Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə320/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   316   317   318   319   320   321   322   323   ...   538
11

100 

illiyi

Kinorejissor


260

0

Teatr.Kino

100 

illiyi

Nüsrət Fətullayev  

1913-1987

SENTY

ABR

Nüsrət Möhsün oğlu Fətullayev 1913-

cü il sentyabr ayının 25-də  Lənkəran 

rayonunda doğulmuşdur. 1930-1934-

cü illərdə Bakı  Rəssamlıq Məktəbində 

təhsil almışdır. Rejissor Yusif Yulduzun 

1934-cü ildə quruluş verdiyi Aleksandr 

Korneyçukun “31-43” (“Eskadranın 

məhvi”) dramının tamaşası ilə Akade-

mik Milli Dram Teatrında ilk işinə baş-

lamışdır. 1938-ci ilin ikinci yarısından 

bu kollektivə baş rəssam təyin olunmuş 

və ömrünün sonunadək həmin vəzifəni 

ləyaqətlə icra etmişdir. Sənətdəki xid-

mətlərinə görə 1940-cı il may ayının 

4-də  “Əməkdar incəsənət xadimi” və 

1949-cu il iyul ayının 21-də “Xalq ar-

tisti” fəxri adlarına layiq görülmüşdür. 

“Şərqin səhəri” (Ənvər Məmmədxanlı) 

tamaşasına görə 1948-ci ildə Stalin mü-

kafatı,  İlyas  Əfəndiyevin “Mahnı dağ-

larda qaldı” dramının tamaşa tərtibatı 

üçün isə 1972-ci ildə Azərbaycanın 

Dövlət mükafatı laureatı olmuşdur. 

Gənc Tamaşaçılar Teatrında 1938-ci 

ildə Mirzə  Fətəli Axundzadənin “Molla 

İbrahimxəlil kimyagər” komediyasına, 

1940-cı ildə Musiqili Komediya Teatrın-

da Rauf Hacıyevin “Tələbələrin kələyi”, 

1943-cü ildə Zülfüqar Hacıbəyovun 

“Əlli yaşında cavan”, 1944-cü ildə Fikrət 

Əmirovun “Ürəkçalanlar”, 1945-ci ildə 

Süleyman 

Ələsgərovun “Məhəbbət 

gülü”, 1945-ci ildə Vladimir Dolidzenin 

“Keto və Kote”, 1972-ci ildə Üzeyir bəy 

Hacıbəylinin “Arşın mal alan” operet-

talarına səhnə  tərtibatı vermişdir. Milli 

Dram Teatrında  əllidən çox tamaşanın 

rəssamı olmuşdur. Onların arasında es-

tetik səciyyələrinə, forma əlvanlığına 

və monumentallıq xüsusiyyətlərinə görə 

“Almaz” (Cəfər Cabbarlı, 1936), “Ska-

penin kələkləri” (Jan Batist Molyer, 

1936), “Həyat” (Mirzə İbrahimov, 1937), 

“Hacı Qara” (Mirzə  Fətəli Axundzadə) 

və “Vaqif” (Səməd Vurğun, 1938),  “Xa-

numa” (Avksenti Saqareli, 1975), “Ce-

hizsiz qız”(Aleksandr Ostrovski, 1979), 

“Yad adam” (Leonqard Frank, 1980), 

“Təhminə  və Zaur” (Anar, 1985) və s. 

xüsusi yer tutan tamaşalardır.

Nüsrət Fətullayev əsasən realist səhnə 

tərtibatına üstünlük vermiş, yaradıcılığı-

nın bir qolunu da monumental-romantik 

üslub təşkil etmişdir. Teatrın texniki 

prinsiplərini dərindən bilməsi, səhnə 

ölçülərinə dəqiqliklə riayət etməsi onun 

işlədiyi tərtibatlara tamlıq,  əzəmət və 

obrazlılıq gətirmişdi. Tərtibat verdiyi ta-

maşalarda aktyorların sərbəst səhnə dav-

ranışlarını yaradıcı həssaslıqla nəzərə al-

mışdı. Milli etnoqrafiyanı dərindən bilən 

Nüsrət Fətullayev tərtibat rəssamlığında 

klassik üslub ənənələrini yaşatmışdır. 

Onun tərtibatında janr-üslub qarışıqlığı 

olmurdu, ancaq müxtəlif formaların har-

monik sintezi, bir poetikada füsunkar-

lıqla birləşməsi dururdu ki, bu da həm 

tamaşaya möhtəşəm obrazlılıq gətirmiş, 

həm də tamaşaçını heyrətdə saxlamışdı.

Milli teatr rəssamlığımızın inkişafın-

da və formalaşmasında böyük xidmətlər 

göstərmiş Nüsrət Fətullayev 1987-ci il 

oktyabr ayının 1-də, Bakıda vəfat etmiş-

dir.



Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   316   317   318   319   320   321   322   323   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin