324
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
100
illiyi
Nəsrulla Kəngərli
1913-1991
NOY
ABR
Nəsrulla Yaqub oğlu Kəngərli 1913-
cü il noyabr ayının 25-də Naxçıvanda
anadan olmuşdur.
1929-cu ildə Naxçıvan Peda-
qoji Texnikumunu və 1939-cu ildə
Azərbaycan Sənaye İnstitutunun (indi-
ki Neft Akademiyası) memarlıq-inşaat
fakültəsini bitirmişdir.
1945-ci ildən “Azərdövlətmemar-
layihə”, “Bakışəhərbaşlayihə”, “Azər-
dövlətlayihə” institutlarında çalışmış,
Bakıda bir çox yaşayış evlərinin və
ictimai binaların (Mərkəzi univer-
maq, Tibb Universitetinin fizika-
kimya korpusu və idman kompleksi
və s.) habelə Gəncə Dəmiryol vağza-
lının, Xankəndində inzibati binaların
layihələrini vermişdir. Kəngərlinin ya-
radıcılığında Sumqayıt şəhəri xüsusi
yer tutmuşdur.
1968-1985-ci illərdə şəhərin baş
planı, yaşayış məhəllələrinin, ictimai
və digər təyinatlı binaların layihələri
“Azərdövlətlayihə” institutunda onun
başçılıq etdiyi emalatxanada işlənib
hazırlanmışdır.
1951-ci ildən respublikanın orta ix-
tisas və ali məktəblərində dərs demiş,
1968-1990-cı illərdə Azərbaycan Poli-
texnik institutunda (indiki Azərbaycan
Texniki Universiteti), sonralar isə İn-
şaat Mühəndisləri İnstitutundakı (in-
diki Memarlıq və İnşaat Universiteti)
Memarlıq konstruksiyaları kafedra-
sının dosenti olmuşdur. “Qırmızı Ul-
duz“ ordeni, digər orden və medallarla
təltif edilmişdir.
1960-cı ildə Azərbaycan Respub-
likasının “Əməkdar inşaatçısı” fəxri
adına layiq görülmüş, 1972-ci ildə
SSRİ Dövlət Mükafatı laureatı olmuş-
dur.
Nəsrulla Kəngərli 1991-ci il fevral
ayının 25-də Bakıda vəfat etmişdir.
Dostları ilə paylaş: