Teqvim2013. pdf


Azərbaycanı Tədqiq və Tətəbbö



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə421/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   417   418   419   420   421   422   423   424   ...   538
Azərbaycanı Tədqiq və Tətəbbö 

Cəmiyyətinin əsası qoyulmuşdur 

2

1

90 

illiyi

Ə d ə b i y y a t

Xələfov, A. Azərbaycanı Tədqiq və Tətəbbö cəmiyyətinin kitab-

xanası [Mətn]/A.Xələfov //Azərbaycanda kitabxana işinin tarixi: 

dərslik.- Bakı, 2007.- Hissə II.- S.319-324.

İ n t e r n e t d ə

www.science.gov.az

www.istoriya.az

referat.day.az


337

Tarixdə bu gün

Ümummilli lider Heydər Əliyevin

xalqa müraciəti 

1993

NOY

ABR

Müstəqilliyimizin ilk illərində ölkədə 

xoşagəlməz meyllərin mövcud olduğu, anarxiya, 

xaos və özbaşınalığın hökm sürdüyü bir dövrdə 

müstəqilliyimiz yenə  də  təhlükə altına düşmüş-

dü. 1991-1993-cü illərdə ölkə idarəolunmaz 

vəziyyətdə idi. Total böhran həm iqtisadi sahədə, 

həm siyasi, həm də  hərbi sahədə hökm sürürdü. 

Ermənistanın Azərbaycana qarşı  işğalçı siyasəti 

nəticəsində torpaqlarımız əldən getmiş, 1992-ci ilin 

mayında Şuşa və Laçının, 1993-cü ilin aprelində 

Kəlbəcərin işğalı nəticəsində demək olar ki, Dağ-

lıq Qarabağ ilə Ermənistan arasında bir bağlantı 

əldə edilmişdir. 

Azərbaycan öz dövlət müstəqilliyini bərpa 

etdikdən sonra ilk illərdə ölkədə hakimiyyət uğ-

runda başlanan silahlı mübarizə, hakimiyyətlərin 

bir-birini  əvəz etməsi və çoxhakimiyyətliliyin 

hökm sürməsi müstəqil dövlətçiliyə ağır zərbələr 

vurmuşdu. Ölkədə yaranmış ictimai-siyasi xaos, 

anarxiya, zorakılıq halları, milli və vətəndaş qarşı-

durmasının kəskinləşməsinə və hakimiyyətin tam 

iflasına rəvac vermişdi. 

Azərbaycan  xalqı öz  xilasını, öz gələcəyini an-

caq Heydər Əliyevdə görürdü  və bu  münasibətin, 

bu  fikirlərin  əlbəttə ki, çox böyük əsasları vardı. 

Çünki XX əsrin 70-ci  illərində  və 80-ci illərin  

əvvəllərində  Azərbaycanda yaşanan inkişaf  Heydər 

Əliyevin adı ilə bağlı olmuşdur. Azərbaycan üçün 

həlledici anlarda məhz onun qətiyyəti, onun sözü 

həlledici rol oynamışdır.

1993-cü il noyabr ayının 1-də Azərbaycanda 

Müdafiə  Şurası yaradılmış, noyabr ayının 2-də 

isə Prezident Heydər  Əliyev Ermənistan silah-

lı qüvvələrinin  Azərbaycan Respublikasının 

ərazisinə yeni hücumları  və  təcavüzü ilə bağ-

lı televiziya ilə xalqa müraciət etmişdir: - “Əziz 

həmvətənlər, hörmətli bacılar və qardaşlar! 

Azərbaycan vətəndaşlarına məlumdur ki, mən 

Azərbaycan Respublikası Ali Sovetinin Sədri 

seçilən gündən indiyə  qədər, indi isə Prezi-

dent vəzifəsində olduğum zaman Ermənistanla 

Azərbaycan arasında gedən müharibəyə son qo-

yulması, işğal edilmiş torpaqlarımızın geri qay-

tarılması  və ümumiyyətlə, bu hərbi münaqişənin 

kəsilməsi tərəfdarı olmuşam. Münaqişənin həll 

edilməsində sülh yoluna üstünlük vermişəm və 

bu məsələlərin danışıqlar yolu ilə həll olunmasını 

daha lüzumlu bilmişəm. Milli Məclisin iclasların-

da bu barədə dəfələrlə fikir mübadiləsi olubdur və 

Milli Məclis, Azərbaycan ictimaiyyəti bu siyasəti 

bəyənmişdir. Biz bu yolla getməyə çalışmışıq”. 

Xalqın təkidli tələbi ilə hakimiyyətə qayı-

dan Heydər  Əliyev öz böyük siyasi təcrübəsi və 

müdrikliyi ilə Azərbaycanı  təhlükəli vəziyyətdən 

çıxarmaq üçün gərgin işə başlamışdı. Respublika-

nın müxtəlif bölgələrində baş qaldırmış destruktiv 

qüvvələr xalqın fəal köməyi ilə zərərsizləşdirilmiş, 

vətəndaş müharibəsinin qarşısı alınmış, 

Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə, 

ərazi bütövlüyünə  qəsdlər təşkil edən cinayətkar 

ünsürlər cəmiyyətdən təcrid edilmişdi.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   417   418   419   420   421   422   423   424   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin