Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə185/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   181   182   183   184   185   186   187   188   ...   538
Ə d ə b i y y a t

Seçilmiş əsərləri 

[Mətn]: beş cilddə 

/B.Çobanzadə; nəşrə 

hazırlayan və ön sözün 

müəl. M.Adilov; red. 

A.Babayev.- Bakı: Şərq-

Qərb, 2007.- C.1.-336 

s.; C.2.- 365 s.; C.3.- 

342 s.; C.4.- 198 s.; 

C.5.-261 s. 

Allahmanlı, M. Krım-

tatar ədəbiyyatı [Mətn]: 

problemlər, mülahizələr 

/Mahmud Qara oğlu 

Allahmanlı; elmi red. 

T.S.Novruzov.- Bakı: 

ADPU, 2007.-146 s. 

Babayev, A. Bəkir 

Çobanzadə [Mətn] 

/A.Babayev.- Bakı: Şərq-

Qərb, 1998.- 312 s.

Bəkir Çobanzadə 

[Mətn] //Azərbaycan 

yazıçıları (XX-XIX  

zilliklərdə): ensiklopedik 

məlumat kitabı.- Bakı, 

2001.- S.131-132.

İ n t e r n e t d ə

www.anl.az

www.anspress.com

www.anl.az

15

Ədəbiyyatşünas


147

Milli ədəbiyyat

MA

Y

24

Elmira Hüseyn qızı Axundova 

1953-cü il may ayının 26-da Moskva 

vilayətinin Ramensk şəhərində anadan 

olmuşdur. Bakı Xoreoqrafiya məktəbi 

yanında ümumtəhsil məktəbini 

bitirdikdən sonra şəhər 3 saylı texni-

ki məktəbində stenoqrafiya ixtisasına 

yiyələnmişdir. Sonra 1976-cı ildə ADU-

nun  filologiya fakültəsini fərqlənmə 

diplomu ilə bitirmişdir.  İlk bədii 

tərcüməsini - Hüseyn İbrahimovun  

“Nəcibənin ürəyi” hekayəsini 1978-ci 

ildə, ilk elmi məqaləsini isə 1979-cu 

ildə  “Литературный  Азербайджан” 

jurnalında çap etdirmişdir.  Əmək 

fəaliyyətinə 1971-ci ildə stenoqrafist 

kimi başlamış, sonra 1977-1980-ci 

illərdə Azərbaycan Dövlət Televiziya 

və Radio Verilişləri Komitəsində kiçik 

redaktor olmuşdur. 1980-1988-ci ildə 

Elmira xanım Azərbaycan Yazıçılar İt-

tifaqında referent-məsləhətçi işləmiş, 

1988-1991-ci illərdə Azərbaycan EA 

Nizami adına  Ədəbiyyat  İnstitutu-

nun Cənubi Azərbaycan  ədəbiyyatı 

şöbəsində böyük elmi işçi olmuş, 

1990-1998-ci illərdə  “Литературная 

газета”da müxbir, 1993-2000-ci 

illərdə Münhendə “Azadlıq” radios-

tansiyasının Azərbaycan üzrə müxbiri

“Türk dünyası” jurnalının Publisistika 

şöbəsinin müdiri vəzifələrində çalış-

mışdır. Moskvada 1984-cü ilin mayında 

keçirilən gənc yazıçıların 8-ci Ümumit-

tifaq müşavirəsində olmuş, Azərbaycan 

Yazıçılar  İttifaqının bir sıra  ədəbi 

tədbirlərinin təşkilati hazırlığında və 

keçirilməsində bilavasitə iştirak etmiş-

dir. 1983-cü ildən Azərbaycan Yazıçılar 

Birliyinin üzvüdür. 1984-cü ildə  filo-

logiya elmləri namizədi elmi dərəcəsi 

almışdır. 1991-ci ildə Azərbaycan Ya-

zıçılar Birliyi katibliyi heyətinə (infor-

masiya məsələləri üzrə katib) seçilmiş

1995-ci ildən Azərbaycan Prezidenti 

yanında Əfv Komissiyasının üzvüdür.

Hazırda 2002-ci ildən Bakı Slavyan 

Universitetinin Tərcümə nəzəriyyəsi və 

təcrübəsi kafedrasının dosentidir. Onun 

tərtib və tərcümə etdiyi “Azərbaycanın 

gənc nəsri” antologiyası, 1984-cü ildə 

“Yazıçı” nəşriyyatında kütləvi tirajla 

buraxılmışdır. Burada gənc Azərbaycan 

nasirlərinin seçmə hekayələri toplan-

mışdır. E.Axundova son illər bədii 

publisistika janrında məhsuldar yaradı-

cılığı ilə seçilir: Rus dilində “Fərmanla 

əfv edilmişdir...” (2000), “Poliqrafçının 

ölümü” (2001), “Həqiqət anı” (2003), 

“Əlövsət Quliyev: o tarix yaradırdı” 

(2003), “Bu bizik” (2003), “Yaşamaq 

əyyamı” (2003) kitabları çap edilmiş-

dir. “Bir Anın Həqiqəti” (2003) filmi-

nin ssenari müəllifidir.

Xarici və  rus mətbuatında mün-

təzəm çıxış edir. Xidmətlərinə görə 

H.Zərdabi adına mükafata layiq gö-

rülmüş, 2003-cü ildə  “Şöhrət orde-

ni” ilə  təltif edilmişdir. 2005-ci ildə 

Azərbaycan Milli Məclisinin üzvü se-

çilmişdir.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin