321
Milli ədəbiyyat
NOY
ABR
7
Rəhilə Məhərrəmova
1923 -2011
Rəhilə Cavad qızı Məhərrəmova
1923-cü il noyabr ayının 7-də Ba-
kıda anadan olmuşdur. 1945-ci ildə
Azərbaycan Dövlət Universitetini
(indiki BDU) bitirmişdir. 1949-cu
ildə namizədlik, 1969-cu ildə doktor-
luq dissertasiyasını müdafıə etmişdir.
1945-ci ildən Azərbaycan Elmlər
Akademiyasının Dilçilik İnstitutu-
nun Azərbaycan dili tarixi şöbəsində
kiçik elmi işçi, böyük elmi işçi, şöbə
müdiri vəzifələrində çalışmış, institu-
tun baş elmi işçisi olmuşdur.
O, 60 ildən artıq respublikanın
müxtəlif universitetlərində pedaqoji
fəaliyyətini uğurla davam etdırmiş-
dir.
Ümummilli lider Heydər Əliyevin
18 iyun 2001-ci il tarixli Fərmanı ilə
Azərbaycan Respublikası Preziden-
tinin yanında yaradılmış Dövlət Dil
Komissiyasının üzvü olmuşdur.
Dil tarixi, üslubiyyat, leksikologi-
ya və dialektologiyaya dair 8 kitabı,
200-dən artıq məqaləsi respublika və
xarici ölkələrdə, habelə bir məqaləsi
YUNESKO-nun xətti ilə bir neçə
dildə nəşr olunmuşdur. Onlarla əsərin
elmi redaktoru, respublika və xarici
ölkələrin elmi şuralarında namizədlik
və doktorluq dissertasiyalarının rəsmi
opponenti olmuşdur.
Respublikamızın görkəmli şəxsiy-
yətlərinə (Mirzə İbrahimov, Mir Cəlal,
Səməd Vurğun, Hadi Mirzəzadə və
b.), tarixi abidələrə həsr olunmuş
tədbirlərdə dəyərli məruzələr etmiş-
dir.
Rəhilə xanım xalqımızın minil-
liyin dərinliklərindən qaynaqlanan
yüksək mənəvi əxlaqi dəyərlərinin,
dilinin qoruyucusu və yorulmaz
təbliğatçısı olmuşdur. O, keçmiş So-
vet İttifaqının müxtəlif respublikala-
rında keçirilmiş (Almatı, Daşkənd,
Düşənbə, Moskva, Ufa, Nalçik, Ki-
şinyov, Ujqorod, Aşqabad, Frunze,
Sverdlovsk və s.) elmi konfrans və
simpoziumlarda dilçiliyin, türkolo-
giyanın aktual problemlərinə dair
maraqlı elmi-nəzəri məruzələrlə çı-
xış etmiş, Azərbaycan dilçilik elmini
ləyaqətlə təmsil etmişdir.
Milli Elmlər Akademiyasının
Nəsimi adına Dilçilik İnstitutunda
çoxlu sayda gənc dilçi kadrlar ha-
zırlamış, namizədlik və doktorluq
dissertasiyalarına rəhbərlik və op-
ponentlik etmişdir. Bununla da özü-
nün, demək olar ki, elmi məktəbini
yaratmışdır. “Sabirin söz dünyası”
(2006), “Kitabi-Dədə Qorqud”un söz
xəzinəsi” (2007) adlı böyük həcmli
kitabları son illər onun yaradıcılıq
potensialının real göstəriciləridir.
Xidmətlərinə görə “Şöhrət” orde-
ni, “Qızıl qələm” mükafatı ilə təltif
edilmiş və Prezident təqaüdünə layiq
görülmüşdür.
Dostları ilə paylaş: