Teqvim2013. pdf


 illiyi Azərbaycan Ali Məhkəməsinin (28.05.1918) yaranmasının 95



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə183/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   179   180   181   182   183   184   185   186   ...   538
95 illiyi

Azərbaycan Ali Məhkəməsinin (28.05.1918) yaranmasının 95 illiyi

Azərbaycanın İstiqlaliyyəti haqqında Akt (Əqdnamə) qəbul edilmişdir 

(28.05.1918)

Ümumdünya Metrologiya Günü (20.05.1875)

Ümumdünya Tütünlə Mübarizə Günü (31.05.1987)

173

174



145

Milli ədəbiyyat

Yazıçı

Elçin Əfəndiyev

 1943

  MA

Y

13

Ə d ə b i y y a t

Seçilmiş əsərləri [Mətn]      

/Elçin; ön sözün müəl. 

V.Bəhmənli.- Bakı: Avrasiya 

Press, 2005.- 424 s. 

Aydınlık geceler [Metn]: 

seçilmiş hikayeler /Elçin; 

çev., önsöz İ.Avşar; kapak 

İ.Sağlam.- Ankara: Bengü, 

2011.- 326 s.

Bayraqdar [Mətn]: poema 

/Еlçin; red. Dilsuz.-Bakı, 

2004.- 170 s. 

Mahmud və Məryəm 

[Mətn]: [roman] /Elçin; ön 

söz Q.Paşayev.- Kərkük: 

Yurd, 2007.- 216 s. 

Ölüm hükmü [Metn] /Elçin; 

çev. A.Ağaoğlu.- Ankara: 

Ötüken, 2007.- 536 s.

Pyeslər [Mətn] /Elçin.- 

Bakı: Çaşıoğlu, 2012.- 944 

s.

Sadəlik və müdriklik [Mətn] 

/Elçin.- Bakı, 2007.- 139 s. 

Ömrün anları [fotoal-

bom] /Elçin; tərt. ed. 

A.Əfəndiyeva.- Bakı: Çinar-

çap, 2009.- 655 s.

www.anl.az

www.adam.az

www.az.wikipedia.org

Elçin İlyas oğlu Əfəndiyev 1943-cü 

il may ayının 13-də Bakı şəhərində zi-

yalı ailəsində anadan olmuşdur. Uşaq-

lıq çağlarından etibarən  ədəbi mühitin 

içində, kitabların əhatəsində olması, bir 

tərəfdən milli ədəbiyyat, folklor, digər 

tərəfdən isə dünya ədəbiyyatı ilə tanış-

lığı onun daimi mütaliəsinin  əsasına 

çevrilmişdir. “O, inanırdı” adlı ilk 

hekayəsi 1959-cu ildə - 16 yaşı olarkən 

“Azərbaycan gəncləri” qəzetində  dərc 

olunmuşdur. 1960-cı ildə orta məktəbi 

bitirdikdən sonra Bakı Dövlət Uni-

versitetinin  filologiya fakültəsində 

təhsilini davam etdirmişdir. O, 1968-ci 

ildə Azərbaycan Elmlər Akademiya-

sı (AMEA) Nizami adına  Ədəbiyyat 

İnstitutunun aspiranturasını bitirmiş, 

1970-ci ildə “Azərbaycan bədii nəsri 

ədəbi tənqiddə (1945-1965)” möv-

zusunda namizədlik, 1997-ci ildə isə 

“Ədəbiyyatda tarix və müasirlik prob-

lemi” mövzusunda doktorluq disser-

tasiyalarını müdafiə etmişdir. 1972-ci 

ildə Elçin Əfəndiyev Azərbaycan EA-

nın Nizami adına  Ədəbiyyat  İnstitutu-

nun “Ədəbiyyat nəzəriyyəsi” şöbəsində 

baş elmi işçi vəzifəsində  işləmiş, eyni 

zamanda Nəsimi adına Dilçilik və Ni-

zami adına  Ədəbiyyat  İnstitutlarının 

Birləşmiş Müdafiə Şurasının elmi kati-

bi olmuşdur. 1965-ci ildə “Min gecədən 

biri” adlı ilk hekayələr kitabı çapdan 

çıxmışdır. Bundan sonra Elçinin dünya-

nın müxtəlif dillərində 100-ə yaxın ki-

tabı nəşr olunmuş, əsərləri ingilis, rus, 

fransız, alman, ispan, türk, macar, bol-

qar, ərəb, fars, çin, çex, slovak, polyak, 

xorvat, gürcü, litva, moldavan, türkmən, 

özbək, qazax, tacik, serb və sairə dillərə 

tərcümə edilmişdir. Kitablarının ümu-

mi tirajı 5 milyondan çoxdur. Yazıçı-

nın ssenarisi əsasında “Baladadaşın ilk 

məhəbbəti“, “Arxadan vurulan zərbə”, 

“Mən hələ qayıdacağam”, “Bağ möv-

sümü” və s. tammetrajlı  bədii  filmlər 

çəkilmişdir.

Görkəmli yazıçı dünyanın bir şox 

ölkələrində müxtəlif elmi, ədəbi, icti-

mai, siyasi konfranslarda, simpozium-

larda, qurultaylarda, görüşlərdə, rəsmi 

dövlət danışıqlarında iştirak etmişdir. 

1975-ci ildə Azərbaycan Yazıçılar  İtti-

faqının İdarə heyətinin katibi seçilmiş-

dir.


1987-ci ildən Xarici Ölkələrlə  Mə-

dəni  Əlaqələr Cəmiyyəti - “Vətən” 

Cəmiyyətinin sədri vəzifəsində çalış-

mış, 1993-cü ildən  Azərbaycan Respub-

likası Baş nazirinin müavinidir. 1998-ci 

ildən Bakı Dövlət Universitetinin pro-

fessorudur. Bir sıra Dövlət Komissi-

yalarının sədri, nüfuzlu Azərbaycan və 

beynəlxalq  ədəbi, ictimai qurumların, 

Azərbaycan Respublikasının Prezidenti 

yanında Təhsil üzrə Komissiyanın üz-

vüdür. Elçin Əfəndiyev 1984-cü ildə 

“Əməkdar incəsənət xadimi”, 1986-cı 

ildə “Şərəf nişanı” ordeni, 1998-ci ildə 

“Xalq yazıçısı” fəxri adını almış, 2003-

cü ildə  “İstiqlal” ordeni ilə  təltif edil-

mişdir.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin