258
7
Musiqi.Opera.Balet
Firəngiz Əhmədova
1928-2011
SENTY
ABR
Firəngiz Yusif qızı Əhmədova 1928-
ci il sentyabr ayının 23-də Bakıda do-
ğulmuşdur.
Orta məktəbi başa vurduqdan son-
ra Asəf Zeynallı adına Bakı Musi-
qi Məktəbində oxumuşdur. Sonralar
təhsilini davam etdirərək 1955-ci ildə
Azərbaycan Dövlət Konservatoriyasın-
da M.Kolotovanın sinfini bitirmişdir.
O, əmək fəaliyyətinə gənc yaşla-
rında başlamış 1946-1951-ci illərdə
Azərbaycan radiosu xorunun, 1951-
1988-ci illərdə Azərbaycan Dövlət
Opera və Balet Teatrının solisti olmuş,
1989-1997-ci illərdə isə həmin teatrda
ustad dərsləri aparmışdır.
Müasir Azərbaycan mədəniyyətinin
görkəmli nümayəndələrindən olan
Firəngiz Əhmədovanın milli musiqinin
inkişafında mühüm xidmətləri olmuş-
dur. Özünün unikal tembrli, geniş diapa-
zonlu, güclü və məlahətli səsi ilə seçilən
sənətkar klassik opera səhnəmizin ilk
qadın ifaçılarından biri idi. Onun ya-
radıcılığı yüksək ifaçılıq qabiliyyəti
və orijinal aktyorluq məharəti ilə
səciyyələnərək ölkəmizin vokal sənəti
tarixində silinməz izlər qoymuşdur.
Firəngiz xanım opera səhnəmizdə
Azərbaycan və dünya klassiklərinin şah
əsərlərində aparıcı partiyaların mahir
ifaçısı kimi şöhrət qazanmış, musiqi
salnaməmizə yeni parlaq səhifələr yaz-
mağa müvəffəq olmuşdur.
Azərbaycan bəstəkarları-
F.Əmirovun “Sevil”ində Sevil,
Ü.Hacıbəylinin “Koroğlu”sunda Ni-
gar, M.Maqomayevin “Nərgiz” və
“Şah İsmayıl”ında Nərgiz və Gülzar,
C.Cahangirovun “Azad”ında Səriyyə,
S.Ələsgərovun “Bahadır və Sona”sında
Sona partiyalarında Şərq qadınının bü-
tün milli koloritini təcəssüm etdirən bu
obrazları özünəxas temperamentlə və
bütövlüklə yaratmışdır.
F.Əhmədova həm də Avropa
bəstəkarlarının əsərlərinin gözəl ifa-
çısı kimi tanınmışdır. D.Puççininin
“Toska”sında Toska, C.Verdinin “Aida”
sında Aida partiyalarını ifa etmiş-
dir. F.Əhmədova həm də konsertlərdə
Azərbaycan xalq mahnıları və romans-
larının - Ü.Hacıbəylinin “Sənsiz”,
A.Zeynallının “Ölkəm”, “Sual”, Ni-
yazinin “Arzu”, Ə.Abbasovun “Hey-
ran olmuşam”, A.Rzayevin “Oxu-
ma gözəl”, habelə S.Raxmaninovun,
P.Çaykovskinin, S. Tanayevin əsərlərini
böyük məharətlə ifa etmişdir.
O, bir sıra xarici ölkələrdə qastrollar-
da olmuşdur.
SSRİ Ali Sovetinin (4-cü çağırış) və
Azərbaycan SSR Ali Sovetinin (5-ci ça-
ğırış) deputatı olmuş, opera sənətinin
inkişafı sahəsində nailiyyətlərinə görə
Firəngiz xanım Əhmədova müxtəlif or-
den və medallara - 1967-ci ildə “SSRİ
Xalq artisti” fəxri adına layiq görülmüş,
“Şöhrət” ordeni ilə təltif edilmiş, 2002-
ci ildən Prezident təqaüdçüsü olmuş-
dur.
Firəngiz Əhmədova 2011-ci il dekabr
ayının 17-də vəfat etmişdir.
Dostları ilə paylaş: