262
2
Eldar Tağızadə
1963-1992
Milli Qəhrəman
50
illiyi
Milli Qəhrəmanlar
SENTY
ABR
6
Eldar Abdulla oğlu Tağızadə
1963-cü il sentyabr ayının 6-da Bakı
şəhərində anadan olmuşdur.
1970-1980-ci illərdə Nəsimi ra-
yonundakı 164 saylı məktəbdə təhsil
almışdır. Məktəbi bitirdikdən sonra
Bakı Dövlət Universitetinə daxil ol-
muş və 1985-ci ildə oranı fərqlənmə
diplomu ilə bitirmişdir. Daha sonra
polis olmaq istəyən Eldar Səbail ra-
yon polis idarəsində çalışmağa baş-
lamışdır. 1989-cu ildə Sverdlovsk
şəhərində kurs keçmişdir və baş ley-
tenant rütbəsini almışdır. Tağızadə El-
dar Daxili İşlər Nazirliyində əməliyyat
müvəkklili vəzifəsində çalışmışdır.
Cəsur polis işçisi tez-tez cəbhəyə
getmiş və girovların azad edilməsində
iştirak etmişdir. Eldarın sayəsində
neçə-neçə insan girovluqdan azad edil-
mişdir. 1991-ci ildə ona kapitan rütbəsi
də verilmiş, DİN-nin Terrorizmə və
Banditizmə Qarşı Mübarizə İdarəsinin
rəis müavini təyin edilmişdir. 1992-ci
il 3 iyun tarixində Tağızadə yenidən
Qarabağa göndərilmişdir.
Döyüş zamanı “Şaka” ləqəbli
təhlükəli qatili zərərsizləşdirmək üçün,
Eldar onun gizləndiyi binaya daxil ol-
muş, polis kapitanının silahsız olduğu-
nu görən namərd Şaka qəfil olaraq El-
darın sinəsinə atəş açmış, cəsur polis
qəhrəmancasına həlak olmuşdu.
Azərbaycan Respublikası Prezi-
dentinin 1992-ci il 3 sentyabr tarixli
162 saylı Fərmanı ilə Tağızadə El-
dar Abdulla oğlu ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri
adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər Xiyabanın-
da dəfn edilmişdir. Təhsil aldığı 164
saylı orta məktəb və Bakı şəhərinin
küçələrindən biri Tağızadə Eldarın
adını daşıyır.
Dostları ilə paylaş: