233
Musiqi.Opera.Balet
70
illiyi
İlhamə Quliyeva
1943
AV
Q
U
S
T
İlhamə Məzahir qızı Quliyeva 1943-
cü il avqust ayının 17-də Bakıda, musi-
qiçi ailəsində anadan olmuşdur.
İbtidai təhsilini tamamladıqdan
sonra 1963-1968-ci illərdə Azərbaycan
Dövlət Universitetinin filologiya
fakültəsində təhsil almışdır. Səhnə
fəaliyyətinə tələbəlik illərindən başla-
mışdır.
1965-1970-ci illərdə Azərbaycan
Dövlət Teleradio Verilişləri Şirkəti Est-
rada Orkestrinin, 1970-1980-ci illərdə
Azərbaycan Dövlət Filarmoniyasının
solisti olmuşdur.
1980-ci ildən Azərbaycan
Dövlət Qastrol-Konsert Birliyi-
nin (“Azkonsert”) solistidir. Reper-
tuarına Azərbaycan və xarici ölkə
bəstəkarlarının əsərləri daxildir. Ya-
radıcılığında T.Quliyev, F.Əmirov,
C.Cahangirov, H.Məmmədov, F.Sücəd-
dinov, N.Aslan və başqa bəstəkarların
mahnıları xüsusi yer tutur. İlhamə
Quliyevanın ifasında “Neylərsən?”,
“Bilməzdim” (E.İbrahimova), “İncitmə
qəlbimi”, “Toy mahnısı” (F.Əmirov)
“De görüm neyləmişəm” (F.Əmirov),
“Görüş yeri”, “Anam Azərbaycanım”,
“Bağışla”, “Gedirəm”, “Çiçək yağı-
şı”, “Unuda bilməzsən”, “Qaragilə”,
“Ağla”, “Göy göl” (F.Əmirov) və
başqa mahnılar tamaşaçılar tərəfindən
sevə-sevə dinlənilir. Bir sıra xarici
ölkələrdə (İngiltərə, İspaniya, İsveçrə,
Danimarka, Türkiyə, Almaniya və s.)
qastrolda olmuş, Azərbaycan diaspo-
runun fəal nümayəndəsi kimi fəaliyyət
göstərmişdir.
Məşhur müğənni 1998-ci ildə
“Azərbaycanın Xalq artisti” fəxri
adına layiq görülmüş, 2003-cü ildə
Azərbaycanın “Şöhrət ordeni” ilə təltif
edlmişdir. 2008-ci ildə ona “Dağıstanın
Xalq artisti” adı verilmiş və “Humay”
mükafatına layiq görülmüşdür.
2011-ci ildə İlhamə Quliyeva “Türk
sənət dünyasının kraliçası” tituluna la-
yiq görülmüşdür.
Dostları ilə paylaş: