333
Siyasət.Hərbi iş
130
illiyi
Rəşid xan Qaplanov
1883-1937
NOY
ABR
Rəşid xan Zavid oğlu Qaplanov
1883-cü il noyabr ayının 11-də Da-
ğıstanın Xasavyurd qəzasının Ağsay
kəndində zadəgan ailəsində doğul-
muşdur. Milliyyətcə Şimali Qafqaz-
da yaşayan qumuq türklərindən olan
Rəşid xan Qaplanov Vladiqafqazda
realnı məktəbdə oxumuş, 1910-cu ildə
Parisdəki Sorbonna Universitetinin hü-
quq fakültəsini bitirmişdir.
Ali təhsil aldıqdan sonra İstanbu-
la (Türkiyə) dəvət olunmuş, 1913-cü
ilə qədər burada pedaqoji fəaliyyət
göstərmişdir. O, bu müddətdə Osman-
lı tarixini və ədəbiyyatını dərindən
öyrənmişdir.
1913-cü ildə Vladiqafqaza qayı-
dan Rəşid xan Qaplanov şəhər dairə
məhkəməsində andlı müvəkkil müavini
vəzifəsində çalışmışdır.
Çərkəz-Dağıstan və Şimali Qaf-
qaz Dağlı Xalqları İttifaqı Respubli-
kası hökumətlərində müxtəlif nazir
vəzifələrində çalışmışdır.
1919-cu ildən Bakıda yaşayan
Rəşid xan Qaplanov Azərbaycan Xalq
Cümhuriyyətinin dövlət quruculuğun-
da fəal iştirak etmişdir. 4-cü Hökumət
Kabinetində xalq maarifi və dini eti-
qad naziri vəzifəsinə təyin olunmuş-
dur. Onun rəhbərliyi ilə Bakıda və
Azərbaycanın bir çox şəhərlərində
yeni məktəblər fəaliyyətə başla-
mış, Azərbaycan Xalq Cümhuriyyəti
hökuməti təhsil sahəsində uğurlu ad-
dımlar atılmışdır. Bakı Dövlət Univer-
sitetinin açılmasında yaxından iştirak
etmiş, eyni zamanda burada “Osmanlı
ədəbiyyatı tarixi”ndən dərs demişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin
5-ci hökumət kabinəsində Qap-
lanov maliyyə naziri təyin olun-
muş, dövriyyəyə buraxılan pul-
ların qiymətdən düşməməsi və
devalvasiyaya uğramaması üçün böyük
səy göstərmişdir. 1920-ci il fevral ayı-
nın əvvəllində Bakı bonlarının Zaqafqa-
ziya pullarının dəyişdirilməsini dayan-
dırmaq barədə qərar vermişdi. Qərara
əsasən, “500 manat” dəyərində olan
kağız pul əlli beş seriya ilə dövriyyəyə
buraxılmışdı. Pulun üzərində baş nazir
Nəsib bəy Yusifbəylinin və maliyyə
naziri Rəşid xan Qaplanovun imzaları
olmuşdur. 1920-ci il Aprel işğalından
bir həftə əvvəl Qaplanov Batuma ix-
rac edilən neft və neft məhsulları üçün
rüsumların yalnız Azərbaycan pulu ilə
ödənilməsi haqqında sərəncam vermiş-
dir. Aprel işğalından sonra, 1920-ci ilin
iyununda Qaplanov Bakıda həbs olu-
naraq, əvvəlcə Vladiqafqaza, sonra isə
Moskvaya göndərilmişdir. Moskvadakı
Şərq Xalqları Universitetində “Osman-
lı imperiyası tarixi”ndən dərs demiş,
eyni zamanda, vəkil kimi özəl fəaliyyət
göstərmişdir. Repressiyaya məruz qal-
mışdır. 1937-ci il yanvar ayının 28-də
Bakıda dünyasını dəyişmişdir.
Dostları ilə paylaş: