401
Siyasət.Hərbi iş
265
illiyi
Cavad xan
1748-1804
2013
Cavad xan Şahverdi
xan oğlu (Ziyadoğlu) Qa-
car 1748-ci ildə Gəncə
şəhərində doğulmuşdur.
Cavad xanın ata-
sı Şahverdi xan 1756-cı
ildən (1761-ci ilə qədər)
Gəncənin xanı olmuş-
dur. Cavad xan Gəncədə
XVI əsrdən hökmran-
lıq edən Ziyadoğlular
nəslindəndir. Ziyadoğlular
ilk doqquz Qızılbaş tayfa-
larından olan Qacarların
bir qoludur. Gəncəlilərin
növbəti üsyanından son-
ra hakimiyyətə əvvəlcə
Rəhim bəy, bir müddət
keçəndən sonra isə 1786-
cı ildə onun qardaşı Cavad
xan gəlmişdir.
Cavad xan hakimiyyətə
İraklinin köməyi ilə gəlmiş, bir neçə il müddətində
ilbəil gürcü çarına 10 min manat həcmində vergi
ödəmişdir. Həmin asılılıqdan və gürcülərin Gəncə
üzərinə tez-tez baş verən basqınlarından can qur-
tarmaq məqsədilə Cavad xan öz hərbi hissələrini
1785-ci ildə Tiflis üzərinə yürüşə gedən Ağa
Məhəmməd Şah Qacarın qoşunlarına qoşmuşdur.
Qacarın qoşunları geri qayıtdıqdan sonra Cavad
xanla II İrakli arasındakı münasibətlər daha da
gərginləşmişdi. II İraklinin, Qarabağ xanı İbrahim
xanın və onun qohumu Avar Umma xanın dəstələri
Gəncəni mühasirəyə almışdır. Uzunmüddətli
mühasirə uğursuzluqla başa çatsa da, onun aradan
götürülməsi üçün Cavad xan Tiflisdə əsir aldı-
ğı döyüşçüləri geri göndərməli və İbrahim xanın
hərbi xərclərini ödəməli ol-
muşdur.
Çar İraklinin ölümündən
sonra Cavad xan Nadir şa-
hın vaxtında İrakliyə bağış-
lanmış Borçalı və Şəmşədil
mahallarını geri qaytarma-
ğa çalışmışdır. Lakin ona
yalnız Şəmşəddil mahalını
azad etmək müyəssər ol-
muşdur. O, öz oğlu Uğurlu
xanı da oraya göndərmişdir.
II Yekaterinanın sərəncamı
ilə 1796-cı ildə onun favo-
riti Platon Zubovun qardaşı
Valerian Zubovun başçılığı
altında rus qoşunlarının Qaf-
qaza yürüşü başlanmışdır.
Yürüşün rəsmi səbəbi kimi
Ağa Məhəmməd xanın poz-
duğu əmin-amanlığın bərpa
olunması göstərilmiş, çox
qısa bir müddətdə ruslar döyüşsüz və müqavimətsiz
Azərbaycanın demək olar ki, bütün Xəzəryanı
bölgələrini tutmuşlar. Xanların bir çoxu aralarında
türk və İran meyllilər də olmalarına baxmayaraq,
xanlığın və xan hakimiyyətinin saxlanılması şərti
ilə Rusiyanın himayəsi altına keçməyə məcbur ol-
muşlar. Qafqaz korpusu Gəncəyə 1796-cı ilin 13
dekabrında general Aleksandr Rimski-Korsakovun
başçılığı ilə gəlmişdir. Cavad xanın özü şəhərdən
çıxmış, rus ordusunun qarşısına gələrək, qalanın
açarlarını Rimski-Korsakova şəxsən təqdim et-
mişdir.
II Yekaterinanın vəfatından sonra yeni impera-
tor I Pavel qraf Zubova Zaqafqaziyanı tərk etmək
əmrini vermişdir. Rusların gedişindən dərhal
Dövlət xadimi