Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə290/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   286   287   288   289   290   291   292   293   ...   538
Ə d ə b i y y a t

Azərbaycan muğam 

dəstgahlarında ritminto-

nasiya problemləri [Mətn] 

/E.Babayev; elmi red. 

R.Zöhrabov.- Bakı: Ergün, 

1996.- 128 s.

Ənənəvi musiqimiz 

[Mətn]: [müşahidələr və 

mülahizələr] /E.Babayev; 

elmi red. F.Əliyeva; rəyçi 

R.Məmmədova.- Bаkı: Elm, 

2000.- 116 s. 

Şifahi ənənəli Azərbaycan 

musiqisində intonasiya 

problemləri [Mətn]: dərs 

vəsaiti /E.Babayev; elmi 

red. F.Əliyeva; rəyçi 

Z.Səfərova.- Bakı: Elm, 

1998.- 146 s.

İ n t e r n e t d ə

www.anl.az

www.azerbaijans.com

www.mugam.musigi-dunya.

az 

www.musakademiya.

musigi-dunya.az 

28

Musiqişünas


235

Teatr.Kino

70 

illiyi

Ramiz Məlikov  

1943

AV

Q

U

S

T

Ramiz Ağarza oğlu Məlikov (Ra-

miz Məlik) 1943-cü il avqust ayının 

4-də Bakıda doğulmuşdur. 

1961-ci ildə Yasamal rayonundakı 

31 saylı orta məktəbi bitirmiş, iki il 

bu məktəbdə pioner baş dəstə rəhbəri 

kimi çalışmışdır.

1963-cü ildə Mirzağa Əliyev adına 

Azərbaycan Dövlət Teatr İnstitutunun 

dram və kino aktyorluğu fakültəsinə 

daxil olmuş, Rza Təhmasibdən, Tofiq 

Kazımovdan, Məlik Dadaşovdan dərs 

almışdır. 

1967-ci ildə Akademik Milli Dram 

Teatrının truppasına aktyor kimi işə 

götürülmüşdür. Aktyorluq etməklə 

yanaşı,  Əkrəm  Əylislinin “Yastı 

təpə” (quruluşçu rejissor Tofiq Kazı-

mov), Leonard Frankın “Yad adam” 

(quruluşçu rejissor Oruc Qurba-

nov),  İlyas  Əfəndiyevin “Xurşidbanu 

Natəvan” (quruluşçu rejissor Mərahim 

Fərzəlibəyov) və s. pyeslərinin tama-

şaya hazırlanmasında rejissor və rejis-

sor assistenti kimi çalışmışdır.

Demək olar ki, hər yeni mövsümdə 

aktyor yeni-yeni rollar oynayır: Mar-

sel (“Hamlet”, V.Şekspir), Aqşin (“Od 

gəlini”, C.Cabbarlı), Barat (“Almaz”, 

C.Cabbarlı), Leytenant (“Mahnı dağ-

larda qaldı”,  İ.Əfəndiyev), Mikayılov 

(“Xurşid banu Natəvan”,  İ. Əfəndiyev), 

Mayis (“Sevgililərin cəhənnəmdə vü-

salı”,  İ.Əfəndiyev), Teymur (“Yastı 

təpə”, Ə.Əylisli), Valter (“Yad adam”, 

L.Frank), Arif (“İblis”, H.Cavid ), Jan 

(“Dəfn edilməmiş ölülər”, J.P.Sartr), 

Toğrul (“Atabəylər”, N.Həsənzadə), 

Antoni (“Kölgələrin oyunu”, Y.Edlis), 

Katib (“Gecə döyülən qapılar”, 

N.Xəzri), Dulu Xaqan (“Özümüzü 

kəsən qılınc”, B.Vahabzadə), Vilyams 

(“Kəllə”, N.Hikmət), Qaçaq Süleyman 

(“Dirilən adam”, İ.Şıxlı) və s.

Ramiz Məlik Azərbaycan Dövlət 

Televiziyasının hazırladığı  Ənvər 

Məmmədxanlının “Şərqin səhəri” 

(Bəhruz), 

Əlibala Hacızadənin 

“İnanmırsansa…” (Adil), Nəriman 

Həsənzadənin “Kimin sualı var?” 

(Ədalət) və s. əsərlərin tamaşalarında 

oynamışdır.

1984-ci ildə Ramiz Məlik Respub-

lika Dövlət mükafatına layiq görül-

müş, 1982-ci ildə “Azərbaycan Res-

publikasının Əməkdar artisti”, 1998-ci 

ildə isə “Xalq artisti” fəxri adları ilə 

təltif olunmuşdur. Hazırda Prezident 

təqaüdçüsüdür.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   286   287   288   289   290   291   292   293   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin