148
Milli ədəbiyyat
Qövsi Təbrizi
1568-1640
MA
Y
Əlican Qövsi Təbrizi 1568-ci il
may ayının 31-də Təbriz şəhərində,
sənətkar ailəsində dünyaya göz aç-
mışdır.
Qövsi Təbrizi XVI-XVII əsr
Azərbaycan poeziyasının ən par-
laq nümayəndələrindən biri ol-
muşdur. Şairin Azərbaycan dilində
bizə gəlib çatmış “Divan”ının iki
nüsxəsi məlumdur: birincisi Britani-
ya muzeyində, ikincisi Gürcüstanın
Dövlət muzeyində saxlanılır.
Şair Füzuli ədəbi məktəbinin
görkəmli davamçılarından hesab
olunur. Qövsi elə bir dövrdə yaşa-
mışdır ki, o, həm köhnə Azərbaycan
dilinin klassik şeir dili mərhələsini
(XV əsr), həm də yeni Azərbaycan
dilinin xəlqiləşməsi dövrünü (XVII
əsr) öz yaradıcılığında inikas etdirə
bilmişdir. Lirik qəzəllərində mənəvi
azadlıq, insanların arzu və istəkləri
tərənnüm olunur.
Bir sıra şairə, xüsusilə, Füzuliyə
nəzirələr yazmışdır. Onun yaradıcı-
lığı Azərbaycan şeirinin inkişafında
mühüm rol oynamışdır.
Qövsinin əsərlərindən nümunələr
ilk dəfə 1925-ci ildə Firudun bəy
Köçərlinin “Azərbaycan ədəbiyyatı
tarixi materialları” əsərinin birinci
hissəsində nəşr olunmuşdur. Həmin
ildə Salman Mümtaz şairin altmışa ya-
xın qəzəlini ayrıca kitabçada “Kom-
munist” qəzetinin nəşriyyatında nəşr
etdirmişdir.
1958-ci ildə akademik Həmid
Araslı Qövsi “Divan”ının Tiflis və
London nüsxələri əsasında onun se-
çilmiş əsərlərini (buraya şairin 145
qəzəli, 1 mürəbbesi, 2 müxəmməsi,
1 müqəddəsi, 1 tərkibbəndi, 4
tərcibəndi daxil edilib) çap etdirmiş-
di. “Azərbaycan klassik ədəbiyyatı
kitabxanası” 20 cildliyinin 1988-ci
ildə nəşr edilmiş VI cildinə Qövsinin
də əsəri daxil edilmişdir.
Əlican Qövsi Təbrizi 1640-cı ildə
vəfat etmişdir.
Dostları ilə paylaş: