Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə498/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   494   495   496   497   498   499   500   501   ...   538
 

Ə d ə b i y y a t

Seçilmiş əsərləri [Mətn] 

/Ə.Müznib; tərtibçi, ön 

sözün və lüğətin müəl. 

İ.Ağayev.- Bakı: Şərq-

Qərb, 2006. - 256 s.

Cənnəti, Ə. Vətən təranəsi 

[Mətn] /Ə.Cənnəti; top-

layanı Ə.Müznib; nəşrə 

haz. və ön sözün müəl. 

S.Xəyal, M.Mailoğlu; 

red. M.Adilov; AMEA, 

Məhəmməd Füzuli adına 

Əlyazmalar İnstitutu.- 

Bakı: Nurlan, 2006.- 91 s.

Yusif və Züleyxa [Mətn]: 

roman /Əlabbas Müznib; 

red. Ə.Balayev.- Bakı: 

Elm və həyat, 2001.- 49 s.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.azyb.net

Ədəbiyyatşünas


395

Folklor

145 

illiyi

 Hüseyn Bozalqanlı       

1868-1941            

2013

Hüseyn Cəfərqulu oğlu Quli-

yev (Hüseyn Bozalqanlı)  1868-ci 

ildə Yelizavetpol quberniyası Qazax 

qəzasının (indiki Tovuz rayonunun) 

Bozalqanlı  kəndində anadan olmuş-

dur. Kənddə yeni açılan molla Səməd 

Axundun məktəbində üç il təhsil al-

mış, ərəb və fars dillərini mükəmməl 

öyrənmişdir. Kiçik yaşlarından aşıq-

lığa - saz çalıb, söz qoşmağa həvəsi 

olmuş, hələ on iki yaşında ikən  şeir 

yazmağa başlamışdır. 

1890-cı ildən el arasında çalıb oxu-

mağa başlamış, onun şeirləri dövri 

mətbuatda müntəzəm çap edilmişdir. 

Bu böyük sənətkar dövrünün 

görkəmli tarixi şəxsiyyətləri ilə qarşı-

laşıb və həmişə də onların məhəbbətini 

qazanıb.


1917-1922-ci illərdə  Həmid Sul-

tanovun tapşırığı ilə tez-tez Aşıq Hü-

seyn, Aşıq Mirzə və Xəyyam Mirzədən 

ibarət aşıq məclisi təşkil olunarmış...

Metex qalasında həbsdə olarkən 

N.Nərimanovla yaxından tanış olur 

və sonradan “Qoca Şərqin Nərimanı 

gəlirmi?” şeirini və “Nəriman” dasta-

nını yazır. Bədahətən söz deməkdə də, 

Aşıq Hüseynin əvəzi olmamışdır. Buna 

görə də, sevimli xalq şairimiz Səməd 

Vurğun onu “əli qılınclı  şair” adlan-

dırmışdır.  “Geri dur” müxəmməsi və 

digər  şeirlərindən aydın olur ki, Hü-

seyn Bozalqanlı Sədi, Firdovsi, Füzuli 

kimi klassiklərin  əsərlərinə  dərindən 

bələd olub. Satira isə onun yaradıcılı-

ğında xüsusi yer tutub.

Aşıq Hüseynin bütün şeirləri 

zəngin xalq təcrübəsinə  əsaslanan 

ibrətamiz nəsihətlərdir, sınaqlardan 

çıxmış həyat fəlsəfəsidir. Onun fəlsəfi 

fikirləri, dini baxışları, həyatın yaran-

ması haqqında  şeirləri aşığın dünya-

görüşünün nə  qədər kamil olduğunu 

sübut edir:

Azərbaycan xalq yaradıcılığının 

inkişafında da Aşıq Hüseynin böyük 

xidməti olmuşdur. O, “Qara Tanrıver-

di”, “Nəriman”, “Xanlar”, “Hacı Tağı” 

dastanlarının yaradıcısıdır. “Koroğlu” 

dastanının  ən kamil bilicisi, məhz, 

Aşıq Hüseyn hesab edilmişdir. Dasta-

nın bir neçə qolu - “Koroğlunun Toqat 

səfəri”, “Bağdad səfəri”, “Həmzənin 

Qıratı aparması”, “Koroğlunun vu-

ruşması” və s. qolları Aşıq Hüseynin 

dilindən yazılmışdır. 

1937-ci il noyabrın 13-də Aşıq Hü-

seyn Bozalqanlı Azərbaycan Yazıçılar 

İttifaqının üzvü və ittifaq nəzdində 

olan aşıqlar bölməsinin rəhbəri seçil-

mişdir. 

Şairin  əməyi dövlət tərəfindən 

çox yüksək qiymətləndirilmişdir. O, 

“Şərəf nişanı” ordeni və fəxri fərmanla 

mükafatlandırılmış, 1941-ci il okt-

yabrın 16-da isə ən yüksək fəxri ada 

- “Azərbaycanın  Əməkdar incəsənət 

xadimi” adına layiq görülmüşdür. 

Aşıq  Ələsgər məktəbinin davamçısı 

olmuşdur.

Aşıq Hüseyn Bozalqanlı irsinin top-

lanıb nəşr edilməsi təkcə onun yaradı-

cılığına deyil, klassik aşıq ədəbiyyatı 

nümunələrinin qorunub saxlanmasına 

və  gələcək nəsillərə çatdırılmasına 

dövlət qayğısının bariz nümunəsidir. 

Onu da qeyd edək ki, indiyə kimi aşı-

ğın beş kitabı işıq üzü görmüşdür.

  Hüseyn Bozalqanlı 1941-ci il no-

yabr ayının 13-də Bozalqanlı kəndində 

vəfat etmişdir.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   494   495   496   497   498   499   500   501   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin