Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə422/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   418   419   420   421   422   423   424   425   ...   538
Ə d ə b i y y a t

Əliyev, H. Ermənistan silahlı qüvvələrinin 

Azərbaycan respublikasının ərazisinə yeni hücum-

ları və təcavüzü ilə bağlı Milli Televiziya və Radio 

ilə xalqa müraciəti, 2 noyabr 1993-cü il  //Əliyev 

Heydər. Mustəqilliyimiz  əbədidir.- 

Bakı, 1997.-

1997.-K.I.: iyun,1993- may, 1994.-S.148-155.



www.anl.az

2


338

Tarixdə bu gün

Tеlеviziya və Radiо İşçiləri Günü 

NOY

ABR

Milyonlarla insan hər gün radio 

və televiziyanın köməyi ilə dünyanın 

müxtəlif yerlərində baş vermiş mü-

hüm hadisələrdən xəbər tutur. Səs və 

görüntülər uzaq məsafələrə xüsusi ci-

hazlar və peyk antenaları vasitəsilə 

ötürülür.

1895-ci ildə rus fiziki A.S.Popov 

radioqəbuledici və radioötürücü apara-

tı icad etmişdir.

Avropada isə radionun kəşfi çox vaxt 

italyan alimi Qulyelmo Markoniyə aid 

edilir. 


Televizorun (yunanca “tele”- 

uzaqlıq, latınca “vizor” - görmə 

sözlərindəndir) ixtirası isə bir qədər 

sonraya - XX əsrin 20-30-cu illərinə 

təsadüf etmişdir. 1933-cü ildə ameri-

kalı mühəndis, rus mənşəli Vladimir 

Zvorikin televizorun əsas hissələrindən 

biri olan ötürücü qurğunu ixtira etmiş-

di. XX əsrin 30-cu illərin ortalarından 

televiziya verilişlərinin yayımı başlan-

mışdı.  İlk televiziya verilişi 1936-cı 

ildə Londonda olmuşdur. 1939-cu ildə 

ABŞ mühəndisləri A.Roze və X.Yoms 

tərəfindən televiziya ötürücü trubkası 

(optikon) ixtira edilmişdi.

Avropada yalnız 50-ci illərdə tele-

viziya geniş yayılmağa başlamışdı.

Azərbaycanda radionun tarixi XX 

əsrin 20-ci illərindən başlayır. Bakıda 

ilk radio qurğusu 1924-cü ildə quraşdı-

rılmış, 1926-cı ildə isə ilk radiostansi-

ya fəaliyyətə başlamışdır. Məhz həmin 

il noyabrın 26-da ilk radio verilişi efirə 

çıxmışdır. O dövrdə radio verilişlərinin 

gündəlik efir vaxtı  cəmi 2 saat təşkil 

edirdi. Sonradan bu vaxt 4 saata, daha 

sonra 6 saata çatmışdı.

Azərbaycanda ilk televiziya verilişi 

isə 1956-cı il fevralın 14-də efirə çıx-

mışdı.


Azərbaycan müstəqillik əldə etdik-

dən sonra müstəqil teleradio şirkətlərin 

sayı da artmışdır.

Hazırda ölkədə dövlət radio və te-

leviziyası ilə yanaşı “ANS”, “Lider”, 

“Speys”, “Azad Azərbaycan”, “Bürc 

FM” kimi özəl televiziya və radio ka-

nalları müxtəlif məzmunlu verilişlər 

yayımlayırlar.

2004-cü il setyabrın 11-də “İctimai 

Televiziya və Radio Yayımı haqqında” 

Azərbaycan Respublikası qanununun 

qəbul edilməsilə  şəffaflıq, qərəzsizlik 

və ictimai maraq prinsiplərini önə 

çəkən İctimai Teleradionun yaradılma-

sına start verildi. Qanun İctimai TV-nin 

müstəqil, tərəfsiz, qərəzsiz və doğru-

dürüst informasiya çatdırmasını, plü-

ralizm, dözümlülük, rəngarənglik və 

başqalarından fərqlənmək prinsiplərini 

əsas götürür.

Azərbaycanda hər il noyabr ayının 

6-sı Radio və Televiziya İşçilərinin 

Peşə Bayramı Günü kimi qeyd olunur.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   418   419   420   421   422   423   424   425   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin