320
Milli ədəbiyyat
NOY
ABR
Maqsud Məsim oğlu Şeyxzadə
1908-ci il noyabr ayının 7-də keçmiş
Yelizavetopol (Gəncə) quberniyasının
Ağdaş kəndində doğulmuşdur. İbtidai
təhsilini “Rüşdiyyə” məktəbində almış,
ilk qələm təcrübələrini də bu vaxt et-
mişdir.
Bütün
ədəbiyyat dərsliklərində
“Özbək yazıçısı və şairi” kimi tanıdılan
qürbət məhkumu Maqsud Şeyxzadənin
Azərbaycan 1918-ci ildə müstəqilliyinə
qovuşanda hələ 12 yaşı vardı. Atasının
Ağdaşda açdığı məktəbdə oxuyarkən
Nəriman Nərimanov bu şəhəri ziyarət
edir. Məktəbin əlaçı şagirdi olan Maq-
sud şeir oxumaq üçün kürsüyə çıxır.
Oxuduğu şeirlər Nərimanovun çox xo-
şuna gəlir. Nərimanov sonralar həmin
şeirlərin üçünü 21 dekabr 1921-ci ildə
“Kommunist” qəzetində dərc etdirir.
Bir müddət sonra Maqsud Şeyxzadə
Ağdaşdan Bakıya yola düşür. Bakı
Pedaqoji Məktəbində o vaxtların iki
sevilən müəllimi dərs deyirdi - Hü-
seyn Cavid və Abdulla Şaiq... Maq-
sud onlardan vətən eşqi, millət eşqi,
ədəbiyyat eşqi və türklüyün gerçək
üzünü öyrənir. Sonralar Özbəkistanda
yaşayanda “Mirzə Uluqbəy” əsərini
qələmə alarkən Hüseyn Cavidin ona
olan təsirlərindən də söz açır. Məktəbi
bitirər-bitirməz Dərbəndə göndərilir.
Orada həm müəllimlik edir, həm də
şeirlər yazır. Qəzetlərdə “Azad dağlar
qızına”, “Şeyx Şamil”, “Bu axşam”
və “Sahildə” adlı şeirləri dərc olunur.
Dərbənddə yaşamasına baxmayaraq,
tez-tez Bakıya gəlir. Həm Bakı Pedaqoji
İnstitutunda oxuyur, həm də Mayakovs-
ki, Nazim Hikmət kimi şairlərlə tanış
olur. 1927-ci ili Maqsud Şeyxzadənin
qaranlıq illərinin başlanğıcı saymaq
olar. Dağıstanın Sovet İttifaqına daxil
olub-olmaması mövzusunda aparılan
müzakirələrin ən fəal iştirakçılarından
biri də Maqsud Şeyxzadə olur. Çox keç-
mir ki, Stalinin cəlladları tərəfindən ya-
xalanır və milliyyətçi damğası ilə həbsə
atılır. Sonra isə sürgün edilir. Maqsud
Şeyxzadəyə türklüyün odlu, alov-
lu müdafiəçilərinin yaşadığı Krım və
Qafqaza getmək qadağan olunur. Atası
onu Özbəkistanın paytaxtı Daşkəndə
göndərir. Maqsud Şeyxzadə Daşkənddə
ətrafına özü kimi düşünən insanları
toplayır və mübarizəsini davam etdirir.
1952-ci ildə yenidən millətçilikdə gü-
nahlandırılaraq həbs edilən və 25 il həbs
cəzası alıb Sibirə göndərilən şairin ana-
sı, Stalinin vəfatından sonra SSRİ Ali
Sovetinin Rəyasət Heyətinə oğlunun əfv
olunması üçün məktub göndərir. 1954-
cü ildə Məqsud azad olunur. Kitabları
həm özbəkcə, həm də türkcə nəşr edi-
lir. “Mirzə Uluqbəy” adlı əsəri ekran-
laşdırılır. Maqsud Şeyxzadənin əsərləri
sonuncu dəfə 1971-1974-cü illərdə altı
cild şəklində nəşr olunmuşdur.
Maqsud Şeyxzadə 1967-ci ildə
Daşkənddə vəfat etmişdir.
Dostları ilə paylaş: