Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə503/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   499   500   501   502   503   504   505   506   ...   538
Ə d ə b i y y a t

Darablı (Hüseynov) Rza 

Nəcəfəli (Nəcəfqulu) 

oğlu [Mətn]  //Üzeyr 

Hacıbəyli ensiklopediya-

si.- Bakı, 2008.- S.41.

Rəhimli, İ. Rza Darablı 

(1883 -23.3.1942) [Mətn] 

//Rəhimli İ. Azərbaycan 

teatr tarixi.- Bakı, 2005.-

S.114.

İ n t e r n e t d ə

awww.adam.az

www.anl.az

www.az.wikipedia.org


400

Siyasət.Hərbi iş  

590 

illiyi

Uzun Həsən 

1423-1478  

2013

Uca boylu olduğuna görə “Uzun 

Həsən” ləqəbini almış Həsən bəy Bayan-

dur 1423-cü ildə anadan olmuşdur. Trab-

zon imperatoru IV İoanın (1429-1458) 

qızı Dəspinə xatunla evlənmişdir. Onun 

başqa məzhəbə  və dinlərə etiqad edən 

əhaliyə qayğısı bu nəhəng və çoxtayfalı 

ölkədə sabitləşdirici rol oynamışdır. 

Uzun Həsən Osmanlı imperiyası, 

Venesiya Respublikası, Böyük Moskva 

Knyazlığı, Qızıl Orda, Polşa, Avstriya, 

Macarıstan, Çexiya, Almaniya, Papalıq, 

Burqundiya, Neopolitan Krallığı, Ro-

dos, Kipr, Qaraman bəyliyi, Misir, Hin-

distan və başqa dövlətlərlə diplomatik 

münasibətlər saxlamışdır.

Uzun Həsən Ağqoyunlu tayfaları-

nı birləşdirərək, Dəclə  və  Fərat çay-

larının yuxarı axarı boyunca paytaxtı 

Diyarbəkirdə yerləşən kiçik bir ərazidə 

öz hakimiyyətini qurmuş  və o vaxtdan 

da adı tarixə düşürmüşdür.

O bir neçə Avropa ölkəsi ilə ona odlu 

silah yardımı göstərilməsi barədə danı-

şıqlar aparmışdır. Həmin yardım Qara 

dəniz və Aralıq dənizi vasitəsilə Uzun 

Həsənin müttəfiqi, Ağqoyunlu tayfaları 

ilə  qədimdən  əməkdaşlıq edən və Qa-

raman bəyliyinin Qərb sərhədlərində 

yerləşən yunan Trapezund imperiyası 

üzərindən keçib gəlməli idi.

Osmanlılar bunun qarşısını almaq 

istəmiş  və 1453-cü ildə Fateh II Meh-

met tərəfindən Konstantinopol işğal 

olunduqdan sonra Trapezund imperi-

yasını  məhv etmək qərarına gəlmişlər. 

Uzun Həsən buna mane olmaq istəsə 

də, Osmanlı qoşunlarının Ağqoyunlu 

ərazisinə müdaxiləsi onu sülh xahişi ilə 

onlara müraciət etməyə  məcbur etmiş-

di. Osmanlıların Yastıçəmən yaylağında 

yerləşən düşərgəsinə Uzun Həsənin ana-

sı Sara xatunun başçılığı ilə elçilər yol-

lamışdı.

Sara xatun mahir bir diplomat kimi 

öz ölkəsindən çox-çox uzaqlarda da ta-

nınmışdı. O, bu dəfə  də öz vəzifəsinin 

öhdəsindən gəlmiş - sülh bağlamışdır. 

Bu sülhün şərtlərinə görə, Uzun Həsən 

osmanlıların Trapezundu işğal etməsinə 

mane olmamalı, osmanlılar isə onun 

dövlətinin ərazisindən çıxmalı idilər.

Uzun Həsəni neytrallaşdırmaq üçün 

II Mehmet Trapezund üzərinə hücuma 

keçərkən Sara xatunu və onun başçılıq 

etdiyi heyəti də özü ilə götürmüş, 1461-

ci il oktyabr ayının 26-da Trapezundun 

mühasirəsi qələbə ilə nəticələnmişdi. 

Osmanlı dövləti ilə mübarizə apar-

maq üçün ölkəni iqtisadi cəhətdən 

möhkəmləndirmək, ordunu yenidən təşkil 

etmək və güclü müttəfiqlər tapmaq lazım 

idi. Uzun Həsən ilk növbədə ölkə iqtisa-

diyyatının inkişafına təkan vermək üçün 

bir sıra islahatlar aparmış, onun xəzinəsi 

dolmuş və Azərbaycanda möhtəşəm bir 

mərkəzləşdirilmiş dövlət yaranmışdır. 

Ordusunun təkmilləşdirilməsi haqqında 

çox düşünən Uzun Həsən bu məqsədlə 

Avropadan mütəxəssislər çağırmış və ni-

zami ordu yaratmaq istəmişdir. 

Uzun Həsənin sarayında alimlər 

məclisi fəaliyyət göstərmiş və zəngin ki-

tabxana yaradılmışdır. 

1478-ci il yanvar ayının 5-də Uzun 

Həsən vəfat etmiş, onu özünün tikdirdi-

yi Nəsriyyə  məscid kompleksində  dəfn 

etmişlər. Bundan sonra həmin məscid 

“Həsən padşahın məscidi” adlandırıl-

mışdır.

Dövlət xadimi


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   499   500   501   502   503   504   505   506   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin