259
Ə d ə b i y y a t
Ağaoğlu T. Çəkdiyi
filmlər onu qəlblərdə
yaşadır [Mətn] /T.Ağaoğlu
//Azərbaycan.- 2008.- 14
iyun.- S.7.
Mükərrəmoğlu, M. Xatır-
lama [Mətn]: [kinorejis-
sor, Xalq artisti Muxtar
Dadaşov haqqında]
/M.Mükərrəmoğlu //Xalq
qəzeti.- 2009.- 12 sentyabr.-
S.6.
İ n t e r n e t d ə
www.anl.az
www.azerifilm.com
www.az.wikipedia.org
www.kino-teatr.ru
Teatr.Kino
Muxtar Dadaşov
1913-1998
SENTY
ABR
Muxtar Baba oğlu Dadaşov 1913-cü
il sentyabr ayının 11-də Bakı şəhərində
anadan olmuşdur.
On bir yaşında, hazırkı Akademik
Milli Dram Teatrının səhnəsinə epi-
zodik rolda çıxmış, dörd il sonra isə
görkəmli dramaturq Cəfər Cabbarlının
“Sevil” pyesinin ilk tamaşasında epi-
zodik rol olan Gündüzü oynamışdı.
1929-cu ildən Gənc Tamaşaçılar
Teatrının aparıcı aktyorlarından biri
kimi tanınmışdır.
1931-ci ildən kino sənətinə gələn
Muxtar Dadaşov gərgin əməyi, iste-
dadı ilə tanınmış, operator assistenti
işləmiş, bir çox sənədli, publisistik,
bədii filmlərin lentə alınmasında fəal
iştirak etmişdir.
O, ali operator təhsili almaq
üçün 1933-cü ildə Moskvaya get-
miş və üç il ərzində operator kimi
təkmilləşmiş, Moskvada bir sıra
filmlərin çəkilişlərində iştirak etmiş,
hətta görkəmli rus kinematoqrafçı-
sı M.Vernerin “Canlı Allah” bədii
filmində aktyor M.Ştraux ilə birgə baş
rolda çəkilmişdir.
Onun çəkdiyi filmlər bu gün
də sənədli kino tarixində olduq-
ca əhəmiyyətli yer tutur. Görkəmli
sənətkar “Sovet Azərbaycanı”, “Arazın
o tayında”, “Səadət yolu ilə”, “Bizim
Azərbaycan”, “Sabir”, “Kür”, “Əbədi
qardaşlıq”, “Respublika haqqında
həqiqət” və başqa sənədli filmlərin
rejissor-operatoru, “Qanun naminə”,
“Bakıda küləklər əsir” bədii, tammet-
rajlı filmlərin quruluşçu rejissoru, “Ar-
şın mal alan” ekran əsərinin operatoru
olmuşdu.
1939-cu ildə M.Dadaşov rejissor-
operator kimi “Samur-Dəvəçi kanalı”
kinooçerkini çəkmişdir.
O, 1977-1983-cü illərdə Cəfər Cab-
barlı adına “Azərbaycanfilm” kinostu-
diyasında Sənədli Filmlər Birliyinin
bədii rəhbəri vəzifəsində çalışmışdır.
Muxtar Dadaşovun yaradıcılığı
Azərbaycan kinosunun 50 ildən ar-
tıq bir dövrünü əhatə etmişdir. Onun
əsərləri dünyanın bir sıra ölkələrində
göstərilmiş, böyük maraqla qarşılan-
mışdır.
Rejissorun gərgin, yaradıcı
əməyi dövlətimiz tərəfindən yüksək
qiymətləndirilmiş, o, “Xalq artisti”
fəxri adına, “Şöhrət” ordeninə layiq
görülmüşdür. Muxtar müəllim, həm də
Dövlət mükafatı laureatı olmuşdur.
Muxtar Dadaşovun yaradıcılı-
ğı, çəkdiyi və quruluş verdiyi bədii-
publisistik filmlər mövzu etibarilə
müxtəlifdir. Lakin onları birləşdirən
bir ümumi ideya var: Azərbaycanı, fü-
sunkar təbiətimizi, əmək adamlarını,
yaradıcı insanları ekran yaddaşında
əbədiləşdirib, gələcək nəsillərə çatdır-
maq operator-rejissorun əsas məqsədi,
amalı olmuşdur.
Görkəmli kinorejissor, Xalq artisti
Muxtar Dadaşov 1998-ci il may ayının
7-də vəfat etmişdir.
Dostları ilə paylaş: