahilində, Gürcüstanda “Alvan düzü”, iki Alban və iki Alpan kəndi orta əsrlərdən məlumdur. Umumiyətlə Alpan adlı məkan adlarının arealı genişdir. Doğrudanmı məkanca bir-birindən aralıda yerləşən ərazilərdə (Xəzərin cənub qərbində, Yardımlı rayonunda, Naxçıvanda , Zəngəzurda , Mil düzündə, Alavan vadisində, Gürcüstanda , Ermənistanda, Şimali Qafqazda) erkən orta əsrlərdə ləzgi dilli albanlar yaşayırdı? Tarixi faktlar o yanda qalsın, bəs elementar düşüncə?
Yuxarıda deyilənlərdən əlavə başqa faktlar da var. Alban, Alpan, Alvan və Ağvan (erməni dilində keçmişdə “L” səsi yox idi, onu “Ğ” səsi əvəz edirdi. Ona görə də Alban, Alvan etnonimi erməni mənbələrində “Ağvan” kimidir) adları türk dilləri üçün səciyyəvi b-p və b-v əvəzləmələri ilə fərqlənirlər. Ona görə də toponimlərdə bütün formalar öz əksini tapmışdır. Gürcüstanda Alpani (sondakı “İ” səsi gürcü dilində adlıq hal şəkilçisidir) adlı iki kənd, Ermənistanın Şərur-Dərələyəz qəzasında Alpanos (sondakı “os” erməni dilində yunan mənşəli adlıq hal şəkilçisidir) adlı iki kənd, oradaca “Alpan dərəsi”, Cənubi Dağıstanda Alpanar (sondakı “ar” ləzgicə cəm şəkilçisidir) adlı kənd xarabalığı, Quba rayonunda Alpan kəndi və s. 19-cu əsrin əvvəllərinə aid ədəbiyyatlarda, göstərilən kəndlərdə əhalinin türkdilli (tatar) azərbaycanlılardan ibarət olması göstərilir.
Bu etnonimin “Alban” və “Alvan” formaları da geniş areala malikdir. Yuxarıdada qeyd etdiyimiz kimi, Yardımlı rayonun ərazisindəki (19-cu əsr) Alban kəndi, Naxçıvanda Arpaçay kənarında “Alban təpələri”, Qax rayonun Ləkit kəndi yaxınlığında Albanqala, Gürcüstanın şərqində iki Alban kəndi, Qəbələ və Göyçay arasında “Alvandərəsi”, Türkiyənin Qars əyalətində Albanqala, Cənubi Azərbaycanın Əhər mahalında Alvan kəndi, Təbriz yaxınlığında Alvanak kəndi, İranda Şirvansu çayının Alvand yaxud Elban qolu, “Məhəmməd və Güləndam” nağılında Əlvan dağı və b. Adın “Ağvan” formasını əks etdirən adlara Kolatak çayının Xaçınçaya qarışdığı yerdə, Murovdağın ətəyində “Ağvan istehkamı”, Həkəri çayının ermənicə adı-Ağvanqet, Zəngəzurda 19-cu əsrdə Aqvaklu kəndi, Şuşa rayon Malıbəyli kəndi ərazisində “Ağvan xarabalığı”, Şəkinin bir məhəlləsi olan Ağvanları və b. göstərmək olar.
O ki, qaldı Albaniyada “Alban” etnik adını daşıyanların dil mənsubiyyətinə-bu da məlumdur. Onlar türkdilli xalq idilər. Bu ona görə şübhə doğurmur ki, eramızdan əvvəl I əsrdən Miladın XI-XII əsrlərinədək qeyd olunmuş Alban çarlarının, feodallarının, ruhanilərinin əksəriyyətinin (bir qismi xristian mənşəli və fars mənşəli adlardır) adları və erkən orta əsrlərdə onların yaşayış məntəqə adlarının çoxu da türkcədir. Axı ola bilməz ki, əhali başqa dildə danışsın, amma uşaqlarına türkcə ad versin, yaşadığı məskənlərin adlarını türkcə adlandırsın. Başqa bir tutarlı fakt da vardır: qazaxlarda, qırqızlarda, karakalpaklarda və türkmənlərdə IX əsrin sonlarına qədər yayğın arealda və qismən indi də Alpan adlı türk tayfaları yaşamaqdadır. Tyan-şan dağlarının ətəklərində Alban adlı boy bu günə kimi yaşamını davam etdirməkdədir. Türkmənistanda, qıpçaq türklərinin yaşadığı Alban adlı iki kənd də vardır. Əlbətdə, Albaniyada Kürdən şimalda, Dağıstanla həmsərhəd zonalarda dağıstandilli, yaxud ləzgidilli tayfalar yaşayırdı, elə indi də yaşayır. Albaniya haqqında məlumat verən yunan, latış, erməni, suriya müəllifləri onları da “Alban” adlandırırdılar. Çünki bu tayfalar Albaniyada məskun idilər, lakin yuxarıda dediyimiz kimi, bu tayfaların məxsusi adları başqa idi.
Tarixi faktlar belədir. Türkmənşəli “Alban” və “Alpan” adları vasitəsilə ləzgi xalqını avantüraya cəlb etmək istəyənlər, görünür bunun nəticəsini aydın dərk etmirlər. Kənardan ortaya atılan fitvalara uyaraq Azərbaycan Dağıstan sərhəddini nəzərdən keçirməyi təklif edən və bununla da ləzgiləri azərbaycanlılarla düşmən mövqelərdə qoymaq istəyən separatçı-sadvalçı siyasətbazlar başa düşmürlər ki, əsrlər boyu qarışıq və qonşu yaşamış bu iki xalqın sakit həyat tərzini pozmaq, evlərə ölüm və dağıntı gətirmək istəyənlərin toruna tək-tək fərdlər düşə bilər, müdrik ləzgi xalqı yox.

Albaniya tarixi

Bir neçə dəfə Bizans İmperatorluğu və Bolqarlar arasında əl dəyişdirən ölkə, 1272-ci ildə I Carlo tərəfindən işğal edildi. Osmanlılar 1514–1517-ci ildə Albaniyası Venedikliler deyil qəti olaraq götürdülər. İskəndər Bəy deyilən Yorgi Kostriota 1443–1468-ci illərdə Osmanlı hakimiyyətinə qarşı baş verən üsyanı idarə etmişdir. Albaniyada islamlaşma müddəti XVI əsrin ortalarına qədər sürmüşdür.

Albanlar 28 noyabr 1912-ci ildə Avlonya (Vlora)da müstəqilliklərini elan etmişlər. İsmayıl Kamal Vlora ilk hökumətin başçısı olmuşdur. Serblərin şimal Albaniya torpaqlarında irəliləməsi Avstriya-Macarıstan imperatorluğunu, Yunanıstanın Vlora daxil cənub Albaniyası işğal etmək istəməsi də İtaliyanı narahat etmişdir. Qarşıdurmanın Avropanın bütününü içinə götürəcək bir döyüşə çevrilməsini önləmək istəyən İngilislərin çağırışıyla, Londonda Balkan ölkələrinin də qatıldığı bir yığıncaq təşkil edilmişdir. Nəticədə dekabr 1912-ci ildə Albaniyanın müstəqilliyi tanınmışdır. Ancaq, Albanların əksəriyyəti meydana gətirdiyi Kosova, Serbiyaya buraxılmışdır. Yunanıstan sərhədi isə 1913-cü ildə beynəlxalq bir komissiya tərəfindən təyin olunmuşdur. İyun 1924-cü ildə çıxan qiyam ilə ölkəni tərk etmək məcburiyyətində qalan Baş nazir Zogo 6 ay sonra Yuqoslaviyanın dəstəyi ilə geri dönərək, bir diktə rejimi qurmuş, əvvəl Respublika başçısı (1925–1928) sonra isə, Kral (1928–1939) olmuşdur.

1939–1943-ci illərdə İtalyanlar, 1943–1944-ci illərdə Almanlar tərəfindən işğal edilən Albaniya, 1941-ci ildə qurulan Albaniya Kommunist Partiyasının səyləriylə xilas oldu. Ənvər Hoca və Məmməd Şehunun rəhbərliyindəki ölkə 1946da Xalq Respublikası oldu və sosialist inqilaba yönəlmişdir.

Əkinçiliyin kollektivizasyonu 1959-ci ildə az qala tamamlanmışdır. 1965–1970-ci illəri isə "İdeoloji İnqilab" ilə keçmişdir. Sırasıyla Yuqoslaviya (1948), Sovetlər Birliyi (1961) və Çinlə (1978) bağlarını qoparan Albaniya xarici dünyadan hamısıyla təcrid bir ölkə halına gəlmiş, Ənvər Hoca ölümündən sonra yerinə Ramız Əliyə keçmişdir. (1985)

Çox partiyalı nizama keçmə hazırlıqları 1990-cı ildə sürətlənmiş və 7 Aprel 1991-ci ildə edilən ilk seçkiləri qazanan Əmək Partiyası Hökuməti, İyunda partlayan ümumi tətil sonunda istefa vermək məcburiyyətində qalmışdır. Əmək Partiyası daha sonra adını Sosialist Partiyaya çevirmişdir. Bir koalisiya hökuməti quruldusa da uzun ömürlü olmamış, mart 1992-ci ildə edilən ümumi seçkiləri Sali Berişa rəhbərliyindəki Demokratik Partiya qazanmışdır.

Aprel 1992-ci ildə Ramız Əliyə istefa vermiş və yerinə 9 Aprel 1992də Dövlət Başçısı seçilən Berişa gəlmişdir. 24 İyul 1997 ‘deyil etibarən Dövlət Başçılığı vəzifəsini Rəcəb Meydanı icra etmişdir. Bu vəzifəsi 24 İyul 2002-ci ildə seçkisində Alfred Moisiu götürmüşdür.

13. Yaxın Şərq münaqişəsi (1948-1990)

Ərəb-İsrail müharibələri — Ərəb Dövlətləri Liqası (əsasən MisirSuriyaİordaniya və Fələstin) ilə İsrail Dövləti arasında bir sıra siyasi gərginlik və hərbi müharibələrdir. Müasir Ərəb-İsrail müharibələrinin kökləri 19-cu əsrin sonlarında yaranan Sionizm və ərəb millətçiliyinə əsaslanır. Pan-ərəb hərəkatı yəhudilər tərəfindən tarixi vətən adlandırılan ərazini Fələstin ərəblərinə məxsus hesab edir və Panislamist kontekstdə bu torpaqların müsəlmanlara məxsus olduğu güman edilir. Fələstinli yəhudilər və ərəblər arasında müharibə; 20-ci əsrin əvvəllərində Nəbi Musa qiyamı (1920) Yaffa qiyamı, 1929-cu ildə Fələstin qiyamı və 1947-ci ildə böyük bir vətəndaş müharibəsinə çevrilən və 1948-ci ildə İsrail Dövlətinin qurulması ilə ərəb üsyanının bütün Ərəb Birliyi ölkələrinə sıçraması ilə meydana çıxdı.


Yüklə 126,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin