Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə292/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   288   289   290   291   292   293   294   295   ...   538
Ə d ə b i y y a t

Quliyev, E. Rasim Bala-

yev [Mətn] /E.Quliyev, 

C.Mirzəliyev.- Bakı: 

Azərbaycan, 1999.- 96 s.

Məhərrəmov, A. Bala-

yev Rasim Əhməd oğlu 

[Mətn] //Məhərrəmov 

A. Müasir Azərbaycan 

kinoaktyorları.- Bakı, 

1984.- S.24.

Məhərrəmova, T. “Kino 

mənzilini dəyişib”: 

Rasim Balayev: “Hərdən 

fikirləşirəm, nə qədər 

ki, canım salamatdır, 

çəkilmək lazımdır” 

[Mətn] /T.Məhərrəmova 

//Kaspi.- 2010.- 3 iyun.- 

S.8.

“Sənət xalqdan bir addım 

irəlidə olmalıdır”: Rasim 

Balayev: “Əsl işimdən 

ayrı düşmüşəm deyə, 

bəzən özümü lazım-

sız, bəzən də gücsüz 

hesab edirəm” [Mətn] 

/R.Balayev //Paritet.-

2009.- 18-19 iyun.- S.12.

www.adam.az

www.az.wikipedia.org

8

Aktyor


237

Teatr.Kino

AV

Q

U

S

T

Şahmar Ələkbərov 

1943-1992

70 

illiyi

Aktyor

23

Şahmar Zülfüqar oğlu  Ələkbərov 

1943-cü il avqust ayının 23-də Gəncədə 

anadan olmuşdur. 9 yaşında ikən ailəsi ilə 

birlikdə  Gəncədən Bakıya köçmüşdür. 

Teatr İnstitutunun aktyorluq fakültəsinə 

qəbul olmuş, Rza Təhmasibin kursun-

da təhsil almışdır. Hələ III kursda təhsil 

alarkən Azərbaycan Dövlət Akademik 

Milli Dram Teatrına işə götürülmüşdür. 

Teatrda ilk dəfə  Şekspirin “Lope de 

Veqa” tamaşasında çıxış etmişdir. “Us-

talar” tamaşasında qazandığı  uğurdan 

sоnra böyük tamaşaçı auditоriyasının 

rəğbətini qazanmışdır. Bundan sоnra 

məşhur sənətkar Adil İsgəndərоv  оnu 

kinоstudiyanın nəzdində özünün yarat-

dığı “kinо aktyоrluğu” studiyasına dəvət 

etmişdir. “Azərbaycanfilm” kinostudi-

yasında aktyor və rejissor kimi fəaliyyət 

göstərmişdir.  Şahmar  Ələkbərov kino-

da ilk aktyor karyerasına 1967-ci ildə 

kinorejissor Kamil Rüstəmbəyovun 

yazıçı-jurnalist  Əhmədağa Qurbanovun 

“Tikanlı  məftillər” povestinin motivləri 

əsasında ekranlaşdırdığı “Dağlarda dö-

yüş” filmindəki Fərrux obrazı ilə başla-

mışdır. 


Təhsilini başa vurduqdan sonra 

müəllim-assistent kimi institutda sax-

lanılmışdır.  Şahmar  Ələkbərоv  оnlarca 

televiziya tamaşasında yadda qalan 

оbrazlar yaratmışdır. Bundan başqa 

teleradiо sahəsində də fəal оlmuşdur. О, 

radiоda ilk dəfə “Ulduz” prоqramının 

aparıcısı kimi çıхış etmişdir. “Mоlla 

Nəsrəddin” radiо verilişinin də aparıcısı 

оlmuş, bir çох filmlərin dublyajında işti-

rak etmişdir. 

Ümumiyyətlə, 20 illik yaradıcılığı 

dövründə Şahmar Ələkbərov - Qəzənfər 

(“Yeddi oğul istərəm”), Oğul (“İntizar”), 

İman (“Axırıncı  aşırım”), Arif (“Həyat 

bizi sınayır”), Rizvan (“Qızıl qaz”), 

Azad (“Bakıda küləklər  əsir”), Qa-

tır Məmməd (“Gəncəbasarlı qisasçı”), 

Feyzi (“Firəngiz”), Gündüz Kərimli 

(“Arxadan vurulan zərbə”), Cavidan 

(“Babək”), Nuru (“Qəribə adam”), Tahir 

(“Gözlə  məni”), Xaliq (“Qocalar, qo-

calar...”), Cümşüd (“Avqust gələndə”), 

İbrahim (“Atları  yəhərləyin”) kimi ob-

razlarda bir-birindən fərqli, xarakter və 

dünyagörüşcə müxtəlif insanları can-

landırmışdır. O, nəinki özünün çəkildiyi 

30-a yaxın  filmdə, eyni zamanda dubl-

yajdan səsləndirdiyi onlarla personajla-

rın xarakterlərini də tam dolğunluğu ilə 

tamaşaçıya çatdırmağı bacarmışdı. Ya-

radıcılığındakı amplua çərçivəsizliyini 

o, dublyajlarda səs artikulyasiyasına 

istinadən səsləndirərək yaratdığı obraz-

larla da sübut etmişdi. Aktyorun filmoq-

rafiyasına daxil olan 100-dək dublyaj 

filmlərindən “O qızı tapın”, “Uşaqlığın 

son gecəsi”, “Şərikli çörək” və “Moza-

lan” studiyasında istehsal olunmuş çox 

sayda filmlərin adlarını çəkmək olar.

Şahmar  Ələkbərov kinoya bağlı-

lığını rejissoru olduğu  filmləri ilə  də 

təsdiqləmişdi. O, 1987-ci ildə ilk olaraq 

G. Əzimzadə ilə birlikdə “İmtahan” bədii 

televiziya filmini ekranlaşdırdıqdan son-

ra müstəqil olaraq “Sahilsiz gecə” və 

Azərbaycanın görkəmli şairi Əliağa Va-

hidin həyat və yaradıcılığına həsr olun-

muş “Qəzəlxan” filmlərini çəkmişdi.

Xalq artisti, dövlət mükafatı laure-

atı  Şahmar  Ələkbərov ağır xəstəlikdən 

əziyyət çəkmiş və 1992-ci ilin sonunda 

vəfat etmişdir.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   288   289   290   291   292   293   294   295   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin