334
NOY
ABR
5
Neft
105
illiyi
Səftər Quliyev
1908-1973
NOY
ABR
Səftər Mehdi oğlu Quliyev 1908-ci
il noyabr ayının 21-də Bakıda anadan
olmuşdur.
1930-cu ildə M.Əzizbəyov adına
Azərbaycan Politexnik İnstitutunu
bitirmiş (indiki Azərbaycan Texni-
ki Universiteti), 1932-ci ildən həmin
institututda dərs demiş, 1949-1960-cu
illərdə Neft və qaz quyularının qazıl-
ması kafedrasının müdiri olmuşdur.
1948-ci ildə texnika elmləri dokto-
ru elmi dərəcəsini, 1949-cu ildə pro-
fessor elmi adlarını almışdır.
1955-ci ildə Azərbaycan SSR EA-
nın müxbir üzvü, 1959-cu ildə akade-
miki olmuşdur.
1960-1971-ci illərdə Azərbaycan
SSR EA-nın Dərin neft və qaz yataq-
ları Problemləri İnstitutunun direktoru
işləmişdir. Qazıma rejiminin əsasları
və quyuların möhkəmləndirilməsi,
sürətli qazıma texnologiyası, maili və
şaquli quyuların turbinlə qazılması, sü-
xurların pillə-pillə dağıdılması, süxur-
lardan neftin süzülməsi və s. sahədə
elmi-tədqiqat işi aparmışdır. Çox
dərin qazımanın texnoloji və nəzəri
məsələlərinə aid ilk elmi-tədqiqat işi
Quliyevə məxsusdur.
Quliyev 20 monoqrafiyanın müəl-
lifidir. Azərbaycan dilində elmi texni-
ki terminlərin yaradılması, elmi tex-
niki kadrların hazırlnmasında xidməti
olmuşdur Xidmətlərinə görə “Qırmızı
Əmək Bayrağı Ordeni” və medallarla
təltif edilmiş, 1958-ci ildə “Əməkdar
elm xadimi”, 1968-ci ildə “SSRİ-nin
Fəxri neftçisi” fəxri adını almışdır.
Səftər Quliyev 1973-cü il yanvar
ayının 26-da Bakıda vəfat etmişdir.
Dostları ilə paylaş: