İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
sonra İran hökmdarı Ağa Məhəmməd Şah Qacar
Azərbaycanın şimalına cəza yürüşünə çıxmış-
dır. O, Şuşanı tutmuş və Bakı xanı Hüseynqulu-
nu silah altında buraya gətizdirmiş, Cavad xan da
buraya gəlmişdir. 1797-ci ilin 5 iyun günü şahın
öz xidmətçiləri tərəfindən qətlə yetirilməsi Ca-
vad xanı mühakimə olunmaqdan xilas etmişdir.
1799-cu ildə rus qoşunları Gürcüstana girmiş, bir
ildən sonra isə Gürcüstanın Rusiyaya birləşməsi
haqqında manifest verilmişdir. 1803-cü ilin 22
noyabrında ruslar Tiflisdən Gəncə istiqamətində
hərəkət etmiş, şəhərin yaxınlığında dayanan Sisi-
yanov yenidən Cavad xana məktub yazaraq, şəhəri
təslim etmək barədə ultimatum vermişdir. Cavad
xan Gəncəni döyüşərək müdafiə edəcəyini bildir-
mişdir. Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəyin
də yazdığı kimi, Cavad xan öz qoşununu və yaxın
adamlarını başına yığaraq, düşmənin üzərinə ye-
rimişdir. Döyüş dahi şairimiz Nizami Gəncəvinin
məqbərəsi yaxınlığında, Quru qobu adlanan yerdə
baş vermişdir. Qüvvələr nisbəti bərabər olmadığı
üçün gəncəlilər ağır itkilər verdikdən sonra geri
çəkilərək qalanın darvazalarını bağlamışlar. Onları
təqib edən ruslar da şəhərə girərək, qalanı dörd bir
tərəfdən mühasirəyə almış, düz bir ay Sisiyanovun
ultimatumlarına Cavad xan eyni cür cavab ver-
mişdir: “Şəhəri verməyə gəlincə, bu niyyətinizdən
çəkin, çünki bu olan iş deyil. Sən Gəncəyə yalnız
mənim meyitimin üzərindən girə bilərsən. Başa
düşürsənmi? Ancaq mən öləndən sonra, başqa heç
cür.”
Sisiyanov 1804-cü il yanvar ayının 3-də qa-
laya hücum etmiş, gəncəlilərin qəhrəmancasına
müqavimət göstər-mələrinə baxmayaraq, ruslar
qalanın əsas qüllələrini ələ keçirmişlər.
Cavad xan o dövrdə sürətlə bir-birini əvəz edən
mürəkkəb hadisələr fonunda öz siyasi fəaliyyəti
ilə digər Azərbaycan xanlarından seçilmişdi. Ya-
xınlaşan təhlükə qarşısında Azərbaycan, Dağıstan
və Gürcüstan hakimlərinin vahid cəbhədən çıxış
etmək meyllərindən məharətlə istifadə edən Gəncə
xanı antirus koalisiya yaratmağa çalışmış, hətta
buna müəyyən qədər müvəffəq olmuşdur. Gəncə,
Qarabağ, Şəki xanları, ləzgi şamxalları və gürcü
şahzadəsi Aleksandr Rusiyaya qarşı birgə mübarizə
aparacaqlarına and içmişlər. Lakin həlledici anda
Gəncə xanına heç kim kömək etməmiş və o, güclü
düşmən qarşısında tək qalmışdır.
Cavad xanın başçılığı ilə gəncəlilər təcavüzkara
qarşı 1 aydan artıq müddətdə mübarizə aparmışlar.
Düşmənlərinin belə etiraf etdiyi bir qəhrəmanlıqla
Cavad xan 1804-cü il yanvar ayının 3-dən 4-nə
keçən gecə, səhər saat 4-də düşmən gülləsindən
həlak olmuş, Gəncədə Şah I Abbas tərəfindən tikil-
miş məşhur Cümə məscidində dəfn olunmuşdur.
Dostları ilə paylaş: |