232
AV
Q
U
S
T
9
Heykəltəraşlıq.Rəssamlıq.Memarlıq
100
illiyi
Kazım Kazımzadə
1913-1992
AV
Q
U
S
T
Kazım Məmmədəli oğlu Kazım-
zadə 1913-cü il avqust ayının 10-da
Bakıda anadan olmuşdur.
1936-cı ildə Azərbaycan Rəssamlıq
Texnikumunu və 1960-cı ildə
İ.Y.Repin adına Leninqrad Boyakar-
lıq, Heykəltəraşlıq və Memarlıq İnsti-
tutunu bitirmişdir.
1942-ci ildən ömrünün sonuna kimi
Azərbaycan Dövlət İncəsənət Muzeyi-
nin direktoru, 1954-cü ildə Beynəlxalq
Muzeylər Şurası Sovet Komitəsinin
əsas üzvü olmuşdur.
O, əsasən kitab illüstrasiyası və
dəzgah qrafikası sahəsində fəaliyyət
göstərmişdir. İlk dövrlərdə Nizami-
nin “İsgəndərnamə” (“İqbalnamə”),
“Sirlər xəzinəsi” (1940), “Leyli və
Məcnun” (1947), “Xosrov və Şirin”
(1948) poemalarına, eləcə də uşaqlar
üçün işlənmiş “Fitnə”, “Sehirli üzük”,
“İsgəndər və çoban” kitablarına illüst-
rasiyalar çəkmişdir.
“Cəbhə yollarında” (1943) rəsmlər
silsiləsində müharibənin fəlakətlərini
əks etdirmişdir. Yaradıcılığında siyasi
plakat və karikaturalar da mühüm yer
tutur.
1952-ci ildən “Kirpi” jurnalın-
da əməkdaşlıq etmişdir. Kazımzadə
tarixi-inqilabi və məişət mövzularında
rəsm silsilələri (“Bakıda inqilabi-tarixi
hadisələr”, “Tibb işçiləri”) və tablolar
(“416-cı diviziya döyüşdə”, “Azad
Kubada”, “İraq lövhələri” və s.) yarat-
mışdır.
Dram və opera tamaşalarına,
həmçinin kinofilmlərə hazırlanmış
geyim eskizlərinin, süjetli xalıların
müəlliflərindəndir. Qırmızı Əmək
Bayrağı ordeni və medallarla təltif
olunmuşdur.
1943-cü ildə Azərbaycanın Əmək-
dar incəsənət xadimi, 1950-ci ildə
SSRİ Dövlət mükafatı laureatı olmuş,
1965-ci ildə “Azərbaycanın Xalq
rəssamı” adını almışdır.
Kazım Kazımzadə 1992-ci il okt-
yabr ayında vəfat etmişdir.
Dostları ilə paylaş: