Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə411/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   407   408   409   410   411   412   413   414   ...   538
İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.e-qanun.az

1

Milli Qəhrəman


330

NOY

ABR

2

Milli Qəhrəmanlar 

50 

illiyi

Sergey Murtuzəliyev 

1963-1993 

NOY

ABR

Sergey Murtuzəli oğlu  Murtuzəliyev 

1963-cü il noyabr ayının 17-də Bakı-

nın Pirallahı  qəsəbəsində anadan ol-

muşdur.

Qəsəbələrindəki orta məktəbi 

bitirdikdən sonra təyyarəçi olmaq ar-

zusu ilə Rusiyanın Yeysk şəhərində 

Ali Hərbi Aviasiya məktəbinə daxil ol-

muşdur. Sergey, burada təhsilini başa 

çatdırdıqdan sonra, bir müddət Rusi-

yada işləmiş, daha sonra, Azərbaycana 

qayıdaraq Kürdəmirdəki Hərbi Aviasi-

ya alayında xidmət etməyə başlamış-

dır. O, polkovnik-leytenant rütbəsinə 

kimi yüksəlmişdir. Qarabağa - cəbhə 

bölgəsinə ilk uçuş edən təyyarəçilərdən 

biri Sergey olmuşdur. Onun idarə 

etdiyi təyyarə erməni yaraqlıları 

tərəfindən iki dəfə vurulmasına bax-

mayaraq, dəfələrlə  cəbhə bölgəsinə 

uçuşlar edərək  əhalinin təhlükəsiz 

yerlərə köçürülməsində böyük şücaət 

göstərmişdir.

Sergey Murtuzəliyev 1993-cü il 

avqustun 30-da təlim uçuşu zamanı 

qəzaya uğrayaraq həlak olmuşdur.

Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası Prezi-

dentinin 16 sentyabr 1994-cü il tarixli 

202 nömrəli Fərmanı ilə polkovnik-

leytenant Murtuzəliyev Sergey 

Murtuzəli oğlu ölümündən sonra 

“Azərbaycanın Milli Qəhrəmanı” fəxri  

adına layiq görülmüşdür.

Sergey  Dərbənd  şəhərinin Darğuş 

kəndində dəfn olunub. Kürdəmir Hərbi 

Aviasiya alayında büstü qoyulmuşdur.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   407   408   409   410   411   412   413   414   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin