Baltik xalqları Baltik xalqlar və ya Baltlar


XX əsrin 70-90-cı illərində İspaniyanın xarici siyasəti



Yüklə 126,98 Kb.
səhifə30/31
tarix02.01.2022
ölçüsü126,98 Kb.
#42494
1   ...   23   24   25   26   27   28   29   30   31
imtahan

XX əsrin 70-90-cı illərində İspaniyanın xarici siyasəti


İspaniya 1970-ci ildə Rio-Muni və Fernando adalarına müsiəqillik verdi. 1975-ci ildə o, Helsinki müşavirəsində iştirak etdi və ATƏT-in üzvü oldü. 1976-cı ildə o, İspaniya Saxarasından öz qoşunlarını çıxartdı. 1973-cü illdə İspaniya ilə Çin arasında diplomatik münasibətlər yarandı. 70-ci illərin ikinci yarısında da İspaniya xarici siyasətində yenə də frankist rejimdə olduğu kimi, ABŞ və Qərbi Avropa ölkələri ilə normal münasibətlərin saxlanılmasına xüsusi əhəmiyyət verirdi. 1976-cı ildə ABŞ-la İspaniya arasında dostluq və əməkdaşlıq haqqında müqavilə bağlandı. Hərbi bazalarının saxlanılması müqabilində ABŞ İspaniyaya 1 milyard 250 milyon dollar həcmində hərbi-iqtisadi kömək göstərdi. İspaniya Almaniya Demokratik Respublikasını tanıdı. Franko rejimi devrildikdən sonra İspaniyanın inkişaf etməkdə olan ölkələrlə münasibətləri daha da yaxşılaşdı. O, Fələstin Azadlıq təşkilatına 1977-ci ildə Madriddə öz nümayəndələyini açmağa icazə verdi.

1977-ci ildə İspaniya və SSRİ arasında diplomatik münasibətlər yaradıldı. 1982-ci ildə İspaniya NATO-nun üzvü oldu. İSFP müxalifətdə olarkən İspaniyanın NATO-dan çıxmasını tələb edirdi. Lakin hakimiyyət başına gələn kimi öz mövqeyini dəyişərək ona nail oldu ki, 1986-cı il referendumunda ölkə əhalisinin 52,5%-i ölkənin NATO üzvlüyündə qalmasına səs versin. Bununla bərabər, ABŞ-la saziş bağlandı ki, 3 il ərzində 79 amerikan təyyarəsi özünün İspaniyadakı bazasını tərk etsin.

İspaniya Qərb ölkələri ilə iqtisadi əlaqələri inkişaf etdirmək siyasəti yeridərək 1986-cı il yanvarın 1-də Avropa İqtisadi Birliyinin üzvü oldu.

İspaniya XX əsrin 80-ci və 90-cı illərin I yarısında illərində inkişaf etməkdə olan ölkələrlə münasibətlərin inkişafına xüsusi diqqət yetirirdi. O, həm qərb, həm də şərq yönümlü xarici siyasət yeridirdi. İspan dilli ölkələrlə iqtisadi əlaqələrin inkişafına xüsusi diqqət yetirilirdi[4]..

İspaniya 1996-2008-ci illərdə. X.M.Asnarın hökuməti (1996-2004-cü illər). 1996-cı ilin martında İspaniyada keçirilən parlament seçkilərində Xalq partiyası qələbə çaldı və onun lideri Xose Mariya Asnarın başçılığı altında hökumət təşkil edildi. Bu dövrdə İspaniya artıq Avropa demokratiyasının xüsusiyyətlərini kəsb etmiş, iqtisadiyyatda canlanma başlamış, siyasi şərait sabitləşmişdi. Bu hökumətin fəaliyyəti dövründə iqtisadi inkişaf sürətinə görə İspaniya 2000-ci ildə Aİ-də ikinci yerə çıxdı. ÜDM-un artım surəti iki dəfə artaraq, ildə 3-3.5% təşkil etdi, işsizlik 15%-ə qədər ixtisar edildi, inflyasiya orta Avropa səviyyəsinə qədər (2-3%) aşağı düşdü, büdcə kəsiri 4 dəfə ixtisas edildi. Dövlət borcları azaldı. İspanların xeyli hissəsinin həyat səviyyəsi yüksəldi. Sosial sahədə hökumət sosial sülh yaratmağa nail oldu, tətillər dayandırıldı. Sosial təminat sisteminin maliyyələşdirilməsi 3 dəfə artdı. Yaşlı əhalinin 98.3%-i pensiya aldı.. Onlardan 70%-i sonuncu əmək haqqı miqdarında təqaüd alırdı. Bütün əhaliyə pulsuz tibbi xidmət göstərilirdi. Ailələrin 80%-nin xüsusi evi var idi. Lakin əhalinin 20%-i yenə də yoxsulluq həddində idi.

Siyasi şərait sabitləşdi. Korrupsiya cəhdinin qarşısı alındı. Gəlir vergisinin mütərəqqi şkalası əsasında vergi islahatı keçirildi. X.M.Asnarın yeritdiyi xətt Böyük Britaniyanın baş naziri E.Bleerin yeritdiyi “üçüncü yol” konsepsiyasına uyğun gəlirdi. İspaniyada bazarın liberallaşdırılması həyata keçirildi.

2000-ci ilin martında keçirilən parlament seçkilərində də Xalq partiyası qələbə qazandı və Asnar ikinci dəfə hökumət təşkil etdi. O, öz daxili və xarici siyasətində əvvəlki xəttini davam etdirməyə başladı. İqtisadi artım davam edirdi. Həyat səviyyəsi yüksəldi. Daşınmaz əmlak bazarı və kredit bankları fəallaşdı. Lakin bütün bunların kifayət etmədiyini 2004-cü ilin əvvəllərində keçirilən əyalət və bələdiyyə seçkilərində İSFR qələbə çalması göstərdi. Asnar hökumətinin nüfuzdandüşmə səbəblərindən biri İspaniyanın İraq müharibəsində iştirak etməsi və İspaniyadakı müsəlman ekstremistlərinə qarşı mübarizədə onun daha qətiyyətli olmaması idi.

2001-ci ilin 11 sentyabr hadisələrindən sonra İspaniya da beynəlxalq terrorizmə qarşı mübarizəyə qoşuldu. Terror aktından iki gün sonra İspaniyada “Finik” əməliyyatı keçirildi. Ben Ladenin 20 tərəfdarı həbs edildi. İspaniyada bu dövrdə 600 min nəfəri əhatə edən müsəlman icması mövcud idi. İspaniyada müsəlman ekstremistlərindən istirahət yerlərində, terror aktlarının hazırlanmasında istifadə edildiyi məlum idi. Lakin Asnar hökuməti bu məsələyə ciddi diqqət yetirmədi. Parlament seçkiləri ərəfəsində, yəni 2004-cü ilin mart ayının 11-də Madrid və onun ətrafında terror nəticəsində 191 adam həlak oldu. Asnar hökuməti bunun günahını ETA-nın (1959-cu ildə Frankonun antiərəb siyasətinə cavab olaraq gizli şəkildə təşkil edilmişdir. Genişlənmiş adı “Baskalar ölkəsi və azadlıq” deməkdir. O, XX əsrin 60-cı illərindən başlayaraq terror aktları həyata keçirməyə başlamışdı. Onun məqsədi İspaniya və Fransanın basklar yaşayan ərazisində müstəqil Bask dövləti yaratmaqdır) üstünə atdı. Lakin məlum idi ki, ETA-da belə terror üçün təcrübəli şəxslər yox idi, digər tərəfdən ETA dəfələrlə bildirmişdi o, günahsız adamlara qarşı belə hərəkətə yol verməyəcəkdir. Terrorun “Əl-Qaida”-nın yaxınlarından təşkil edilmiş qrup vasitəsi ilə həyata keçirildiyi məlum oldu. Ölkədə yaranan mürəkkəb şəraitdən çıxmaq üçün hökumət fövqaladə vəziyyət elan etmək, parlament seçkilərinin ləngitmək istədi. Lakin kral bununla razılaşmadı.

İspaniyanın xarici siyasətinin bu dövrdə də əsas istiqamətləri Ai və NATO, Aralıq dənizi və Ərəb Şərqi, Latın Amerikası idi, 2002-ci ilin yanvarından bütün pul hesablarında avroya keçildi. 1997-ci ilin dekabrında İspaniya NATO-nun hərbi təşkilatına (1982-ci ilin mayından ancaq siyasi strukturlarında iştirak edirdi) daxil oldu.

İspaniya hökuməti Cəbəllütariq məsələsi ilə əlaqədar olaraq Böyük Britaniya ilə mövcud ixtilafların aradan qaldırılmasına nail oldu. 1998-ci ilin noyabr ayında Cəbəlütariqə geniş səlahiyyətlər vermək və hər iki dövlətin ona himayədarlıq etməsi barədə razılıq alındı.

İspaniya NATO-nun Serbiyadakı hərbi əməliyyatlarında iştirak etdi. ABŞ-ın İraqdakı əməliyyatlarını müdafiə etdi. BMT TŞ-nın daimi olmayan üzvlərindən ancaq İspaniya və Bolqarıstan bu məsələdə ABŞ-ı müdafiə etdilər. İspaniya birinci olaraq İraqa 1300 ispan hərbi qulluqçusu göndərdi. İspan əsgərlərindən orada 11 nəfər həlak oldu. İslam konfransı təşkilatı İspaniyanı müsəlman dünyasının “başlıca düşmən”lərindən biri elan etdi.



1999-cu ildə İspaniya-Rusiya münasibətlərində olan duman keçdi. Asnar Moskvaya rəsmi səfər etdi. Lakin prezident Yeltsin İspaniyanın Balkanlardakı əməliyyatlarda iştirakına görə Asnarı qəbul etmədi. Lakin 2000-ci ildə münasibətlər normaya düşdü. Putin prezident seçildikdən sonra ilk dəfə İspaniyaya səfər etdi.

İspaniya bu dövrdə Azərbaycan Respublikası ilə kənd təsərrüfatı, energetika, nəqliyyat, səhiyyə, turizm sahəsində əməkdaşlıq edirdi.



Yüklə 126,98 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin