332
Siyasət.Hərbi iş
Tahirə Tahirova
1913-1991
NOY
ABR
Tahirə Əkbər qızı Tahirova
1913-cü il noyabr ayının 7-də ziyalı
ailəsində anadan olmuşdur.
T.Tahirova 1935-ci ildə Azər-
baycan Sənaye İnstitutunu (AzSİ) bi-
tirmiş, neft sənayesi üzrə ali təhsil alan
ilk azərbaycanlı qadın-mütəxəssis ol-
muşdur. Daha sonra, 1940-cı ildə o,
Azərbaycan Neft Elmi-Tədqiqat İns-
titutuna direktor təyin olunmuşdur.
1942-ci ildən etibarən T.Tahirova
Azərbaycan Kommunist Partiyası
Mərkəzi Komitəsində çalışarkən,
Böyük Vətən müharibəsi dövründə
cəbhənin fasiləsiz neft təchizatına
cavabdeh idi.
1949-cu ildə isə partiya işindən
AzSİ-nin Neft yataqlarının istis-
marı kafedrasında elmi-pedaqoji
fəaliyyətinə qayıdaraq, o, 1953-
cü ildə texniki elmlər namizədi
dərəcəsini almışdır.
1954-cü ildən başlayaraq Tahirə
Tahirova ayrı-ayrı rəhbər vəzifələrdə
- Azərbaycan Həmkarlar İttifaqı Şu-
rasının, Azərbaycan SSR Nazirlər
Şurası nəzdində Dövlət Elm və Tex-
nika Komitəsinin sədri, Nazirlər Şu-
rası sədrinin müavini vəzifələrində
çalışmışdır.
1957-ci ildə o, Xarici işlər na-
ziri vəzifəsinə təyin olunmuşdur.
Lakin vəzifəsinin praktiki icrasına
yalnız 1959-cu ildə öz təşəbbüsü
ilə SSRİ XİN-nin Diplomatik Aka-
demiyasını bitirdikdən sonra başla-
mışdır. 1968-ci ilədək olan dövrdə o,
SSRİ-nin müttəfiq respublikalarında
(BMT-də öz nümayəndəlikləri olan
Ukrayna SSR və Belarusiya SSR
istisna olmaqla) mövcud olmuş qay-
daya əsasən, Xarici İşlər nazirinin
vəzifəsini digər vəzifələrlə yanaşı
icra etmişdir.
1968-ci ildə öz xahişi ilə başqa
hökumət vəzifələrindən azad oluna-
raq bütün gücünü diplomatik fəaliy-
yətə səfərbər etmişdir.
O, nazir işlədiyi müddətdə Azər-
baycan diplomatlarının SSRİ-nin
səfirliklərində işləməsinə, Diploma-
tik Akademiyada oxumasına daima
diqqət yetirmişdir.
Bundan əlavə, o, Sovet hökumət
və parlament nümayəndə heyətlərinin
üzvü olaraq, BMT Baş Assambleya-
sının iclaslarında iştirak edərək, eləcə
də respublikamıza səfər edən bəzi
yüksək səviyyəli qonaqları qəbul
edərək, Azərbaycanın beynəlxalq
aləmdə nüfuzunun yüksəlməsinə ça-
lışmışdır. 1976-cı ildə Tahirə Tahi-
rova diplomatik fəaliyyətdə xüsusi
xidmətlərinə görə SSRİ Xarici İşlər
Nazirliyinin təqdimatı ilə “Xalqlar
Dostluğu” ordeni ilə təltif olunmuş-
dur.
Türk, ingilis və rus dillərini bil-
mişdir.
1991-ci il oktyabrın 26-da Bakıda
vəfat etmiş və Fəxri Xiyabanda dəfn
olunmuşdur.
Dostları ilə paylaş: