Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə189/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   185   186   187   188   189   190   191   192   ...   538
965 

illiyi

İran şairi


150

Musiqi.Opera.Balet 

115  

illiyi

Hüseynağa Hacıbababəyov

1898-1972

MA

Y

Hüseynağa Soltan oğlu Hacıbaba-

bəyov 1898-ci il may ayının 19-da Şa-

maxıda toxucu ailəsində doğulmuşdur. 

Ailəsi ilə birlikdə 1902-ci ildə Bakıya 

köçmüşdür.

Hüseynağa burada əvvəlcə “Alek-

seyski” məktəbində, sonra görkəmli 

ziyalı, məşhur teatr xadimi Həbib bəy 

Mahmudbəyovun təşkil etdiyi təhsil 

ocağında oxumağa başlamışdır. 1910-cu 

ildə “Nicat” mədəni-maarif cəmiyyəti 

teatr truppasının xoruna qəbul olunmuş, 

1913-cü ildən başlayaraq “Səfa” mədəni-

maarif cəmiyyətinin teatr truppasında, 

Hüseynqulu Sarabskinin  rəhbərlik etdiyi 

“Müsəlman opera artistləri” dəstəsində, 

“Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov 

qardaşlarının müdiriyyəti”ndə dramatik 

və musiqili teatr aktyoru kimi çalışmış-

dır.

1919-cu ildən 1925-ci ilin avqustuna 



qədər Milli Dram Teatrının truppasında 

olmuş, 1925-ci ilin payız mövsümündən 

Azərbaycan Dövlət Opera və Balet Teat-

rında solist işləmişdir.

Müxtəlif truppalarda çoxlu dramatik 

obrazlarla yanaşı, opera və operettalarda 

qadın obrazlarından Leylinin, Əslinin, 

Xurşidbanunun, Gülçöhrə  və Cahan 

xalanın, Gülnazın (“Leyli və Məcnun”, 

“Əsli və Kərəm”, “Şah Abbas və Xurşid 

banu”, “Arşın mal alan” və “O olma-

sın, bu olsun” (Üzeyir bəy Hacıbəyov), 

Qəribin anasının (“Aşıq Qərib”, Zülfü-

qar bəy Hacıbəyov), Gülzarın (“Şah İs-

mayıl”, Müslüm Maqomayev) partiya-

larını oxumuşdur.

Hüseynağa Hacıbababəyov dövlət te-

atrında zəngin yaradıcılıq yolu keçmiş, 

müğənni-aktyor milli və dünya klassik 

bəstəkarlarının ölməz operalarında eyni 

məharətlə çıxış etmişdir.

1925-ci ildən 1972-ci ilə  qədər çı-

xış etdiyi əsas tamaşalar onun sənətkar 

böyüklüyünü açıqca göstərmişdir: Çar 

Brendey, Hindli qonaq (“Qar qız” və 

“Sadko”, Nikolay Rimski-Korsakov), 

Qərib (“Aşıq Qərib”, Zülfüqar  bəy  

Hacıbəyov), Sərvər,  Əsgər, Məcnun, 

Kərəm (“Məşədi  İbad”, “Arşın mal 

alan”, “Leyli və  Məcnun” və  “Əsli və 

Kərəm”, Üzeyir bəy Hacıbəyli), Lenski 

(“Yevgeni Onegin”, Pyotr Çaykovski), 

Əlyar,  Şah  İsmayıl (“Nərgiz” və  “Şah 

İsmayıl”, Müslüm Maqomayev), Qraf 

Almavivo (“Sevilya bərbəri”, Coakkino 

Rossini). 

Opera aktyoru Hüseynağa Hacıbaba-

bəyov 1934-cü ildə “Azərbaycan Res-

publikasının  Əməkdar artisti”, 1938-

ci ildə “Xalq artisti” fəxri adları ilə 

təltif olunmuşdur. Ömrünün sonların-

da teatrda gənclərin sənət vərdişlərinə 

yiyələnmələri üçün böyük əmək sərf 

etmişdir. 

Milli opera sənətimizin və gözəl akt-

yorluq qabiliyyəti olan müğənni, nadir 

səs tembri ilə yanaşı gözəl vokal tex-

nikasına, yüksək aktyorluq məharətinə, 

lətafətli səhnə cazibəsinə malik Hüsey-

nağa Hacıbababəyov 1972-ci il noyabr 

ayının 10-da Bakıda vəfat etmiş və ikin-

ci Fəxri Xiyabanda dəfn olunmuşdur.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin