Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə190/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   186   187   188   189   190   191   192   193   ...   538
Ə d ə b i y y a t

Dadaşov, S. Azərbaycan 

SSR Xalq artisti Hüsey-

nağa Hacıbababəyov 

[Mətn] /S.Dadaşov; 

red. M.Davudova.-

Bakı: Azərbaycan Teatr 

Cəmiyyəti, 1958.- 31 s.

Təhmirazqızı, S.Mayda 

xatırlananlar [Mətn] 

/S. Təhmirazqızı                

//Mədəniyyət .-2010.- 

19 may. - S. 5. 

Rəhimli, İ. Hüseynağa

Hacıbababəyov

 

[Mətn] 

//

Rəhiml, İ. Azərbaycan 

teatr tarixi.- Bakı, 

2005.- S.417.

İ n t e r n e t d ə

www.anl.az

www.adam.az

www.az.wikipedia.org

www.mct.gov.az

19

Opera müğənnisi



151

Musiqi.Opera.Balet 

MA

Y

Xədicə Osman qızı Qayıbova 1893-

cü il may ayının 24-də Tiflisdə anadan 

olmuşdur. İlk təhsilini “Müqəddəs Nina” 

məktəbində  almışdır.Uşaq yaşlarından mu-

siqi istedadı ilə fərqlənən X.Qayıbova ilk 

musiqi təhsilinə bu məktəbdə yiyələnmiş

elementar musiqi nəzəriyyəsini, fortepi-

anoda çalmağı öyrənmişdir. Bir müddət 

X.Qayıbova Tiflisdəki tatar məktəbində 

dərs demiş, 1919-cu ildə həyat yoldaşı ilə 

birlikdə Bakıya köçmüşdür.

XX  əsrin 20-ci illərinin  əvvəllərində 

Xalq Maarif Komissarlığında Şərq musi-

qisi üzrə müəllim kadrların hazırlanması 

məqsədilə “Qısa müddətli  Şərq musiqi-

si kursları”nı  təşkil etmiş, sonralar Şərq 

musiqi  şöbəsinin müdiri təyin olunmuş-

dur. 1927-ci ildə konservatoriyaya daxil 

olmuş, nəzəriyyə  və  bəstəkarlıqdan dərs 

almış, eyni zamanda teatr texnikumunda 

dərs demiş və elmi-tədqiqat işi ilə məşğul 

olmuşdur. Bakıda Şərq konservatoriyası-

nın yaradıcılarından və ilk azərbaycanlı 

pianoçu - fortepianoda muğamların ilk 

ifaçısı olmuşdur.

X.Qayıbovanın evi əsl musiqi oca-

ğı olmuşdur. Qonaqların arasında dövlət 

xadimləri, Bakıya qastrola gələn ifaçı-

lar, müxtəlif tədbirlərdə  iştirak edən xa-

rici qonaqlar, xususilə  də Türkiyədən 

alimlər,  şairlər olmuş, musiqi gecələrinə 

Ü.Hacıbəyli, R.Qliyer, L.Rudolf, 

M.Pressman, H.Sarabski, Bülbül, 

V.Qorovits, N.Milşteyn, F.Köprülüzadə, 

İsmayıl Hikmət kimi görkəmli insanlar 

da qatılırdı.

Azərbaycanın yaradıcı ziyalılarına 

qənim kəsilən sovet imperiyasının qa-

til siyasəti bu vətənpərvər sənətkarın, bu 

zərif ruhlu pianoçu qadının taleyindən də 

yan keçməmişdir. Onun adı rus-sovet rep-

ressiyasının ilk iki ilində qətlə yetirilmiş 

səksən min Azərbaycan ziyalısının siya-

hısındadır. O, 1933-cü ildə Türkiyə ilə 

münasibətlərinə görə casusluqda ittiham 

edilərək həbs olunmuş, ancaq tezliklə 

heç bir sübut, dəlil olmadığına görə 

həbsdən azad edilmişdi. 1934-cü ildən 

Azərbaycan Dövlət Konservatoriyasında 

əmək fəaliyyətini davam etdirən profes-

sional musiqiçi burada elmi-tədqiqat mu-

siqi kabinetinə  rəhbərlik etmişdir. Onun 

rəhbərliyi altında xalq dastanları və mu-

ğamlarımız toplanmışdır.

Xədicə xanım 1938-ci il martın 17-

də Dövlət Təhlükəsizlik  İdarəsinin 4390 

№-li orderi ilə ikinci dəfə əsassız şəkildə 

həbs edilmişdir. 1938-ci il may ayının 

7-də  Xədicə Qayıbovanın işi üzrə istin-

taq başa çatmış  və o, heç bir dəlilin ol-

mamasına baxmayaraq müqəssir hesab 

edilmişdir. Azərbaycan SSR XDİK-in 

Xüsusi Üçlüyünün 1938-ci il 19 oktyabr 

tarixli qərarına  əsasən Qayıbova Xədicə 

xanım Osman qızı Türkiyə konsulluğu ilə 

əlaqəsinə  və  cəsusluq fəaliyyətinə görə 

əmlakı müsadirə edilməklə güllələnməyə 

məhkum edilmişdir. Azərbaycan SSR Ali 

Məhkəməsi Cinayət İşləri üzrə Məhkəmə 

Kollegiyasının 14 fevral 1956-cı il 

qərarına  əsasən Qayıbova Xədicə xanım 

Osman qızına bəraət verilmişdir.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin