Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə403/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   399   400   401   402   403   404   405   406   ...   538
Ə d ə b i y y a t

Seçilmiş əsərləri [Mətn]: 

2 cilddə /İmran Qasımov; 

red. heyəti. İ.Əfəndiyev, 

Anar, Z.Qiyasbəyli; tərt.ed. 

Ç.Əyyubov; ön sözün müəl. 

A.Səfiyev.-Bakı: Azərnəşr,  

1988.- C.I.- 205 s.; C.II.-

267 s.

Ölkələr və insanlar  

[Mətn] /İ.Qasımov; tərt. 

E.Axundova.- Bakı: 

Azərnəşr, 2009. - 240 s.

Uzaq sahillərdə [Mətn]: 

povest /İ.Qasımov, 

H.Seyidbəyli; rəs. 

O.Sadıqzadə; red. 

R.Salamova.- Bakı: 

Uşaqgəncnəşr, 1961.- 322 s.

Xəlilzadə, F. Xəzərdən 

“Uzaq sahillər”ədək gedən 

yol [Mətn] /F.Xəlilzadə        

//Azərbaycan.- 2009.- 2 

aprel.- S.6.

Tahir. Qələm “Mixaylo”su 

- ədəbi “kontr-kəşfiyyatçı”, 

qurucu-yaradıcı: İmran 

Qasımov [Mətn] /Tahir       

//Mədəniyyət.- 2010.- 30 

noyabr.- S.11.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

25

Yazıçı

8


323

8

Dünya ədəbiyyatı

195 

illiyi

İvan Sergeyeviç Turgenev

 1818-1883 

NOY

ABR

İvan Sergeyeviç Turgenev 1818-ci 

il noyabr ayının 9-da Rusiya imperiya-

sının Oryol şəhərində anadan olmuş-

dur. 

1827-ci ildə Sergey Tugenev ailəsi 



ilə birgə Moskvaya köçmüş, 1833-cü 

ildə 15 yaşlı Turgenev Moskva Uni-

versitetinin  filologiya fakültəsinə da-

xil olmuşdur. Bir il sonra onlar Peter-

burqa köçmüş və buna görə Turgenev 

təhsilini Peterburq Universitetində da-

vam etdirməli olmuşdur.

1838-ci ildə elmlər namizədi 

dərəcəsinə yiyələnən şair Almaniyaya 

köçmüş, Berlində  qədim latın və yu-

nan dillərini dərindən öyrənmişdir.

1842-ci ildə  vətəninə qayıtmaqla 

yazıçı, ədəbiyyat sahəsində fəaliyyətə 

başlamışdır. 1846-cı ildə “Bretter” və 

“Üç portret” povestlərini, daha son-

ra  “Mumu”, “Yakov Pasınkov”, “Sa-

kitlik” kimi məşhur  əsərlərini qələmə 

almışdır. O, ən böyük romanlarının 

toplandığı “Nov” adlı kitabını 1860-cı 

ildə artıq Parisə köçdüyü zaman dərc 

etdirmişdir. 

Böyük rus yazıçısı İvan Sergeyeviç 

Turgenev Puşkin, Lermontov və Qo-

qoldan sonra XIX əsrin ikinci yarısında 

realist rus ədəbiyyatı və ictimai-siyasi 

fikir tarixində özünəməxsus,  əzəmətli 

yer tutmuşdur.

Onun mənsur  şeirləri, hekayə 

və povestlərində çar Rusiyasının 

əsas təzadı - kəndlilərlə mülkədar 

təsərrüfatının böhranının sərtliklə yox, 

dünyagörüşünün liberal təbiətinə uy-

ğun bir yumorla göstərmişdir.

Turgenevin romanlarında eyş-

işrətə sonsuz meyl, harınlıq, avara 

həyata aludəçilik, ehtiras düşkünlüyü 

rus dvoryanlarının çürüməkdə olan 

mənəviyyatını  səciyyələndirən  əsas 

əlamətlər kimi pislənilmiş  və qar-

şıya XIX əsr rus mühitinin müsbət 

qəhrəmanını yaratmaq probleminin 

həlli məsələsi qoyulmuşdur.

İvan Sergeyeviç Turgenev 1883-cü 

il sentyabr ayının 3-də Parisdə dünya-

sını dəyişmişdir.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   399   400   401   402   403   404   405   406   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin