146
Milli ədəbiyyat
120
illiyi
Bəkir Çobanzadə
1893-1938
MA
Y
Bəkir Vahab oğlu Çobanzadə 1893-
cü il may ayının 15-də Krımda, Tavri-
da vilayəti Simferopol qəzasının Qa-
rasubazar şəhərində anadan olmuşdur.
Burada ibtidai təhsil almış, 14 yaşında
ikən qeyri-adi zəkası ilə diqqəti cəlb
etmişdir. Dini Xeyirxahlar Cəmiyyəti
1908-ci ildə onu Türkiyəyə Qalatasaray
liseyi - “Sultaniyyə”yə təhsilini davam
etdirməyə göndərmişdir. İlk şeirlərini,
“Anan harda?” poemasını tələbəlik
dövründə qələmə almışdır. İstanbul
Universiteti nəzdində olan üçillik ali
kursda ərəb və fars dillərini mükəmməl
öyrənmiş, Türkiyədə “Müstəqil tatar
Krımı” ideyaları ilə yaşayan gənclərdən
ibarət “Krım-tatar tələbə cəmiyyəti”nin
yaradıcılarından və rəhbərlərindən ol-
muşdur. Sonra Budapeşt Universitetinin
tarix-fılologiya fakültəsində türk, ərəb
və macar filologiyası ilə yaxından tanış
olmuş, doktorluq dissertasiyası müdafiə
etmişdir. 1919-cu ildə Budapeştdə türk
dilində çıxan “Şərq” qəzetinin redaktoru
olmuşdur. 1918-1919-cu illərdə “Krım”,
“Göy kitab” (İstanbul) məcmuələrində
və “Şərq” qəzetində şeirləri dərc edil-
mişdir. Bu dövrdə Türkiyə, Krım, Orta
Asiya və Rusiya dövri mətbuatında
ictimai-siyasi, elmi məqalələrini müx-
təlif imzalarla çap etdirmişdir. Sonra-
lar “Türk ensiklopediyası”nda “Çoban
oğlu”, “Bəkir Baybək”, “Bəkir Cavbək”,
“Bəkir Yaybək”, “Çoban oğlu Bəkir Sid-
qi” imzaları ilə məqalələri dərc olunmuş-
dur.
O, 1920-ci ildə filologiya elmləri
namizədi, 1922-ci ildə isə professor adı
na layiq görülmüşdür.
Vətənə qayıtdıqdan sonra 1920-1922-
ci illərdə Krım inqilabi komitəsinin rəisi,
Krım Maarif Komissarlığında tatar lisa-
niyyatı və ədəbiyyatı şöbəsinin müdiri
olmuş, eyni zamanda ali məktəblərdə,
elmi-tədqiqat institutlarında çalışmış-
dır. 1928-ci ildə S.Ağamalıoğlunun
dəvəti ilə Azərbaycanda yeni əlifba
komitəsinin sədri, Yeni türk əlifbası
Ümumittifaq Mərkəzi Komitəsinin
rəhbəri təyin edilmişdir. Türk xalqlarının
yeni əlifbaya keçməsində fəal mübarizə
aparmış, Moskvada təlimatçı kurslarında
mühazirələr oxumuşdur. 1924-1929-cu
illərdə Azərbaycan Baş Elmi İdarəsində
terminologiya komitəsinə rəhbərlik et-
miş, eyni zamanda Azərbaycan Dövlət
Universitetinin şərqşünaslıq fakültəsində
kafedra müdiri, dekan vəzifəsində ça-
lışmışdır. 1928-ci ildə Moskvada Şərq
Xalqları İnstitutunun həqiqi üzvü seçil-
mişdir. 1929-cu ildə Azərbaycan Dövlət
Elmi-Tədqiqat İnstitutunun aspirantu-
ra şöbəsinin müdiri işləmişdir. 1932-ci
ildə keçmiş SSRİ EA Zaqafqaziya filialı
Azərbaycan şöbəsinin, 1935-ci ildə SSRİ
EA Azərbaycan filialının həqiqi üzvü
seçilmişdir. Paris Dilçilik Cəmiyyətinin
üzvü olmuşdur. O, bir sıra monoqrafik
əsərlərlə yanaşı, “Türk dilinin metodi-
kası” (1932), “Elmi qramerin əsasları”
(1932) kitablarını şərikli tərtib etmişdir.
1971-ci ildə ilk şeirlər məcmuəsi özbək
dilində kütləvi tirajla buraxılmışdır.
Bəkir Çobanzadə 1937-ci il yan-
var ayının 28-də həbs edilmiş, Pyati-
qorsk türməsinə, oradan da Azərbaycan
SSR Daxili İşlər Xalq Komissarlığının
təcridxanasına gətirilmişdir. 1938-ci il
oktyabr ayının 13-də ona ölüm hökmü
kəsilmişdir.
Dostları ilə paylaş: