Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə502/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   498   499   500   501   502   503   504   505   ...   538
Ə d ə b i y y a t

Əbdülqədir Marağayi 

[Mətn]  //Azərbaycan Sovet 

Ensiklopediyası:10 cilddə.-

Bakı, 1980.-C.IV.-S.125.

Hüseynov, A. Musiqi 

bilicilərinin padşahı [Mətn] 

/A.Hüseynov  //Azərbaycan.-

2009.- 12 iyul.- S. 7 .

İ n t e r n e t d ə

www.anl.az

www.admiu.edu.az

www.az.wikipedia.org

Musiqişünas alim


399

Teatr.Kino

130 

illiyi

Rza Darablı

 1883 -1942   

2013

Rza Nəcəfəli oğlu Hüseynov (Da-

rablı) 1883-cü ildə Bakıda doğul-

muşdur.  Əvvəlcə  mədrəsədə, sonra 

türk-rus məktəbində təhsil almışdır. Sa-

vadını ölkə xaricində ali məktəbdə da-

vam etdirməyə çalışmış, lakin buna nail 

ola bilməmişdir. 

Mədəniyyətin müxtəlif sahələrinə 

maraq göstərmiş, 1911-ci ildən ara-sıra 

“Nicat” mədəni-maarif cəmiyyətinin 

truppasında epizodik, sözsüz surətlər 

oynamış  və üç il sonra isə müntəzəm 

şəkildə teatr tamaşalarında iştirak et-

mişdir. Azərbaycanın ilk parodiyaçı akt-

yorlarından sayılır.

Rza Darablı “Nicat”, “Səfa”, “Zül-

füqar bəy və Üzeyir bəy Hacıbəyli qar-

daşlarının müdiriyyəti” truppalarında 

dram, faciə, komediya, opera və ope-

retta tamaşalarında maraqlı rollar oyna-

mış, Üzeyir bəy Hacıbəyli “Şah Abbas 

və Xurşidbanu” operasındakı Məstavər 

obrazının yaxşı ifaçısı olmuşdur. 

1919-cü ildən bugünkü Milli Dram 

Teatrının truppasında aparıcı aktyorlar-

dan biri kimi çıxışlar etmişdir. 

1925-1928-ci illərdə Moskvada 

Mərkəzi Teatr Sənəti Texnikumunda 

təhsil almış, yenidən doğma kollektivə 

qayıtmışdır.

Komediya və dram aktyoru Rza Da-

rablının yaradıcılığını iki dövrə ayırmaq 

olar: 1919-cu ilə qədərki dövr və ondan 

sonraki illərdəki fəaliyyəti.

Birinci dövrdəki  əsas rolları: Vəli, 

Hambal (“Arşın mal alan” və “Məşədi 

İbad”, Üzeyir bəy Hacıbəyli), Qacar, 

Həmzə bəy, İblis (“Ağa Məhəmməd Şah 

Qacar”, “Dağılan tifaq” və “Pəri cadu”, 

Əbdürrəhim bəy Haqverdiyev), Məşədi 

Oruc və Şeyx Nəsrulla (“Ölülər”, Cəlil 

Məmmədquluzadə),  Şamdan bəy,  Şah 

Təhmasib (“Dilin bəlası” və “Nadir 

şah”, Nəriman Nərimanov), Tofiq bəy, 

Mustafa paşa, Haris (“Bakı müharibəsi”, 

“Ədirnə fəthi” və “Trablis müharibəsi”, 

Cəfər Cabbarlı),  İsmayıl bəy və  İbra-

him (“Keçmişdə qaçaqlar”, Nəcəf bəy 

Vəzirov).

Teatr dövlət statusu alandan sonra 

Rza Darablı daha uğurla Ənvər bəy, Be-

lokurov, Yanardağ,  İbad (“Yulduz, ya-

xud Trablis müharibəsi”, “Yaşar”, “Od 

gəlini” və “Almaz”, Cəfər Cabbarlı), 

İbn Yəmin və İblis, Şeyx Sənan, Knyaz 

(“İblis”, “Şeyx Sənan” və “Knyaz”, Hü-

seyn Cavid), Qəhtan (“Dəmirçi Gavə”, 

Şəmsəddin Sami), Mixail Petroviç 

(“Qaçaq Kərəm”, Vano Mçedaşvili), 

Əlimərdan (“Eşq və intiqam”, Süleyman 

Sani Axundov), Arsini (“Nei qülləsinin 

sirri”, Aleksandr Düma), və s. rollarını 

ifa etmişdir.

“Darablı” onun səhnə  təxəllüsüdür. 

Bir müddət tamaşalarda təxəllüsünü 

“Darablinski” yazdırmışdır. Əsasən akt-

yorluqla, müəyyən illərdə isə rejissor-

luqla da məşğul olmuşdur. 

1933-cü ildə “Azərbaycan Respubl-

kasının  Əməkdar artisti” fəxri adı ilə 

təltif edilmişdir.

1940-cı il oktyabrın 24-də Pyer 

Bomarşenin “Fiqaronun toyu” kome-

diyasında oynadığı Antonio rolu Rza 

Darablının teatrda son səhnə obrazı-

dır. Səhnə  fəaliyyəti ilə yanaşı, Bakı 

Teatr Məktəbində  dərs demiş,  filmlərə 

çəkilmişdir. 

Rza Darablı 1942-ci il mart ayının 23 

- də Bakıda vəfat etmişdir.

Aktyor


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   498   499   500   501   502   503   504   505   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin