392
Milli ədəbiyyat
180
illiyi
Mir Möhsün Nəvvab
1833-1918
2013
Mir Möhsün Hacı Mirəhəməd oğlu
Nəvvab (Mir Möhsün Nəvvab) 1833-
cü ildə Şuşa şəhərində anadan olmuş-
dur. İlk təhsilini mollaxanada almış-
dır. Qısa müddətdə yaxşı bir müəllim
kimi tanınan Nəvvab, həm də şair
kimi şöhrət tapmışdır. Şuşada yaşayan
şairlər Nəvvabın ətrafına toplaşmış və
o, Şuşada qiraətxana, “Üsuli-cədid”
məktəbi, şəxsi mətbəə və cildxana,
“Məclisi-fəramuşan” adlı ədəbi məclis
ini təşkil etmiş və bu məclisə başçılıq
etmişdir.
Şairliklə bərabər Nəvvab, rəssam-
lıqla da məşğul olmuşdur. Şuşada
Böyük məscidin minarələrində, dərs
dediyi məktəbin və digər tikililərin
ornamental divar rəsmləri, akvarellə
çəkdiyi, fantastik süjetli və dini
məzmunlu illüstrasiyaları, kitablara
verdiyi bədii tərtibatı və s. rəssamlıq
sənətinə bələdliyini sübut etmişdir.
Nəvvabın çəkdiyi illüstrasiyalar XIX
əsrin sonu - XX əsrin əvvəllərində
Azərbaycanda kitab tərtibatının inki-
şafına böyük təsir göstərmişdir.
XIX əsrin sonu - XX əsrin əvvəl-
lərində Azərbaycanda təsviri sənətin
inkişafında əhəmiyyətli təsiri olan
nəfis xəttlə yazdığı əlyazmaları və
şəxsi mətbəəsində litoqrafiya üsulu
ilə çap etdiyi bədii tərtibatlı kitabları
Azərbaycan Respublikası Elmlər Aka-
demiyası Əlyazmaları İnstitutunun
arxivində saxlanılır.
1913-cü ildə Mir Möhsün Nəvva-
bın yazdığı iki kitab ona təkcə
Azərbaycanda deyil, vətənimizin hü-
dudlarından kənarda da şöhrət qazan-
dırmışdır. “Təzkireyi-Nəvvab” adlı
birinci kitabında o, XVIII əsrin sonu-
XIX əsr Qarabağ şairlərinin həyat
və yaradıcılığını işıqlandırmış, onla-
rın əsərlərindən parçalar vermişdir.
“Kifayət ül-ətfal” adlı ikinci kitabın-
da dəqiq elmlərdən bəhs olunur.
Azərbaycan musiqisinin tarixi və
nəzəriyyəsi ilə yaxından tanış olan
Nəvvab klassik Şərq musiqisi haqqın-
da “Dər elmi musiqi vüzuh ülərqam”
(“Musiqi elmində rəqəmlərin aydın-
laşdırılması”, 1913) əsərini yazıb nəşr
etdirmişdir. Riyazi əsaslarla musiqini
təhlil etməyə çağıran Nəvvab bu əsəri
ilə musiqi aləmində çevriliş etmişdir.
XX əsrin əvvəllərində “Elektron mu-
siqi” kimi tanıdığımız musiqinin yara-
dılma ehtimalını Nəvvab əvvəlcədən
görmüş, Azərbaycan musiqi ifaçılığı
təcrübəsini ümumiləşdirmiş, muğam-
larımızın təsnifatını vermişdir. Bun-
dan başqa o, muğamlarımızı orijinal
sistemə salmış və bu sistemi 5 cədvəldə
əks etdirmişdir.
Mir Möhsün Nəvvab 1918-ci ildə
Şuşa şəhərində vəfat etmiş və orada da
dəfn edilmişdir.
Dostları ilə paylaş: