154
Teatr.Kino
95
illiyi
Mehdi Məmmədov
1918-1985
MA
Y
Mehdi Əsədulla oğlu Məmmədov
1918-ci il may ayının 22-də Şuşada ana-
dan olmuşdur. Orta təhsilini Bakıda al-
mış, yeddinci sinifdən Bakı Türk İşçi Te-
atrının tamaşalarında kütləvi səhnələrə
çıxan Mehdi Məmmədov 1935-ci ildə
Bakı Teatr Məktəbini bitirmişdir.
1935-ci ildə Moskvada ali rejissor
təhsili almağa getmiş,1940-cı ildə Gəncə
Dövlət Dram Teatrında Məmmədhüseyn
Təhmasibin “Bahar” dramını diplom işi
kimi tamaşaya hazırlamışdır. Təyinatla
Gəncəyə göndərilən gənc rejissor 1945-
ci ilin yay mövsümünün sonunadək
burada işləyərək sentyabrda Bakıya
gəlmişdir. Müxtəlif sənət ocaqlarında
əsasən monumental səpgili tamaşalar
hazırlamışdır.
1942-1946-cı illərdə Gəncə Dövlət
Dram Teatrında, 1960-1963-cü illərdə
Milli Dram Teatrında, 1956-1960-cı
illərdə Opera və Balet teatrında, 1977-
1982-ci illərdə Azərbaycan Dövlət Rus
Dram Teatrında baş rejissor kürsüsü-
nü tutmuşdu. Sıravi quruluşçu rejissor
kimi ən çox Milli teatrda quruluşlar
vermişdir. Milli Dram Teatrında ilk işi
1946-cı ildə Şekspirin “On ikinci gecə”
komediyasının tamaşası olmuşdur.
Müəyyən fasilələrlə bu sənət ocağın-
da Cəfər Cabbarlının “Yaşar” (1947),
Aleksandr Fadeyevin “Gənc qvardiya”
(1948), Sabit Rəhmanın “Aydınlıq”
(1949), “Əliqulu evlənir” (1961), Lope
de Veqanın “Rəqs müəllimi” (1949),
Əbdürrəhim bəy Haqverdiyevin “Da-
ğılan tifaq” (1950), Məmmədhüseyn
Təhmasibin “Çiçəklənən arzular” (1951)
və s. əsərlərinə müxtəlif janrlarda səhnə
həyatı vermişdir.
1946-cı ildən ömrünün sonunadək
Azərbaycan Dövlət Teatr İnstitutunda
aktyor və rejissor sənətindən dərs de-
miş, kafedra müdiri olmuşdur.
“Azərbaycanfilm”in 1959-cu ildə is-
tehsal etdiyi “Onu bağışlamaq olarmı?”
filmində Qaya roluna çəkilmişdir. Radio
teatrında Şekspirin “Hamlet” faciəsində
baş rolu səsləndirmişdir.
1968-ci ildə “Azəri drammaturgiya-
sının estetik problemləri” mövzusunda
doktorluq dissertasiyasını müdafiə et-
mişdir. 1960-cı ildən professor vəzifəsini
tutan, sənətşünaslıq doktoru Mehdi
Məmmədov “Azəri drammaturgiyasının
estetik problemləri”, “Teatr düşüncələri”,
“Teatrlar. Aktyorlar. Tamaşalar”, “Hü-
seyn Ərəblinski”, “Onun sənət ulduzu”,
“Moskva Akademik Bədaye Teatrı”
“Aleksandr Tuqanov” (rusca), “Rejissor
sənəti”, “Sabit Rəhman” və digər kitab-
ların müəllifidir.
Sənətdə qazandığı uğurlara görə
Mehdi Məmmədov 1949-cu ildə “Res-
publikanın Əməkdar incəsənət xadimi”,
1958-ci ildə “Xalq artisti” və 1974-cü
ildə “SSRİ Xalq artisti” fəxri adlarına
layiq görülmüşdür.
Akademik teatrda hazırladığı Hüseyn
Cavidin “İblis” faciəsinə görə 1984-cü
ildə Azərbaycan Dövlət mükafatı ilə
təltif olunmuşdur.
Mehdi Məmmədov1985-ci il yanvar
ayının 28-də qəflətən vəfat etmiş, Bakı-
da Fəxri Xiyabanda dəfn olunmuşdur.
Mehdi Məmmədovun 80 illik yubi-
leyinin dövlət səviyyəsində keçirilməsi
haqqında Azərbaycan Respublikası
Prezidenti 14 iyun 1998-ci il tarixində
Sərəncam imzalamışdır.
Dostları ilə paylaş: