Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə407/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   403   404   405   406   407   408   409   410   ...   538
Ə d ə b i y y a t

 5 prelüd [Notlar]: fortepiano üçün /E.Nəzirova.- Bakı: İşıq, 1977.- 12 s.

Rüstəmova, A. Elmira Nəzirovanın fortepiano pyeslərində Azərbaycan xalq melodiya işləmələrinin ifa üslubu 

[Mətn] /A.Rüstəmova //Musiqi dünyası.- №3-4.- 2010.- S.194-196. 

www.adam.az

www.gender-az.org

Elmira Nəzirova 

1928 

30

8

Ə d ə b i y y a t

Əhmədov Tofiq Qəzənfər oğlu 

[Mətn] //Azərbaycan Sovet En-

siklopediyası: 10 cilddə.- Bakı, 

1980.-C.IV.-S.-258.

www.az.wikipedia.org

90 

illiyi

85 

illiyi

Dirijor

Pianoçu


327

Teatr.Kino

Həsən Məmmədov

1938-2003 

NOY

ABR

Həsən Ağaməmməd oğlu 

Məmmədov 1938-ci il noyabr ayı-

nın 22-də Salyan rayonunda doğul-

muşdur. Burada 2 saylı orta məktəbi 

1956-cı ildə bitirmiş və Azərbaycan 

Dövlət Universıtetinin (indiki Bakı 

Dövlət Universiteti) fizika-riyaziyyat 

fakültəsinə daxil olmuşdur.  İkinci 

kursda universitetdən çıxmış  və bir 

müddət müxtəlif teatrların yardım 

heyətində aktyorluq etmişdir.

1958-ci ildə Mirzağa Əliyev adı-

na Azərbaycan Dövlət Teatr İnsti-

tutunun dram və kino aktyorluğu 

fakültəsinə daxil olmuşdur. Tələbəlik 

illərində müəyyən fasilələrlə Dövlət 

radiosunda diktor işləmişdir (1960-

1961). Məşhur teatrşünas Mehdi 

Məmmədovun kursunu 1962-cı ildə 

bitirmiş və təyinatla Akademik Milli 

Dram Teatrına göndərilmişdir.

1962-ci il sentyabr ayının 10-da 

bu qədim sənət ocağının aktyor trup-

pasına üzv olmuşdur. On il ərzində 

kino çəkilişləri ilə  əlaqədar olaraq 

müxtəlif müddətlərə  dəfələrlə teatr-

dan işdən çıxmış və yenə  kollektivə 

qayıtmışdır.

İldən ilə kino aktyoru kimi 

məşhurlaşan Həsən Məmmədov 

1972-ci il fevral ayının 2-də köçürmə 

yolu ilə Akademik teatrdan çıxaraq 

“Azərbaycanfilm” kinostudiyası-

na işə  qəbul edilmişdir. O, 1989-cu 

il may ayının 27-də  dəvətlə  Cəmil 

Əlibəyovun “Gülüstanda qətl” (quru-

luşçu rejissor Ağakişi Kazımov) dra-

mının tamaşasında  İlyas  İbrahimov 

rolunu oynamışdır. O, Akademik Te-

atrın direktoru və bədii rəhbəri Həsən 

Turabovun dəvətilə 1992-ci il noyabr 

ayının 21-dən ömrünün sonunadək 

doğma kollektivin aktyor truppasın-

da çalışmışdır.

Aktyorun rollar siyahısında mil-

li və Avropa klassiklərinin, çağdaş 

Azərbaycan və  əcnəbi dramaturqla-

rın əsərlərinin tamaşalarındakı səhnə 

obrazları var.

Kinoda çəkildiyi çoxsaylı rol-

lar Həsən Məmmədovun yaradı-

cılığında xüsusi yer tutur. O, “Azər-

baycanfilm”də istehsal olunmuş 

filmlərdə aparıcı rollar oynamışdır.

Həsən (Əbdülhəsən) Ağaməmməd 

oğlu Məmmədov teatr və kino 

sənətində göstərdiyi xidmətlərə görə 

1970-ci ildə Respublika Lenin kom-

somolu mükafatı laureatı, 1971-ci il 

noyabr ayının 18-də “Azərbaycan 

Respublikasının  Əməkdar artisti”, 1 

dekabr 1982-ci ildə isə “Xalq artisti” 

fəxri adlarına layiq görülmüş, “İs-

tintaq” bədii filmindəki Murad rolu-

na görə 5 noyabr 1981-ci ildə SSRİ 

Dövlət, “Birisi gün gecə yarısı” kino 

lentindəki Baba Əliyev obrazına görə 

Azərbaycan Respublikasının Dövlət 

mükafatları ilə təltif edilmişdir. 

Həsən Məmmədov 2003-cü il av-

qust ayının 26-da vəfat etmiş, II Fəxri 

Xiyabanda dəfn edilmişdir.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   403   404   405   406   407   408   409   410   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin