153
Teatr.Kino
Kamal Xudaverdiyev
1938-2008
MA
Y
Kamal Ağahüseyn oğlu Xudaver-
diyev 1938-ci ildə may ayının 3-də
Bakıda doğulmuşdur.
Aktyorluq sənətinə 21 yaşın-
dan maraq göstərmiş və Bakıda
müxtəlif dram dərnəklərinə getmiş-
dir. 1961-ci ildə Mirzağa Əliyev
adına Azərbaycan Dövlət Teatr İns-
titutunun dram və kino aktyorluğu
fakültəsinə daxil olmuş, qüdrətli
sənətkarlar Ədil İsgəndərov, Mehdi
Məmmədov və Rza Təhmasibdən ix-
tisas təhsili almışdır.
1965-ci ildə ali təhsilini başa vu-
ran Kamal Xudaverdiyev Akademik
Milli Dram Teatrının baş rejissoru
Tofiq Kazımovun təklifı ilə oktyabr
ayının 1-də truppaya ştata götürül-
müş, müəyyən qısa fasiləni çıxmaqla
yalnız Akademik Milli Dram Teatrın-
da işləmişdir. Aktyor teatrdan əlavə
Azərbaycan Dövlət Televiziyasında
da hazırlanan tamaşalarda çoxlu ob-
razlar ifa etmişdir. Bu baxımdan onun
İlyas Əfəndiyevin “Atayevlər ailəsi”
(İldırım), Ənvər Məmmədxanlının
“Şərqin səhəri” (Cavanşir bəy),
Mehdi Hüseynin “Alov” (Qaşqay),
Əlibala Hacızadənin “Yadigar”
(Müəllim), Nazim Hikmətin “Bay-
ramın son günü” (Firuz) və “Şöhrət
və ya unudulan adam” (Doktor), El-
çin Mehrəliyevin “Yurd yeri” (Mahal
kişi) televiziya tamaşalarında oynadı-
ğı rollar bədii cəhətdən daha bitkindir.
Müxtəlif illərdə “Azərbaycanfilm”
kinostudiyasında “İstintaq da-
vam edir” (Çingizov), “Sonuncu
müsahibə” (Həsənov), “Dağlarda
döyüş” (Rüstəmov), “Nəsimi” (Yu-
sif), “Abşeron” (Əli), “Üzü küləyə”
(Kombinat müdiri), “Adanı özünlə
apara bilməzsən” (Ata), “Oteldə bir
otaq” (Alim), “Dədə Qorqud” (Ata)
filmlərində xaraktercə fərqli obrazla-
ra çəkilmişdir. Kamal Xudaverdiyev
aktyor kimi geniş mənada lirik psixo-
loji üslublu məktəbin nümayəndəsi
olmuşdur. Ən parlaq rollarını məhz
həmin janrlı əsərlərin tamaşalarında
qazanmışdır. Bununla belə, romantik
ruhlu tamaşalarda, komediyalarda da
rollar oynamışdır.
Kamal Ağahüseyn oğlu Xuda-
verdiyev teatr və kino yaradıcılı-
ğındakı səmərəli fəaliyyətinə, qa-
zandığı nailiyyətlərə görə 1982-ci
ildə “Azərbaycan Respublikası-
nın Əməkdar artisti”, 1991-ci ildə
“Xalq artisti” fəxri adları ilə təltif
olunmuş, Prezident təqaüdçüsü ol-
muşdur. 1991-ci ildən Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetində aktyor sənətindən
dərs demişdir.
Görkəmli aktyor 2008-ci il ap-
rel ayının 23-də ürək çatışmazlığı
səbəbindən vəfat etmişdir.
Dostları ilə paylaş: