Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə425/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   421   422   423   424   425   426   427   428   ...   538
Ə d ə b i y y a t

Bayramoğlu, N. 

Mingəçevirdə qalan ömür 

[Mətn] /N.Bayramoğlu.-  

Bakı: Çinar-Çap, 2006.- 

223 s.

İsaoğlu, A. Nurlu şəhər 

[Mətn] /A.İsaoğlu //Ədalət.- 

2011.- 11 yanvar.- S.7.

Mingəçevir [Mətn]              

//Azərbaycan Milli Ensik-

lopediyası.- Bakı, 2007.- 

S.849

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.mingechevir-ih.gov.az 

11


341

Tarixdə bu gün

Kоnstitusiya Günü

 1995

NOY

ABR

Azərbaycan Respublikasının 1995-

ci ildə  qəbul olunmuş Konstitusiyası, 

müstəqil Azərbaycanın ilk Konstitusi-

yası idi. 

Məlum olduğu kimi, 1918-1920-

ci illərdə 23 ay mövcud  olmuş 

Azərbaycan Xalq Cümhuriyyəti, 

dövlətin  əsas Qanununu qəbul edə 

bilməmişdi. Beləliklə, Azərbaycan 

Respublikasının Konstitusiya qu-

ruluşunun tarixi əsasən SSRİ-nin 

tərkibində olduğu dövrə düşmüşdür.

Azərbaycanın birinci Konstitu-

siyası 1921-ci il may ayının 19-da I 

Ümumazərbaycan Sovetlər qurulta-

yında qəbul edilmişdir. Azərbaycan 

SSR Konstitusiyasının 1921-ci il SSR 

Konstitusiyasına uyğunlaşdırılmış yeni 

redaksiyası 1925-ci il martın 14-də IV 

Ümumazərbaycan Sovetlər qurulta-

yında qəbul olunmuşdur. Azərbaycan 

SSR-in 1978-ci il aprelin 21-də qəbul 

edilmiş son Konstitusiyası da əvvəlki 

Konstitusiyalar kimi SSRİ Konstitusi-

yasına uyğunlaşdırılmış şəkildə idi.

Azərbaycan müstəqillik 

əldə 


etdikdən sonra yeni Konstitusiyanın 

hazırlanması  zərurəti yaranmış, ulu 

öndər Heydər  Əliyev başda olmaq-

la xüsusi komissiya təşkil edilmiş 

və Konstitusiya layihəsi ümumxalq 

müzakirəsinə verilmişdi. 1995-ci il 

noyabr ayının 12-də ümumxalq refe-

rendumu ilə, müstəqil Azərbaycanın 

ilk Konstitusiyası qəbul olunmuşdur.

Müstəqil Azərbaycanın dövlət qu-

ruculuğunun  əsaslarını qoymuş yeni 

Konstitusiya 5 bölmədən, 12 fəsildən 

və 158 maddədən ibarətdir.

2009-cu il martın 18-də keçirilən 

referendumda isə Konstitusiyaya əlavə 

və dəyişikliklər qəbul olunmuşdur.

Ölkəmizdə 12 noyabr Azərbaycan 

Respublikasının Konstitusiyası Günü 

kimi qeyd olunur.

Konstitusiya - dövlətin ali qanu-

nudur, ali hüquqi qüvvəyə malikdir, 

dövlətin siyasi, hüquqi və iqtisadi 

sistemlərinin əsaslarını təsbit edir. 

Konstitusiyanın  yaranma tarixinə 

nəzər salsaq görərik ki, dünyada 

Konstitusiya ilk dəfə 1215-ci ildə  

İngiltərədə  təsbit olunmuş, ölkədə 

qəbul olunan Azadlıqların Böyük Top-

lusu ilk konstitusiya aktı sayılmışdır. 

İlk yazılı ali qanun isə ABŞ Konstitu-

siyasıdır.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   421   422   423   424   425   426   427   428   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin