Şərq slavyanları
Şərq slavyanlarına rusların, belarusların və ukraynalıların ulu babaları daxil idilər.Feodalizmə keçidlə əlaqədar IX əsrdə şərq slavyanlarının ilk dövləti - Kiyev knyazlığı meydana gəldi.
Şərq slavyanları məişət və mədəni xüsusiyyətlərinə görə bir-birinə daha yaxındırlar. Onların ümumi sayı 200 milyondan çoxdur. Hal-hazırda 145 milyondan çox rus, 46 milyondan çox ukraynalı və 10 milyondan çox belorus yaşayır. Bu xalqların böyük əksəriyyəti Şərqi Avropada yaşayırlar. Şərq slavyanlarında əkinçilik, onunla sıx əlaqədə olan maldarlıq və meşə təsərrüfatı daha yüksək səviyyədə inkişaf etmişdir. Malqaranın saxlanılmasında otlaq-bordaq forması üstünlük təşkil edir. Daha çox etnoqrafik xüsusiyyətləri xalq geyimlərində tapmaq olar. Geyimlərin istehsalı son zamanlara qədər kustar хarakteri daşıyırdı. Şərq slavyanları özləri kətan, çətənə, əkir, yun alır və dəri emal edirdilər. Şərq slavyanlarının əsas geyim tipi köynəklərdir. Kişilər dizə qədər, qadınlar isə daha uzun ətəkli köynəklər geyirdilər. Kişi köynəkləri birtipli – tunikli biçimdə olurdu. Yalnız rusların yaşadığı bir çox vilayətlərdə yanyaxa köynəklər geniş yayılmışdı. Qadın köynəklərində daha çox fərq nəzərə çarpırdı. Şərqi slavyan xalqlarının qadın baş örtükləri etnoqrafik baxımdan daha maraqlıdır. Qızların və ərli qadınların baş örtüklərində fərqli cəhətlər daha çoxdur. Qadın baş örtüyünün bağlanma qaydaları ən çox toylarda müşahidə olunurdu. Cənubi rus vilayətlərində, ukraynalılarda və beloruslarda baş yaylığından çələng düzəldirdilər. Bir çox mərkəzi vilayətlərdə baş örtüyünün özü bir növ çələngi xatırladırdı. Üst geyimləri daha universal xarakterdə idi. Bu mənada qadın və kişi geyimləri arasında böyük fərq nəzərə çarpmırdı. Ruslar, ukraynalılar və beloruslar rəsmən pravoslav kilsəsinə xidmət edirlər. Təqvim mərasimləri İvan Kupola bayramı, maslenitsa, troitsa, soçelnik təntənəli şəkildə qeyd olunur
Qərb slavyanları
Qərb slavyanlarının mənəvi mədəniyyəti ənənəvi mərasimlərlə zəngindir. Belə ki, polyaklarda, slovak və lujitsalılarda “dojimka” və “objomka” geniş qeyd edilir (lujitsalılarda “xoruzun Öldürülmə günü”). Bu qədim slavyan əkinçilik bayramı avqust-sentyabr aylarına təsadüf edir və keçmişdə ayrı-ayrı sehrli hərəkət və mərasimlərlə müşayət edilirdi ki, bunun da əsas məqsədi bu məhsulu saxlamaq üçün növbəti ilin məhsul alınmasına təminat vermək idi. Bu dövrə aid olan digər ənənəvi bayram kimi yaz bayramı “stada na troitsu”nu, Polşada “ruh günü” , gənclər bayramı, “may ağacı” (bu bayramda tozağacının yüksək hissəsi kəsilmiş budaqlarla, açıq lentlərlə bəzədilir) bayramlarını göstərmək olar. Polyakların, çexlərin və slovakların böyük bir hissəsi katoliklərdir.
Cənub slavyanları
Cənub slavyanlarına aid olan serblər, bosniyalılar, xorvatlar və slovenlərin hamısı mənşəcə eyni dildə danışırlar, başlıca fərq ondan ibarətdir ki, serblər və bosniyalılar şərq və ya kiril əlifbasında, xorvatlar və slovenlər qərb və ya latın əlifbasında yazırdılar. XIX əsrdə baş verən slavyan dirçəlişi və bu xalqların ümumən yüksəlməsi ilə əlaqədar belə bir hiss yarandı ki, onlar əslində bir xalqdırlar və buna görə də onlar cənubi slavyanlar və ya yuqoslavlar terminini seçdilər.
Cənub slavyanları, əsasən, Balkan yarımadasında məskunlaşmışlar. Cənub slavyanları qədim əkinçilik və maldarlıq ənənələrinə malikdirlər. Cənub slavyanlarının müxtəlif qədim bayramları vardır. Buna misal olaraq hələ antik dövrlərə aid olan “obrok” və onunla əlaqədar torpağın məhsuldarlıq magiyası, qədim “qurd günləri”- qurdlara həsr olunmuş noyabr ayının ilk həftələri və s. göstərmək olar. Bundan başqa bolqarlarda və digər cənub slavyanlarında məşhur olan və həm də mənşəyi antik dövrə gedib çıxan Trifon Zarezan günüdür ki, bu da 14 fevralda qeyd edilir (üzüm kəsilməsi və onlara çaxır tökülməsi). Təqvim bayramlarından müqəddəs Lazar günündə, pasxaya bir həftə qalmış qeyd edilən “lazarak” qız bayramını, Georgiyev gününü (6 may) – mal qaranın çəmənlərə birinci yaz otlağına çıxarılmasını və s. göstərmək olar.
Ən qədim zamanlardan başlayaraq Mərkəzi və Şərqi Avropada – qədim almanlardan şərqə doğru slavyanlar yaşayırdılar. VI əsrdə onlar qərbdə Laba (Elba) çayından şərqdə Dnepr çayının ortalarınadək, şimalda Baltik dənizindən, cənubda Dunay çayı və Qara dənizə qədər çox geniş ərazini tuturdular.
Sonralar slavyan tayfaları üç qola ayrıldılar: qərb slavyanları, cənub slavyanları və şərq slavyanları.
Çexlər, polyaklar, slavaklar qərb slavyanlarıdır. Onlar Labadan şərqə doğru yaşayan Lababayn tayfaları və Bal-
tik dənizi sahilində yaşayan sahilboyu tayfalar idilər.
Bəzi slavyan tayfaları Balkan yarımadasının bir hissəsində məskən saldılar və burada cənub slavyan xalqları: bolqarlar, serblər, xorvatlar və başqaları formalaşdı.
Şərq slavyanları üç qardaş xalqın – rus, ukrayna və belorusların ulu babaları idilər.
Qədim slavyan məskənlərində qazıntı işləri aparan arxeoloqlar baltalar, oraqlar və dəzgahlar, tuncdan və
dəmirdən balıqtutan qarmaqlar, həmçinin xüsusi çalalarda – taxıl saxlanılan yerlərdə kömürləşmiş dən tapmışlar. Çoxlu miqdarda at, inək, donuz və qoyun sümüklərinə təsadüf edilmişdir. Çox yerdə gildən dizəldilmiş sobaların qalıqları, dulus çarxının köməyi ilə hazırlanmış qəşəng formalı qablar, tunc və gümüş, bəzək şeyləri aşkar olunmuşdur.
Slavyan dillərində əmək alətlərinin, müxtəlif məhsullar və heyvan adlarının uyğun olması alimlərin diqqətini çoxdan cəlb edirdi. Bütün slavyanlar taxılı «jito» adlandırırdılar ki, bu da «jit» – «yaşamaq» sözündəndir. Xış, dəryaz, oraq, toxa, öküz, qoyun sözləri müxtəlif slavyan adlarının hamısının dillərində oxşar şəkildə səslənir. Deməli, bu sözlər çox qədimdə – slavyanların ümumi dili olanda meydana gəlmişdir. Slavyanlar öz təqvimlərində aylara kənd təsərrüfatı işlərinin növünə görə ad verirdilər. Məsələn, avqust – «serpen» (biçin ayı) – «serp» yəni, «oraq» sözündəndir, sentyabr – «vresen» (duman ayı) – «vreşşi», yəni, «taxıl döyümü» sözündəndir) adlanırdı.
IX əsrə qədər slavyanların yazısı olmamışdır. Lakin slavyanlar haqqında Şərqi Roma imperiyası tarixçilərinin əsərlərində çoxlu qiymətli məlumatlar qalmışdır. Məsələn, «Onların çoxlu cürbəcür mal-qarası və torpaqda yetişən məhsulları, xüsusilə darıları və buğdaları var».
Torpağın kimə məxsus olduğunu, ondan necə istifadə edildiyini alimlər «Əkinçilik qanunu»ndan öyrəndilər. «Əkinçilik qanunu» VIII əsrdə tərtib olunmuşdu. Bu, slavyanlar məskən saldıqdan sonra Şərqi Roma imperiyası ərazisində tətbiq olunan məhkəmə adətləri toplusu idi. Slavyanlar bu adətlər əsasında mübahisələri araşdırır, məhkəmə işlərinə baxırdılar.
Arxeoloji qazıntılar zamanı bəzi qəbirlərdən qızıl və gümüş bəzək şeyləri, qiymətli silah, bahalı qab-qacaq qırıqları tapılmışdır. Lakin qəbirlərin çoxundan ancaq sadə muncuqlar, ev əşyası, ox və nizə ucluqları aşkar edilmişdir.
Alman salnaməsinin müəllifi təsdiq edir ki, Baltik sahilində yaşayan slavyan tayfasında bütün işləri xalq yığıncağı-veçe («veşşat» yəni, «bilmək, söyləmək» sözündəndir) həll edirdi. Salnaməçi yazır: «Bütün bu
tayfaları ayrıca bir hökmdar idarə etmir. Onlar bir yerə toplaşıb öz ehtiyacları haqqında götür-qoy edir, nə etmək lazım olduğu barədə yekdilliklə razılığa gəlirlər».
VII əsrin sonunda Balkan dağlarından şimala doğru, Dunayın aşağı boyundakı torpaqlarda Bolqarıstan
çarlığı meydana gəldi. Bu dövlətin şimal qonşuları valaxlar və moldavanlar, cənub qonşusu isə Şərqi Roma imperiyası idi. IX əsrdə Bolqarıstan öz sərhədlərini genişləndirdi: bir zamanlar, hətta imperiyanın özü də bolqarla-
ra bac verməyə məcbur oldu. Lakin feodalizm quruluşunun inkişafı nəticəsində Bolqarıstanda feodalların
müstəqilliyi gücləndi, çar hakimiyyəti isə zəiflədi. Şərqi Roma imperiyası bundan istifadə edib IX əsrin əvvəlində
Bolqarıstan çarlığını işğal etdi.
IX əsrdə şərq slavyanlarının erkən feodal dövləti olan qüdrətli Kiyev Rus dövləti yarandı.
X əsrin əvvəlində Çexiya dövləti yarandı. Praqa ətrafında yaşayan çex tayfasının knyazları əyanların
köməyi ilə başqa tayfaları da öz hakimiyyətləri altında birləşdirdilər. Çexiya Müqəddəs Roma imperiyasının
tərkibinə daxil olmağa məcbur oldu. Lakin Çexiya knyazı ölkəni müstəqil idarə edirdi. Sonralar o, kral ləqəbi
qəbul etdi.
X əsrin ortalarına yaxın Polşa knyazı Meşko, Visla çayı boyunca yaşayan tayfaları özünə tabe etdi. O, öz
drujinası ilə birlikdə xristian dinini qəbul etdi. Polşa dövləti yarandı. Polşa tayfalarının birləşdirilməsi knyaz
Boleslavın hakimiyyəti illərində başa çatdı. Onun zamanında Polşa müqəddəs Roma imperiyasına qarşı uzun
sürən müharibələr aparmalı oldu. Polşa bu müharibədən qələbə ilə çıxdı və hətta öz sərhədlərini də genişləndirdi. Boleslav kral ləqəbi qəbul etdi.
VII-X əsrlərdə slavyanların erkən feodal dövlətləri yarandı, bu dövlətlər xarici düşmənlərin hücumlarını
uğurla dəf edirdilər.
Slavyanların qərb qonşuları Müqəddəs Roma imperiyası idi. X əsrdə alman feodalları şərqə hücum siyasəti
yeridirdilər. Baltik sahilində və Lava boyunda yaşayan slavyanlar hələ dağınıq tayfalar halında idilər. Onlar
mərdliklə müqavimət göstərsələr də, yadellilərin basqınını dəf edə bilmədilər. Alman feodalları onların torpaqlarında mülklər saldılar, qalalar və monastırlar tikdilər, slavyanların özlərini isə meşələrə və bataqlıqlara
sıxışdırdılar.
983-cü ildə slavyanlar üsyana qalxdılar və yenidən azadılq əldə etdilər. Bu 150 ilə qədər davam etdi. Alman feodalları Laba ilə Odra (Oder) arasındakı ərazini yalnız XII əsrdə tuta bildilər.
IX əsrin sonunda cənubi Ural dağlarının ətəyindən macar tayfaları Avropaya doğru hərəkətə başladılar.
Onlar orta Dunay boyunda məskən salıb slavakları özlərinə tabe etdilər. Qərbi Avropa ölkələrinə basqınlar edən
macar atlıları, hətta Parisə qədər gedib çıxdılar. Almaniya və Çexiyanın birləşmiş qüvvələri macarları darmadağın etdi. Çox çəkmədən macarların basqınları dayandı və onlar oturaq həyata keçdilər. X əsrin sonuna yaxın Macarıstan krallığı yarandı.
Böyük monastırlarda kitab emalatxanaları var idi. Bu emalatxanalarda rahiblər kitab üzü köçürürdülər.
Yazı üçün perqamentdən istifadə edirdilər. Perqament xüsusi olaraq yazı üçün emal edilib hazırlanmış dana və oyun dərisinə deyilirdi. Əlyazısı halında olan kitab əsil incəsənət əsəri idi. Bir kitab üzərində uzun müddət çoxlu adam çalışırdı: bəziləri gözəl xətlə mətni yazır, başqaları baş hərflərə təmtəraqlı bəzək vurur, onların üzərinə bütöv rəsmlər həkk edir, digərləri başlıqlar üçün şəkillər və naxış yaradır, başqa bir qrup isə miniatür çəkirdi.
VIII-IX əsrlərdə qədim dövrün alim və yazıçılarının çoxlu əsərlərinin üzü köçürüldü. Bunun sayəsində
həmin əsərlər dövrümüzə qədər gəlib çatdı.
Kitablar az idi və çox baha idilər. Onları ancaq bəzi çox varlı adamlar əldə edə bilirdilər. Krallar və feodal əyanlar ən təntənəli hadisələr zamanı – müqavilələr bağlayarkən, uşaq doğularkən, toy münasibətilə bir-birinə kitab bağışlayırdılar.
Bir çox slavyan xalqları, xristian dinini Şərqi Roma imperiyasından qəbul etmişlər. Dini kitabları slavyan dilinə tərcümə etmək lazım idi. Bunun üçün əvvəlcə slavyan yazısı yaradılmalı idi.
İlk slavyan maarifçiləri alim-rahiblər Kiril və Mefodi oldular. IX əsrin ortalarında Kiril yunan əlifbası əsasında slavyan əlifbası düzəltdi. O, Mefodinin köməyi ilə yunan dilində olan dini kitabları slavyancaya tərcümə etdi.
Kiril və Mefodi Bizansdan qərb slavyanları arasında xristianlığı yaymaq üçün göndərilmişdilər. Sonralar
onların alman feodalları tərəfindən təqib olunan şagirdləri Bolqarıstanda məskən saldılar. Onlar çoxlu yunan
kitablarını slavyan dilinə çevirdilər. Slavyan yazısı Bolqarıstandan Qədim Rus dövləti ərazisinə də yayıldı.
Orta əsrlərdə insanlar, başlıca olaraq, Bibliyanı və «Müqəddəslərin tərcümeyi-hallarını» oxuyurdular.
Bunlarda isə kilsənin müqəddəs hesab etdiyi rahiblərin igidliklərindən və törətdikləri möcüzələrdən bəhs edilirdi. Rahiblərin özlərinin dünya nemətlərinə olan həvəslərini necə boğmaları, bədənlərini zəncirlə və ya kəndirlə sarıyaraq özlərinə necə əzab vermələri, özlərini qırmanlamaları təsvir olunurdu. Kilsə mömin adamları müqəddəslər»ə oxşamağa çağırır, onların dözümlüyünü, etiqadlarında möhkəm olmalarını nümunə göstərirdi.
Monastırlarda salnamələr yaradılırdı. Həmin salnamələrdə bəşəriyyətin tarixi, adətən dünyanın xəlq olmasından başlayır, həyatda baş verən hadisələrin səbəbləri ilə «allahın iradəsi»lə izah olunurdu.
Məzlum binəsib xalq öz mədəniyyətini yaradırdı. Kəndlərdə və feodal qəsrlərində, yollarda və karvansaralarda köçəri həyat sürən artistlər – oyunbazlar (jonqlyorlar) çıxış edirdilər. Nə bir kənd toyu, nə də cəngavər yarışı onlarsız keçmirdi. Oyunbazlar musiqi sədaları altında qəhrəmanlıq nəğmələri oxuyar, hərbi yürüşlər və vuruşmalar haqqında dastanlar söyləyər, qəhrəmanların igidliklərini kəşf edərdilər. Onlar özləri ilə ayılar və meymunlar gəzdirər, fokuslar və akrobatik çıxışlar, kiçik səhnəciklər göstərərdilər.
Bəzən oyunbazlar kilsə xidmətçilərini və feodalları kinayə və məsxərəyə qoyurdular. Salnamələrdən birində deyilir ki, bir nəfər oyunbaz iki meymuna oyuncaq dəmir köynək – zireh geyindirib itlərə mindirmiş və cəngavər turnirini nümayiş etdirmişdi. Feodalların hərbi bu cür öldürücü surətdə ələ salınması sadə xalq kütləsi içərisində canlı razılıqla qarşılanmışdı.
Oyunbazların cəsarətli zarafatları və yumoru ağaların xoşuna gəlmirdi. Kilsə köçəri həyat sürən bu artistləri amansızcasına təqib edir, hər yerdən qovur, hətta onların xristian qəbiristanlığında basdırılmasını qadağan edirdi.
Xalq yaradıcılığında çox vaxt əməkçi xalqın feodal və kilsə zülmünə qarşı kəskin etirazı ifadə olunurdu
116. Albanlar
Albanlar
Albanlar (alb. Shqiptarët) və ya Arnaudlar - Albaniyanın əsas əhalisi, həmçinin Adriatik dənizi sahillərində, Balkan yarımadasında yaşayan Avropanın ən qədim xalqlarından biri. Ümumi sayları 9 milyon nəfərdir. Təxminən 70%-i dindar müsəlmanlardır. Qalan hissəsi pravoslav və katolik xristianlarıdır. Ənvər Xocanın dövründə Albaniyada ateizm təbliğ edilirdi.
Albanların əcdadları Avropanın ən qədim avtoxton xalqı olan illiriya tayfaları, xüsusən dardanlar hesab edilir. Albanlar haqqında ilk tarixi qeydlər XI əsrə aiddir. Alban etnosunun tərkibində bir neçə etnik qrup vardır - gegeriyalılar və tosklar.
"Alban" sözünün dəqiq mənası məlum deyil. Bəzi etimoloqlar bu sözü hind-Avropa mənşəli "alb" - dağ və ya latın mənşəli "albus" - ağ (rəng) sözləri ilə əlaqələndirirlər. Xalqın müasir dövrdəki etnonimi olan "shqip" (şkip) - aydın danışan mənasını verir. Yunanıstanda yunan dilindəki αλβανος (albanos), αρβανιτης (arbanitos) - sərt, vəhşi mənalarını daşıyan sözlərə uyğun etimologiya da mövcuddur. Həmçinin, ölkənin və xalqın adının illiriya dilindəki "olba" (məskən, yaşayış yeri) sözündən yaranması versiyası da mövcuddur.
Albanların sıx yaşadığı Balkan dövlətlərində onlar əsasən şkiptar, Türkiyədə arnavut, Yunanıstanda arvanit, İtaliyada isə arbereş adlandırılırlar.
Avropada 6 milyondan çox alban yaşayır. Albanların Avropada yaşadığı ölkələr Albaniya, Kosovo, Monteneqro, Makedoniya Respublikası, Yunanıstan, Bosniya və Herseqovina, Xorvatiya, Serbiya, Sloveniya, İtaliya, Rumıniya, ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya, İsveçrə, Fransa və Niderlanddır.
Türkiyədə albanların sayı barədə qəti məlumat yoxdur, bəzi mənbələr bu göstəricinin 1 milyondan artıq olduğunu ifadə edir. Ethnologue veb-saytı, 1965-ci il siyahıya almasına görə Türkiyədəki Albanların sayını 65 000 nəfər göstərir. Türkiyədəki albanların çox hissəsi 1920-ci illərdə Türkiyə-Yunanıstan əhali dəyişməsi zamanı Cənubi Epirdən və Egey Makedoniyasından çıxarılan tosklardan, müəyyən hissəsi isə İkinci dünya müharibəsindən sonra Yuqoslaviyadan qaçan türklərlə birlikdə köçən gegeriyalılardan ibarətdir.
Bundan əlavə Misirdə Osmanlı dövründən qalma albanlar vardır.
Bir sıra antik müəlliflər albanları yerli əhali yox, gəlmə hesab edirdi. Pompey Troq (e. ə. I-e. I əsrləri) albanların Fessaliyadan (Şimali Yunanıstan) gəldiklərini söyləyirdi.
Yuli Solinə görə, albanlar özlərini əfsanəvi Yasonun nəsli ilə bağlayırdılar. "Mənşə kitabında" əks olunmuş rəvayətə görə, albanlar Midiya tərəfdən şimala və qərbə doğru yayılmışdılar. Bu məlumatlardan belə nəticəyə gəlmək olar ki, Albaniya əhalisinin bir qismi miladdan əvvəlki dövrlərdə burada məskunlaşmışdı. Tit Livi albanları ən ucqar və naməlum xalqlar cərgəsinə daxil edir, Plutarx isə albanları ən cəsur xalq kimi köstərirdi. Elmi və tarixi ədəbiyyatda "alban" adının mənşəyi barədə müxtəlif mülahizələr irəli sürülmüşdü. Antik müəlliflərdən Yuli Solin "alban" adını "albus"-"ağ" latın sözü əsasında izah etmişdi. Lakii bu, təsadüfi oxşarlıqdır. "Alban" adı yerli dillərdə işlədilən söz əsasında meydana gələ bilərdi. Digər mülahizəyə görə, "Albaniya" xoronimi "Dağlıq ölkə" (Dağıstan) mənasını daşımışdır. Guya bu ad kelt mənşəli alp//alb "dağ, yüksəklik" sözündən əmələ gəlmişdir. Lakii keltlərin Albaniya ərazisində yaşaması barədə heç bir məlumat yoxdur. Belə bir mülahizə də irəli sürülmüşdü ki, "alban" adı əvvəllər "halban" kimi tələffüz olunurmuş və adın kökünü hal etnonimi təşkil edirmiş, -ban isə Qafqaz dillərində cəm bildirən şəkilçi olmuşdur. Bunu Dağıstanda qonşular tərəfindən avarlara şamil edilən halbi (-bi cəm bildirən şəkilçidir) etnonimi ilə eyniləşdirirdilər. Son zamanlar "albani" adı barədə irəli sürülmüş yozum daha inandırıcıdır. Bu yozuma görə, "alban" adı türk mənşəli etnonim kimi türkmən və qazaxlar tərəfindən işlədilir. Türkmənlərdə "alpan", qazaxlarda isə "alban" etnonimi qalmışdır. Alpan// alban Orta Asiyada müəyyən türkmənşəli tayfaları bildirir. Belə halda "alban" etnonimi qədim türk dillərində "cəsur, igid" mənası daşıyai alp//alb sözü əsasında yaranmışdır.
Addaki -an isə mənsubiyyət, yaxud cəm bildirən şəkilçidir. Həmin izaha tam uyğun olaraq "alban" adı "cəsurlar, igidlər" kimi mənalandırılır. Bu fikri, izahı antik mülliflərin albanlara şamil etdikləri "igid, cəsur" xarakteristikası da təsdiqləyir. Buradan belə iəticəyə gəlmək olar ki, Albaniya əhalisinin tərkibində türk tayfaları geniş təmsil olunmuşdular.
Miladdan əvvəlki dövrlərdə Albaniya ərazisiidə başqa tayfalar da yaşayırdılar. Hələ Herodot burada yaşayai kaspi, uti, mək tayfalarının adını çəkmiş, Strabon isə kaspi və uti tayfalarından başqa qel, leq, mard, amard, qarqar və s. tayfaları da yad etmişdir. Arrian sakasinlərin adını albanlar ilə yanaşı çəkmişdir. Plini (I əsr) silv, lupeni, sodi, udin, Ptolemey isə ud tayfalarını yad etmişdir.
____________________________________________________________________
Alban etnosunun varlığı ilk dəfə eramızdan əvvəl IV əsrdən məlumdur: Albanlar İran (Əhəməni) ordusunun tərəfində eramızdan əvvəl 331-ci ildə Qavqamel döyüşündə Makedoniyalı İgəndərə qarşı vuruşmuşdur. Əlbəttə ki, bu məlumatda konkret bir tayfa nəzərdə tutulur, çünki o vaxt hələ Alban xalqı formalaşmamışdı.
Şimali Azərbaycan ərazisində elə bir tayfa yaşayırdı ki, onun özünüadlandırması, yəni etnik adı “Alban” idi. Həm də bu tayfa sayca çoxluğa malik idi, əks halda ölkə onun adı ilə “Albaniya” adlanmazdı. Albaniyada, Kürdən şimalda dağıstandilli tayfalar da vardı və qədim mənbələrdə onlardan heç birinin özünüadlandırması “Alban” adıyla deyildi. Qədim tarixi-coğrafi mənbələrdə onlar lbin, silb, ciqb, her, kət, lək, uti adlandırılır ki, bu da müvafiq olaraq indiki avarların, saxurların, qrızlıların, xınalıqlıların, ləzgilərin və udinlərin ulu əcdadlarıdır. “Alban” adını daşıyanlar cənubda-Midiyada da yaşayırdı. Strabon (I əsr) yazır ki, albanların bir tayfası Midiya dağlarında kaduslarla (indiki talışların əcdadları) qonşuluqda yaşayır. “Midiya dağları” Xəzərin cənub qərbində Baqrov və Talış dağlarıdır. Həqiqətdə də XIX əsrdə indiki Yardımlı rayonunda əhalisi azərbaycanlılardan ibarət Alban kəndi vardı.
Antik müəllif Tatmit indiki Dərbənd zonasında “Alban dağları” adını çəkir. Bu məlumat III əsr müəllifi İppolit Portskinin albanların həm də, Kaspi keçidində (Dərbənd qala divarı VI əsrdə tikilmişdir, o vaxtdan həmin keçid “Kaspi keçidi ” adlanırdı) yaşaması haqqında məlumatı ilə üst-üstə düşür. “Tarixi-Dərbəndnamə”də yazılıb ki, Dərbənd səddi çıkildikdə tikilmiş qalalardan biri də Elpen qalası idi. Keçən əsrdə rus tədqiqatçısı V.Dori mənbələr əsasında yazmışdır ki, bu ad əslində “Səddi Alpan” kim nəzərə alınmalıdır. IX əsrdə Dərbənddən şimalda əhalisi türkdilli Albanoviçi adlı yaşayış məntəqəsinin adı məlumdur. Bu ad “Alban” etnonimindən, türkcə “oba” sözündən və rusca “içi” patronimik şəkilçisindən ibarətdir. Başqa sözlə, “Albanoviçi” adı “Albanoba” adına rusdilli əhali tərəfindən verilmiş addır. Müqayisə üçün deyək ki, XIII əsrdə Şimali Qafqazda yaşamış qıpçaqların Tərtər, Kul və Kuç tayfalarının məskənləri rus salnamələrində Terteroviçi, Kulubiçi, Kuçebiçi kimi qeyd olunmuşdur.
Albanlar həm də Mil düzündə-Paytakaran əyalətində yaşayırdılar. Paytakaran Beyləqan adının qədim ermənicə yazılış formasıdır. V əsr erməni tarixçisi Lazar Parbetsi Paytakaranda Alban alayları haqqında məlumat verir. XII əsrdə Beyləqanda bəzi şəxs adları isə türkcədir: Alp-Kuş, Altun-Taş, Tuq-Tiçin, Başar və b. V əsrə aid bir mənbədə qeyd olunur ki, Albanlar həm də Sisakanda (indiki Zəngəzurda) yaşayırlar. Deyilir ki, erməni əlifbasının yaradıcısı Maştos sisakana gəlmiş və alban dilini bilən Benjamin adlı bir nəfərlə görüşmüşdür. Sisakan knyazlığı indiki Naxçıvanın bir hissəsini və Ermənistanın Şərur-Dərələyəz mahalını da əhatə edirdi. Şərur-Dərələyəzdə “Elpan dərəsi” (Alpan dərəsi) Naxçıvanda “Alban təpələri” toponimləri məlumdur.
Antik müəlliflər yazırlar ki, albanlar və iberlər (gürcülər) meşəlik yerlərdə yaşayırlar. Bu məlumat Azərbaycanın şimal qərb zonasına aiddir. Alazanın sağ sahilində, Gürcüstanda “Alvan düzü”, iki Alban və iki Alpan kəndi orta əsrlərdən məlumdur. Umumiyətlə Alpan adlı məkan adlarının arealı genişdir. Doğrudanmı məkanca bir-birindən aralıda yerləşən ərazilərdə (Xəzərin cənub qərbində, Yardımlı rayonunda, Naxçıvanda , Zəngəzurda , Mil düzündə, Alavan vadisində, Gürcüstanda , Ermənistanda, Şimali Qafqazda) erkən orta əsrlərdə ləzgi dilli albanlar yaşayırdı? Tarixi faktlar o yanda qalsın, bəs elementar düşüncə?
Yuxarıda deyilənlərdən əlavə başqa faktlar da var. Alban, Alpan, Alvan və Ağvan (erməni dilində keçmişdə “L” səsi yox idi, onu “Ğ” səsi əvəz edirdi. Ona görə də Alban, Alvan etnonimi erməni mənbələrində “Ağvan” kimidir) adları türk dilləri üçün səciyyəvi b-p və b-v əvəzləmələri ilə fərqlənirlər. Ona görə də toponimlərdə bütün formalar öz əksini tapmışdır. Gürcüstanda Alpani (sondakı “İ” səsi gürcü dilində adlıq hal şəkilçisidir) adlı iki kənd, Ermənistanın Şərur-Dərələyəz qəzasında Alpanos (sondakı “os” erməni dilində yunan mənşəli adlıq hal şəkilçisidir) adlı iki kənd, oradaca “Alpan dərəsi”, Cənubi Dağıstanda Alpanar (sondakı “ar” ləzgicə cəm şəkilçisidir) adlı kənd xarabalığı, Quba rayonunda Alpan kəndi və s. 19-cu əsrin əvvəllərinə aid ədəbiyyatlarda, göstərilən kəndlərdə əhalinin türkdilli (tatar) azərbaycanlılardan ibarət olması göstərilir.
Bu etnonimin “Alban” və “Alvan” formaları da geniş areala malikdir. Yuxarıdada qeyd etdiyimiz kimi, Yardımlı rayonun ərazisindəki (19-cu əsr) Alban kəndi, Naxçıvanda Arpaçay kənarında “Alban təpələri”, Qax rayonun Ləkit kəndi yaxınlığında Albanqala, Gürcüstanın şərqində iki Alban kəndi, Qəbələ və Göyçay arasında “Alvandərəsi”, Türkiyənin Qars əyalətində Albanqala, Cənubi Azərbaycanın Əhər mahalında Alvan kəndi, Təbriz yaxınlığında Alvanak kəndi, İranda Şirvansu çayının Alvand yaxud Elban qolu, “Məhəmməd və Güləndam” nağılında Əlvan dağı və b. Adın “Ağvan” formasını əks etdirən adlara Kolatak çayının Xaçınçaya qarışdığı yerdə, Murovdağın ətəyində “Ağvan istehkamı”, Həkəri çayının ermənicə adı-Ağvanqet, Zəngəzurda 19-cu əsrdə Aqvaklu kəndi, Şuşa rayon Malıbəyli kəndi ərazisində “Ağvan xarabalığı”, Şəkinin bir məhəlləsi olan Ağvanları və b. göstərmək olar.
O ki, qaldı Albaniyada “Alban” etnik adını daşıyanların dil mənsubiyyətinə-bu da məlumdur. Onlar türkdilli xalq idilər. Bu ona görə şübhə doğurmur ki, eramızdan əvvəl I əsrdən Miladın XI-XII əsrlərinədək qeyd olunmuş Alban çarlarının, feodallarının, ruhanilərinin əksəriyyətinin (bir qismi xristian mənşəli və fars mənşəli adlardır) adları və erkən orta əsrlərdə onların yaşayış məntəqə adlarının çoxu da türkcədir. Axı ola bilməz ki, əhali başqa dildə danışsın, amma uşaqlarına türkcə ad versin, yaşadığı məskənlərin adlarını türkcə adlandırsın. Başqa bir tutarlı fakt da vardır: qazaxlarda, qırqızlarda, karakalpaklarda və türkmənlərdə IX əsrin sonlarına qədər yayğın arealda və qismən indi də Alpan adlı türk tayfaları yaşamaqdadır. Tyan-şan dağlarının ətəklərində Alban adlı boy bu günə kimi yaşamını davam etdirməkdədir. Türkmənistanda, qıpçaq türklərinin yaşadığı Alban adlı iki kənd də vardır. Əlbətdə, Albaniyada Kürdən şimalda, Dağıstanla həmsərhəd zonalarda dağıstandilli, yaxud ləzgidilli tayfalar yaşayırdı, elə indi də yaşayır. Albaniya haqqında məlumat verən yunan, latış, erməni, suriya müəllifləri onları da “Alban” adlandırırdılar. Çünki bu tayfalar Albaniyada məskun idilər, lakin yuxarıda dediyimiz kimi, bu tayfaların məxsusi adları başqa idi.
Tarixi faktlar belədir. Türkmənşəli “Alban” və “Alpan” adları vasitəsilə ləzgi xalqını avantüraya cəlb etmək istəyənlər, görünür bunun nəticəsini aydın dərk etmirlər. Kənardan ortaya atılan fitvalara uyaraq Azərbaycan Dağıstan sərhəddini nəzərdən keçirməyi təklif edən və bununla da ləzgiləri azərbaycanlılarla düşmən mövqelərdə qoymaq istəyən separatçı-sadvalçı siyasətbazlar başa düşmürlər ki, əsrlər boyu qarışıq və qonşu yaşamış bu iki xalqın sakit həyat tərzini pozmaq, evlərə ölüm və dağıntı gətirmək istəyənlərin toruna tək-tək fərdlər düşə bilər, müdrik ləzgi xalqı yox.
Albaniya tarixi
Bir neçə dəfə Bizans İmperatorluğu və Bolqarlar arasında əl dəyişdirən ölkə, 1272-ci ildə I Carlo tərəfindən işğal edildi. Osmanlılar 1514–1517-ci ildə Albaniyası Venedikliler deyil qəti olaraq götürdülər. İskəndər Bəy deyilən Yorgi Kostriota 1443–1468-ci illərdə Osmanlı hakimiyyətinə qarşı baş verən üsyanı idarə etmişdir. Albaniyada islamlaşma müddəti XVI əsrin ortalarına qədər sürmüşdür.
Albanlar 28 noyabr 1912-ci ildə Avlonya (Vlora)da müstəqilliklərini elan etmişlər. İsmayıl Kamal Vlora ilk hökumətin başçısı olmuşdur. Serblərin şimal Albaniya torpaqlarında irəliləməsi Avstriya-Macarıstan imperatorluğunu, Yunanıstanın Vlora daxil cənub Albaniyası işğal etmək istəməsi də İtaliyanı narahat etmişdir. Qarşıdurmanın Avropanın bütününü içinə götürəcək bir döyüşə çevrilməsini önləmək istəyən İngilislərin çağırışıyla, Londonda Balkan ölkələrinin də qatıldığı bir yığıncaq təşkil edilmişdir. Nəticədə dekabr 1912-ci ildə Albaniyanın müstəqilliyi tanınmışdır. Ancaq, Albanların əksəriyyəti meydana gətirdiyi Kosova, Serbiyaya buraxılmışdır. Yunanıstan sərhədi isə 1913-cü ildə beynəlxalq bir komissiya tərəfindən təyin olunmuşdur. İyun 1924-cü ildə çıxan qiyam ilə ölkəni tərk etmək məcburiyyətində qalan Baş nazir Zogo 6 ay sonra Yuqoslaviyanın dəstəyi ilə geri dönərək, bir diktə rejimi qurmuş, əvvəl Respublika başçısı (1925–1928) sonra isə, Kral (1928–1939) olmuşdur.
1939–1943-ci illərdə İtalyanlar, 1943–1944-ci illərdə Almanlar tərəfindən işğal edilən Albaniya, 1941-ci ildə qurulan Albaniya Kommunist Partiyasının səyləriylə xilas oldu. Ənvər Hoca və Məmməd Şehunun rəhbərliyindəki ölkə 1946da Xalq Respublikası oldu və sosialist inqilaba yönəlmişdir.
Əkinçiliyin kollektivizasyonu 1959-ci ildə az qala tamamlanmışdır. 1965–1970-ci illəri isə "İdeoloji İnqilab" ilə keçmişdir. Sırasıyla Yuqoslaviya (1948), Sovetlər Birliyi (1961) və Çinlə (1978) bağlarını qoparan Albaniya xarici dünyadan hamısıyla təcrid bir ölkə halına gəlmiş, Ənvər Hoca ölümündən sonra yerinə Ramız Əliyə keçmişdir. (1985)
Çox partiyalı nizama keçmə hazırlıqları 1990-cı ildə sürətlənmiş və 7 Aprel 1991-ci ildə edilən ilk seçkiləri qazanan Əmək Partiyası Hökuməti, İyunda partlayan ümumi tətil sonunda istefa vermək məcburiyyətində qalmışdır. Əmək Partiyası daha sonra adını Sosialist Partiyaya çevirmişdir. Bir koalisiya hökuməti quruldusa da uzun ömürlü olmamış, mart 1992-ci ildə edilən ümumi seçkiləri Sali Berişa rəhbərliyindəki Demokratik Partiya qazanmışdır.
Aprel 1992-ci ildə Ramız Əliyə istefa vermiş və yerinə 9 Aprel 1992də Dövlət Başçısı seçilən Berişa gəlmişdir. 24 İyul 1997 ‘deyil etibarən Dövlət Başçılığı vəzifəsini Rəcəb Meydanı icra etmişdir. Bu vəzifəsi 24 İyul 2002-ci ildə seçkisində Alfred Moisiu götürmüşdür.
125. İspaniya XX əsrin əvvəli XXI əsrin sonu
Dostları ilə paylaş: |