Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə507/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   503   504   505   506   507   508   509   510   ...   538
1


403

5

Dövlət xadimi

Siyasət.Hərbi iş 

Cavad bəy Məlik-Yeqanov

 1878-1942  

2013

Cavad bəy Rza bəy oğlu Məlik-Yeqanov 1878-

ci ildə Qarabağın Tuğ kəndində anadan olmuşdur.

İbtidai təhsilini Mir Mehdi Xəzaninin ev 

məktəbində almış, sonra texniki məktəbi bitir-

mişdir. 1903-cü ildə Bakının neft mədənlərində 

işləmiş, inqilabi hərəkatda iştirak etmişdir. 

“Hümmət” təşkilatının üzvü olmuşdur. ADR-in 

görkəmli dövlət xadimi, Müsəlman Fəhlələrinin 

Həmkarlar İttifaqının yaradıcısı, ADR Həmkarlar 

İttifaqları Təşkilatının banilərindən biri olmuşdur.

1909-cu ildə Bakıdan sürgün edilmiş, 1914-

də yenidən Bakıya qayıtmış, neft mədənlərində 

işləmişdir. 1917-ci ildə “Müsavat” partiyasına üzv 

olmuşdur. Zaqafqaziya seyminin Müsəlman frak-

siyasının və Azərbaycan Milli Şurasının  İstiqlal 

bəyannaməsini qəbul edən 26 üzvündən biri olmuş-

dur.Palamentdə  fəhlə  məsələsi ilə  məşğul olmuş, 

1919-cu ildə  Lənkərannın general-qubernatoru 

təyin olunmuşdur.

Aprel işğalından sonra 1920-ci il mayın 11-də 

həbs edilmiş, iyulun 19-da azad olunmuşdur.

Sonra dəfələrlə həbs edilmiş, yenidən buraxıl-

mışdır.


Sovet hakimiyyəti illərində tikinti trestində, 

əmək birjasında çalışmışdır.

Azərbaycan SSR Xalq Əmək Komissarlığı qaç-

qınlar  şöbəsinin rəisi, 1927-1928-ci illərdə  Neft 

Məhsulları Satışı İdarəsinin rəisi vəzifəsində çalış-

mışdır.


“Gizli Müsavat” partiyasının üzvü itihamı ilə 

1932-ci ildə həbs olunmuş, 10 il müddətinə uzaq 

şimala sürgün edilmişdir. Rza bəy Məlik-Yeqanov 

1942-ci ildə sürgündə vəfat etmişdir. 



20

Rüstəm bəy Məmməd ağa oğlu Şıxlinski 1878-

ci ildə Qazax qəzasının Qazaxlı kəndində dünyaya 

gəlmişdir. Qardaşı ilə birlikdə Tiflisdə zadəganlar 

üçün kadet korpusunda, sonra isə Peterburqda Mi-

xaylov adınaTopçuluq Məktəbində oxumuşdur. Bir 

müddət çar ordusunda xidmət etmiş, Birinci Dün-

ya Müharibəsi illərində tatar polkunun tərkibində 

vuruşmuş, “Müqəddəs Georgi” və “Müqəddəs 

Vladimir” ordenləri ilə təltif edilmişdir.

Azərbaycan Demokratik Cümhuriyyəti za-

manında Milli Ordumuzun təşkilində mühüm 

xidmətləri olmuşdur. 1918-ci ildə  Ağdamda pu-

lemyot bölüyünə  məxsus hazırlıq məktəbi açıl-

mış, miralay (polkovnik) Rüstəm bəy Şıxlinskinin 

idarəsi altında topçu hissəsi təşkil edilmişdir.

1920-ci ildə  Gəncədəki may üsyanının fəal 

təşkilatçılarından olmuş  və  həmin il bolşeviklər 

tərəfindən güllələnmişdir.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   503   504   505   506   507   508   509   510   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin