Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə23/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   19   20   21   22   23   24   25   26   ...   538
Ə d ə b i y y a t

Rəhimli, İ. Səhnəmizin 

fədailəri [Mətn] /İ.Rəhimli; 

elmi red. M.Əlizadə.- Bakı: 

Qapp- Poliqraf, 2002.- Bi-

rinci kitab.- 304 s.

Yaqubova, M. Əgər yaşa-

saydı: Ülvi Rəcəb [Mətn] 

/M.Yaqubova //Mədəni-

maarif.- 2004.- №12.- S.40.

İ n t e r n e t d ə

www..anl.az

www.az.wikipedia.org

www.adam.az

9

110 

illiyi

Aktyor




15

Teatr.Kino

Tofiq Kazımov 

1923-1980   

Y

ANV

AR

Tofiq Səməd Mənsur oğlu Kazımov 

1923-cü il yanvar ayının 14-də Bakı-

da doğulmuşdur. 1939-1942-ci ildə 

yeddiillik təhsilini burada alaraq teatr 

məktəbini bitirmişdir. 

Böyük Vətən müharibəsində iştirak 

etmiş, 1943-cü ildə döyüşlərin birində 

yaralanaraq qayıtmış  və  Gənc Tama-

şaçılar Teatrında aktyor işləmişdir. 

Əyyub Abbasovun “Məlik Məmməd”, 

Abdulla Şaiqin “Ana” dramlarının ta-

maşalarında Bulud və Əmrah rollarını 

oynamışdır. 

1945-1951-ci illərdə Moskvada 

Ümumittifaq Teatr Sənəti İnstitutunda 

rejissor təhsili almışdır. Tələbə ikən 

Ağdam Dövlət  Dram Teatrında Həsən 

Qasımovun “Kür sahilində” pyesini 

tamaşaya hazırlamışdır. 1951-ci ildə 

Akademik Milli Dram Teatrında dip-

lom tamaşası kimi Hüseyn Muxtaro-

vun “Ailə namusu” (“Allanın ailəsi”) 

pyesinə səhnə quruluşu vermişdir. 

1952-ci il aprelin 25-də  Gənc 

Tamaşaçılar Teatrına baş rejissor 

göndərilmiş, ancaq burada tamaşa ha-

zırlamamışdır. Elə həmin il oktyabrın 

1-də Akademik Dram teatra rejissor 

götürülmüşdür. 

1958-ci ildə kinostudiyaya işə qəbul 

olunaraq “Azərbaycanfilm”də  çəkilən 

“Səhər” kinolentində rejissor kimi ça-

lışmışdır. Rus dram teatrında  Ənvər 

Məmmədxanlının “Şərqin səhəri” pye-

sini tamaşaya hazırlamışdır. 

1960-cı ildə kinostudiyadan çıxa-

raq yenidən Akademik teatra quruluş-

çu rejissor götürülmüşdür. 

1964-cü il mart ayının 16-da bu te-

atra baş rejissor təyin olunmuşdur. 

Tofiq Kazımov uzun illər teatr ins-

titutunda aktyor və rejissor sənətindən 

dərs demiş, Xalq artistləri Ağasadıq 

Gəraybəyli, Məmmədəli Vəlixanlı, 

Kazım Ziya, Əliağa Ağayev (Zəfər 

Nemətovla birgə),  İsmayıl Osman-

lı barədə monoqrafiyalar yazmışdır. 

“Çağırış”, “İşıqlı yollarda”, “Şəfəq”, 

“Qoçaq Polad” və digər pyeslərin 

müəllifidir. Mətbuatda teatr sənətinə, 

müxtəlif tamaşalara aid resenziya və 

məqalələrlə çıxış etmişdir. Tofiq Kazı-

mov 1965-ci ildə “Antoni və Kleopat-

ra” (Uilyam Şekspir) və 1979-cu ildə 

“Şəhərin yay günləri” (Anar) tamaşa-

larına görə Dövlət mükafatları ilə təltif 

olunmuşdur.

Xidmətlərinə görə Respublikanın 

Əməkdar incəsənət xadimi (1961) və 

Xalq artisti (1 iyun 1974) fəxri adları-

na layiq görülmüşdür. 

Tofiq Kazımov 1980-ci il avqust 

ayının 2-də avtomobil qəzasında həlak 

olmuşdur. Məzarı Bakıda ikinci Fəxri 

xiyabandadır.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin