Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə289/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   285   286   287   288   289   290   291   292   ...   538
Ə d ə b i y y a t

Xatun. İlhamə Quliyeva 

adına mədəniyyət mərkəzi: 

İstanbulda ayın sonunda 

belə bir mərkəzin açılışı 

olacaq [Mətn] /Xatun //

Ayna .-2010.- 13 mart.- 

S.21.

Məhərrəmova, T. “Yaşın nə 

fərqi var ki...” : Hər fəslin 

öz gözəlliyi, hər çiçəyin öz 

ətri olduğu kimi, hər yaşın 

öz gözəlliyi var [Mətn] /T. 

Məhərrəmova //Kaspi.-

2010.- 17 avqust.- S.12.

Quliyeva İlhamə Məzahir 

qızı [Mətn] //Üzeyir 

Hacıbəyli ensiklopediyası.- 

Bakı, 2008.- S.139.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.milli.az

www.music.day.az

17

Müğənni


234

AV

Q

U

S

T

1

Musiqi.Opera.Balet

65 

illiyi

Elxan Babayev 

1948 - 2003

AV

Q

U

S

T

Elxan Əlisəttar oğlu Babayev 1948-

ci il avqust ayının 28-də Bakıda ana-

dan olmuşdur.

O, 1971-ci ildə ifaçılıq, 1973-cü 

ildə tarix və nəzəriyyə fakültələri üzrə 

Ü.Hacıbəyov adına Azərbaycan Dövlət 

Konservatoriyasını bitirmişdir. 1971-

1978-ci illər Azərbaycan Televiziya və 

Radio Verilişləri Komitəsində əvvəlcə 

simfonik orkestrin solisti, sonra Musi-

qi verilişləri baş redaksiyasında  şöbə 

müdiri vəzifəsində çalışmışdır. 

1978-ci ildən Azərbaycan Dövlət 

Konservatoriyasının müəllimi vəzifəsi-

nə dəvət olunmuşdur. 

1981-1984-cü illərdə P.İ.Çaykovski 

adına Moskva Dövlət Konservatori-

yasının musiqi nəzəriyyəsi kafedra-

sının dissertantı olmuş, 1985-ci ildə 

Moskva Dövlət Konservatoriyasında 

“Azərbaycan dəstgahlarının ritmikası” 

mövzusunda namizədlik dissertasiyası 

müdafiə etmişdir.

1985-1988-ci illər  İraq respubli-

kasına ezam edilmiş, Milli simfonik 

orkestrin solisti, İncəsənət Akademi-

yasının, musiqi və balet məktəbinin 

müəllimi vəzifələrində  işləmişdir. 

Ezamiyyətdən sonra konservatoriya-

ya qayıdan E.Babayev bir sıra rəhbər 

vəzifələrdə çalışmışdır. O, 1992-ci 

ildə Nəfəs və zərb alətləri kafedrasının 

müdiri, həmin ildə ifaçılıq fakültəsinin 

dekanı, 1993-cü ildən Konservatoriya-

nın (1994-cü ildən Bakı Musiqi Aka-

demiyasının) I prorektoru vəzifələrinə 

irəli çəkilmişdir. E.Babayev 1992-ci 

ildə dosent, 1994-cü ildə professor 

elmi adlarına layiq görülmüşdür. 1999-

cu ildə  “Şifahi  ənənəli Azərbaycan 

musiqisində intonasiya problemləri” 

mövzusunda dissertasiya müdafiə 

etmiş, sənətşünaslıq doktoru elmi 

dərəcəsi almışdır.

O, bir sıra respublika müsa-

biqələrinin, o cümlədən, nəfəs alətləri 

ifaçılarının F.Əmirov adına respublika 

müsabiqəsinin təşəbbüskarı, münsiflər 

heyətinin sədri olmuşdur.

Musiqişünasların B.Asafyev 

adına beynəlxalq müsabiqəsi lau-

reatı (1991), “Bakılı” Beynəlxalq 

Cəmiyyətinin “Humay-98” mükafatı 

laureatı E.Babayev 4 monoqrafiya-

nın, məqalələr toplusunun, 6 elmi-

metodik nəşrin, tədris proqramlarının, 

100-dən artıq elmi və elmi-publisistik 

məqələlərin, onlarla televiziya və ra-

dio verilişlərinin müəllifidir.

ABŞ-ın Çikaqo, Enarbor, Flint, Eyd-

rian, Almaniyanın Köln şəhərlərində, 

eləcə  də Bağdad, Tehran, Moskva, 

Yekaterinburq, Düşənbə, Tbilisi, Al-

matı şəhərlərində keçirilən beynəlxalq 

konfrans, simpozium və konqreslərdə 

məruzələr etmiş, görüşlərin iştirakçısı 

olmuşdur. Elmi məqalələri Türkiyədə

Rusiyada, Qazaxıstanda, Tacikistanda, 

İraqda nəşr edilmişdir.

Görkəmli musiqişünas alim, 

sənətşünaslıq doktoru, profesor Elxan 

Babayev 2003-cü il fevral ayının 2-də 

vəfat etmişdir.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   285   286   287   288   289   290   291   292   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin