328
NOY
ABR
1
Teatr.Kino
80
illiyi
Rasim Ocaqov
1933-2006
NOY
ABR
Rasim Mirqasım oğlu Ocaqov
1933-cü il noyabr ayının 22-də Şəkidə,
həkim ailəsində anadan olmuşdur.
1951-1956-cı illərdə Moskvada
ÜDKİ-nun kinooperatorluq fakül-
təsində təhsil almış, 1977-ci ildə
M.A.Əliyev adına ADİİ-nun rejissor-
luq fakültəsini bitirmişdir. 1956-cı
ildən “Azərbaycanfilm” kinostudi-
yasında quruluşçu-operator, 1973-cü
ildən quruluşçu-rejissor işləmişdir.
Moskva Kinematoqrafiya İnstitutunu
bitirəndə kinooperator olmaq istəmiş,
1956-cı ildən “Azərbaycanfilm” kinos-
tudiyasında quruluşçu-operator kimi
çalışmağa başlamışdır.
1957-ci ildə ilk dəfə operator kimi
“Bir məhəlləli iki oğlan” filmində
işləmişdi. 1958-ci ildə “Onun böyük
ürəyi” flimi isə R.Ocaqovun ilk sərbəst
işi idi. “Uzaq sahillərdə” (1968), “Bir
cənub şəhərində” (1969) “Əsl dost”,
“Bizim küçə”, “Mən rəqs edəcəyəm”,
“Sən niyə susursan?” və “Skripkanın
sərgüzəşti” filmlərində Rasim Ocaqov
Azərbaycan kinosunda operatorluq
sənətinin ən layiqli nümunələrini ya-
ratmışdır.
1973-cü ildən quruluşçu-rejissor
kimi çalışmışdır.
Rasim Ocaqov ilk dəfə rejissor
kimi 1975-ci ildə yarımçıq qalmış
“Gəncəbasarlı qisasçı” filmini çəkməli
olmuşdu. Film ekranlara çıxanda isə
müəyyən iradlar deyilsə də, bütövlükdə
filmin uğurlu olduğu mətbuatda geniş
qeyd edilmişdi.
Xalq artisti Rasim Ocaqov rejis-
sor kimi 28 ildən artıq bir dövrdə
Azərbaycan kinosunun bədii salna-
məsini yaratmışdır. Tarixi filmdə
də, psixoloji dram janrında da eyni
ciddiyyətlə işləmişdir.
Xalq yazıçısı Rüstəm İbrahim-
bəyovla Rasim Ocaqovun yaradıcı-
lıq əməkdaşlığını xüsusi olaraq qeyd
etmək lazımdır. “Ad günü” (1977),
“Bağlı qapı” (1981), “Özgə ömür”,
“Park”, “Ölsəm, bağışla”, “Həm
ziyarət, həm ticarət” və bir də “İstin-
taq” , “Təhminə”, “Otel otağı” kimi
son filmlərində də Rasim müəllim cid-
di mövzulara toxunur, yenə də insanın
ətraf aləmə münasibəti mövzusunda
söhbət açır. Ancaq Rasim Ocaqov han-
sı mövzuda film çəkirdisə-çəksin, heç
şübhəsiz ki, bizi düşündürən, xalqımızı
narahat edən məsələlərdən danışırdı.
1990-cı ildən “Ocaq” müstəqil stu-
diyasının rəhbəri olmuşdur.
Xidmətlərinə görə Azərbaycan
və Çeçen-inquş Respublikası-
nın “Əməkdar incəsənət xadimi”
(1967,1964), Azərbaycanın “Xalq ar-
tisti” (1982) fəxri adlarına layiq gö-
rülmüş, Azərbaycanın (1980) və SSRİ-
nin (1981) Dövlət mükafatı laureatı
olmuşdur.
Rasim Ocaqov 2006-cı il iyul ayı-
nın 7-də, 73 yaşında, ürək çatışmazlı-
ğından vəfat etmişdir.
Dostları ilə paylaş: