Baltik xalqları Baltik xalqlar və ya Baltlar


İspaniya İkinci Dünya müharibəsindən sonrakı ilk illərdə (1945-1950-ci illər)



Yüklə 126,98 Kb.
səhifə27/31
tarix02.01.2022
ölçüsü126,98 Kb.
#42494
1   ...   23   24   25   26   27   28   29   30   31
imtahan

İspaniya İkinci Dünya müharibəsindən sonrakı ilk illərdə (1945-1950-ci illər)


İspaniya: İkinci Dünya müharibəsində öz bitərəfliyini elan etsə də, müharibə dövründə həm müharibə edən ölkələrə strateji xammal, ərzaq məhsulları satmaqla, həm də Latın Amerikasından gətirilən məhsulları öz ərazisinlən keçirmək üçün aldığı gömrük hesabına xeyli gəlir əldə etdi. İkinci Dünya müharibəsi dövründə və 60-cı illərə qədər ölkədə avtorgizm siyasəti yeridilirdi ki, İspaniya dünya bazarından asılı olmayaraq özünü təchiz edə bilsin. Xarici siyasətdə də təcridçilik hökm sürürdü.

1945-ci ildə keçirilən Potsdam konfransında İspaniyada faşizm pisləndi. 1946-cı ilin fevralında İngiltərə və Fransa hökumətləri bildirdilər ki, onlar İspaniya ilə hər cür əlaqələri kəsirlər. 1946-cı ilin dekabrında BMT İspaniyaya qarşı xüsusi qətnamə qəbul etdi. ABŞ-ın təkidi ilə bütün ölkələr, Portuqaliya və Argentinadan başqa, İspaniya ilə diplomatik münasibətləri kəsdilər, öz səfirlərini geri çağırdılar. Lakin Franko vəziyyətdən çıxış yolu tapdı, 1947-ci ilin iyununda bildirdi ki, ABŞ öz hərbi bazalarını İspaniya ərazisində yerləşdirə bilər və ölkə «soyuq müharibə»yə qoşulur. 1949-cu ildə bütün diplomatik korpuslar yenidən İspaniyaya qayıtdılar. 1948-ci ilin yanvarında İspaniya ilə Fransa arasında sərhəd açıldı.

Ölkənin daxili və xarici siyasətində Franko başlıca sima idi. O, dövlətin, hökumətin, İspaniya silahlı qüvvələrinin başçısı və ölkədə yeganə hakim partiya olan və 1933-cü ildə təşkil edilən «İspaniya falanqası» Milli Şurasının sədri idi. Həmçinin vertikal xətt üzrə fəaliyyət göstərən həmkarlar ittifaqları da onun tabeliyində idi.

İkinci Dünya müharibəsindən sonra dünyada yaranmış siyasi mənzərəni dərk edən Franko 1945-ci il iyulun 17-də «İspanların xartiyası» adlı sənədi imzaladı. Həmin sənədə görə şəxsiyyətin toxunulmazlığı elan edilir, yazışmaların gizliliyinə təminat verilir, mənzillərin toxunulmazlıq hüququ qorunurdu. Həmin sənəddə göstərilirdi ki, bütün dinlərin sərbəst fəaliyyətinə maneçilik törədilməyəcək. Ölkədə «milli barışıq» siyasəti yeridilməyə başladı. Əvvəl gizli fəaliyyət göstərən «Katolik hərəkatı» adlı partiyanın da leqallığına icazə verildi. Franko hətta xarici işlər naziri vəzifəsinə həmin partiyanın lideri Martino Artexonu təyin etdi. Lakin xartiyanın qəbul edilməsi frankoçu rejimin xarakterini dəyişmədi. Antikommunizm onun ranqda rəsmi siyasəti oldu. Dünyada baş verən demokratik hərəkatlar ispan xalqından da yan keçmədi.

1945-1950-ci illər İspaniya tarixinə partizan müharibələri illəri kimi daxil oldu. 1945-ci ilin avqustunla Meksikada Xuan Neqrinin başçılığı altında mühacir ispan hökuməti təşkil edildi. Həmin illərdə partizanlar İspaniyada Franko rejimini devirmək üçün beş mindən artıq əməliyyat həyata keçirdilər. Franko onlara qarşı 450 minlik ordunu işə salmalı oldu. Partizan müharibələri uğursuzluqla nəticələndi.

Müharibədən sonrakı illərdə İspaniyanın iqtisadi vəziyyəti ağır idi. 1945-ci ildə ölkədə sənaye istehsalının səviyyəsi 1929-cu ilə nisbətən cəmi 14% artmışdı. Kənd təsərrüfatı məhsulları 1931-ci illə müqayisədə 28% aşağı düşmüşdü. Maliyyə-inhisarçı kapital üçün əlverişli olan faşizm bütövlükdə ölkənin inkişafını ləngidirdi. İqtisadiyyatın inkişafı üçün lazım olan vəsaitlər əsasən hərbi və ağır sənayenin inkişafına yönəldilmişdi. Ölkədə ərzaq malları çatışmırdı. Dövlət borcları 52 milyard peset idi. Ancaq 50-ci illərin əvvəllərində İspaniya iqtisadiyyatı 1935-ci il səviyyəsinə çatdı. İqtisadiyyatın strukturunda bir neçə keyfiyyət dəyişikliyi baş verdi. Metallurgiya, maşınqayırma, elektroenergetika sənayesi inkişaf etdi. İstehsalın mərkəzləşməsi artdı. Bununla belə, sənayedə çalışanların 50%-i 50-yə qədər fəhləsi olan müəssisələrdə işləyirdi. Kənd təsərrüfatında heç bir irəliləyiş hiss olunmurdu[3].

Müharibədən sonra xarici ölkələrlə əlaqələrin zəifləməsi İspaniyanın daxili vəziyyətini xeyli çətinləşdirdi. Franko diktaturası dövründə ölkədə milli məsələ də həll edilməmiş problem kimi qalır, katalonların, baskların və qalisiylərin hüquqları tapdalanırdı. Fəhlələrin, ziyalıların, xüsusilə cəmiyyətin barometri olan gənclərin aramsız mübarizəsi nəticəsində Franko 40-cı illərin ikinci yarısında və 50-ci illərdə bir sıra tədbirlər görməyə məcbur oldu. Bu tədbirlərdən biri 1947-ci ilin iyulunda xalqın hələ də inandığı monarxiyanın bərpa edilməsi haqqında referendum oldu. Bu referendumdan sonra İspaniya yenidən monarxiya elan olundu. Franko isə ömürlük naib vəzifəsini öz üzərinə götürdü. O, öldükdən sonra müvəqqəti bu vəzifəni naiblər şürası həyata keçirməli idi. 1953-cü ildə Franko Roma papası ilə dini saziş, yəni konkordat bağladı. Bunda məqsəd ölkədə dindarların köməyi ilə siyasi sabitliyi gücləndirmək idi.

İspaniyanın XX əsrin 50-60-cı illəri və 70-ci illərinin I yarısında daxili vəziyyəti. 50-ci illərində İspaniyanın iqtisadiyyatı nisbətən yüksək sürətlə inkişaf edirdi. Milli Sənaye İnstitutu vasitəsi ilə əsas kapital yeniləşdirildi.

Ölkədə sənaye məhsulları istehsalı 1954-1958-ci illərdə xeyli artdı. Lakin 50-ci illərin sonunda iqtisadiyyatın inkişafında maneələr yarandı. Dövlət büdcəsi kəsirdə qaldı, inflyasiya ölkəni bürüdü. Kapitalın xaricə axını gücləndi. İfiya və İspaniya Saxarasında gedən müharibə də İspaniya iqtisadiyyatını zəiflətdi. 1959-cu ildə ölkədə böhran başlandı. İspaniya hökuməti ABŞ-a və beynəlxalq təşkilatlara müraciət etməyə məcbur oldu. 1959-cu il iyulun17-də ABŞ-la İspaniya arasında imzalanan iqtisadi sazişə əsasən ABŞ İspaniyaya 546 milyon dollar kredit verdi. Eyni zamanda, xüsusi bölməyə bank kreditləri və dövlət investisiyaları məhdudlaşdırıldı. 60-cı illərdə İspaniyada yüksəliş baş verdi. İqtisadiyyatda canlanma başlandı və 60-cı illərin sonuna qədər davam etdi. Dövlət iqtisadi sabitliyi saxlamaq xatirinə ABŞ və Qərbi Avropa ölkələri ilə təsərrüfat əlaqələrini genişləndirdi. «Liberallaşdırma» ilk növbədə xarici iqtisadi əlaqələrdə həyata keçirildi. Peset konvert valyutasına çevrildi. İspaniya 60-cı illərdə sənaye-aqrar ölkəyə çevrildi. Dövlət-inhisarçı kapitalın inkişafı üçün şərait yaradılmış oldu. Xarici kapital üçün məhdudlaşma zəfilədi. Xarici kapitalın ölkəyə axını on dəfədən çox artdı. Topdansatış milli ərzaq məhlulları istehsalı 60-cı illərdə orta hesabla hər il 7,6% artdı. 60-cı illərin sonunda İspa¬niyada 7,4 milyon ton polad istehsal edilirdi. Bütövlükdə 1950-ci illə müqayisədə 1970-ci ildə sənaye məhsulu istehsalı 3 dəfə artdı. İspaniya bu dövrdə dünyada gəmiqayırma sənayesinə görə beşinci, avtomobil istehsalına görə isə səkkizinci yeri tutdu. 5 min km-dən artıq şosse yolu çəkildi. 6 iri bank ölkənin bütün maliyyə sisteminin 64%-nə rəhbərlik edirdi.

«İspan möcüzəsi»nin səbəblərindən biri ilk növbədə 60-cı illərin əvvəllərində texnokratların Frankonu qabaqcıl dövlətlərdən geri qalmamaq üçün vacib şərtlərdən biri kimi ETİ-nin nailiyyətlərini istehsalda tətbiq etməyə inandırmağı bacarmaları idi. Səbəblərdən biri də 1955-1965-cı illərdə İspaniyadan xarici ölkələrə getmiş 2,5 milyon ispan vətəndaşının ölkəyə bu müddət ərzində 5 milyard dollar vəsait göndərmələri idi. Bu dövrdə İspaniyada turizm sənayesinin sürətli inkişafı, turizmdən gələn gəlir sənayenin inkişafına yönəldildi. Səbəblərdən biri də bu dövrdə İspaniyaya xarici dövlətlər – ABŞ, AFR, Belçika və İngiltərə, Fransa tərəfindən güclü kapital qoyulması və burada onların müəssisələrinin açılışı idi.

Siyasi həyatda frankist yuxarı təbəqə «liberallaşdırma siyasəti»ni davam etdirirdi. Bu məqsədlə 1954-cü il iyulun 19-da yenidən hökumətin tərkibində qismən dəyişikliklər edildi. Hakimiyyət ümid edirdi ki, bu yolla müxalifətin sağ qüvvələrini neytrallaşdıra bilər. 1957-ci ilin fevralında hökumətin tərkibinə «Allah işi» təşkilatının üzvləri də daxil oldular. «Sinfi sülh» kampaniyası genişləndi. 1959-cu ildə Dolinada həlak olan qiyamçılar və respublikaçıların birgə anma mərasimi keçirildi. Bu, «milli sülh»ə çağırış demək idi.

Siyasi məhbuslara da qismən amnistiya verildi. Senzura bir qədər yumşaldıldı. 1967-ci ilin yanvarında keçirilən referendumdan sonra «Yeni məhdudlaşdırılmış qanun» qəbul edildi. Ölkənin ictimai-siyasi həyatının qismən liberallaşdırılması xətti götürüldü. Kortesə seçkilər məsələsinə yenidən baxıldı. Deputatların bir hissəsinin (564-dən 108-i) seçki ilə seçilməsi haqqında qanun qəbul edildi. Qalanları isə əvvəlki kimi rəsmi təşkilatların zəmanəti ilə dövlət başçısı tərəfindən təyin edilirdi. Qanunda göstərilirdi ki, kral və ya naib ispan, 30 yaşdan yuxarı, katolik olmalı idi. 1968-ci ilin avqustunda «Banditizm və terrorizmə qarşı mübarizə haqqında» qanun qəbul edildi. Lakin 60-cı illərin sonunda rejim yenidən sərt tədbirlərə əl atdı. 1969-cu ilin iyulun 23-də Franko 1938-ci ildə anadan olmuş, XIII Alfonsun nəvəsi şahzadə Xuan Karlos Burbonu (uşaqlıqdan Frankonun himayəsi altında tərbiyə olunmuşdu) özünün siyasi varisi elan etdi.

İqtisadi artıma baxmayaraq, əmək haqqı artmadığına görə 50-ci illərin ikinci yarısında tətillər ölkə həyatının mühüm amilinə çevrildi. 50-ci illərin sonunda Asturiya şaxtaçıları, Baks ölkəsinin metallurqları, Katoloniya toxucuları tətil etdilər. Bu hadisələr hökuməti məcbur etdi ki, 1958-ci ildə fəhlələrlə sahibkarlar arasında kollektiv müqavilələr sisteminə keçməyə razılıq versin. 50-ci illərin sonunda fəhlələrin rəsmi həmkarlar ittifaqlarından kənarda fəhlə komissiyaları meydana gəldi. Əhalinin müxtəlif təbəqələri, o cümlədən katolik kilsəsi antifrankist mövqeyə keçdilər. 60-cı illərdə zəhmətkeşlərin həyat səviyyəsi (nominal əmək haqqı 76,1% artmış olsa da) yenə də Qərbi Avropanın digər ölkələri ilə müqayisədə ən geridə qalmış səviyyədə idi və fəhlə komissiyaları həmkarlar həkəratının vacib orqanlarına çevrildi.

1967-ci ildən onlar kommunistlər, sosialistlər, katoliklər, bitərəflərin iştirakı ilə ümummilli qurultaylar keçirməyə başladılar. Kəndlərdə də kəndli komissiyaları yaradıldı. 1965-ci ilin fevralında «Azad fəhlə assambleyaları» təşkil olundu. 1967-ci il fevralın 27-də Madriddə onların 100 minlik nümayişi oldu. Onlar fəhlə hərəkatı ilə birlikdə çıxış edirdilər. Kataloniya, Bask ölkəsində və Qalisiyada milli hərəkat gücləndi. Onlar müxtariyyət tələb edirdilər. Xristian-demokratik təşkilatların da rolu artdı. Onun mütərəqqi qanadının rəhbərlərindən biri Ruis Ximenes idi. Bu hərəkatlar frankist rejimə də öz təsirini göstərdi. Xristian-demokratik təşkilatların sağ nümayəndələri «möhkəm xətt» tərəfdarı idilər və rejimin daha da sərtləşməsini istəyirdilər. Mütərəqqi tərəf isə rejimin «liberallaşdırılma»sını istəyirdi. Məhz «liberallaşdırılma» tərəfdarlarının və ümummili hərəkatın təsiri altında xüsusi tribunal ləğv edildi. 1965-ci ildə iqtisadi tətillərin cinayət hesab edilməməsi haqqında qanun qəbul edildi.

60-cı illərin sonunda dünyada baş verən demokratik dəyişikliklər İspaniyaya da öz təsirini göstərdi. 1971-ci ildə İspaniyadakı sol qüvvələr Sevilya şəhərində «Azadlıq naminə pakt» imzaladılar. Məqsəd Frankonu devirmək idi. Hadisələrin gedişini nəzərə alan Franko general Blankonu özünə baş nazir təyin etdi. Bir az keçməmiş terrorçular tərəfindən Blanko öldürüldü. 1975-ci ilin noyabr ayında silahlı üsyana hazırlıq getdiyi zaman Franko 82 yaşında öldü. Onun siyasi varisi olan Xuan Karlos İspaniyanın kralı oldu.



Yüklə 126,98 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin