Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə497/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   493   494   495   496   497   498   499   500   ...   538
Ə d ə b i y y a t

Keçmiş günlər: Xatirələr  

[Mətn]: [şeirlər] /Əli 

Nəzmi; transliterasiya edib 

çapa haz., ön söz, lüğət və 

izah. müəl. E.Qasımova; 

red. X.Məmmədov; 

Azərbaycan Milli Elmlər 

Akademiyası Nizami adına 

Ədəbiyyat İnstitutu.- Bakı: 

Adiloğlu, 2006.- 176 s.

Əhmədov, T. Əli Nəzmi 

[Mətn] /T. Əhmədov //XX 

əsr Azərbaycan yazıçıları: 

ensiklopedik məlumat kita-

bı.- Bakı, 2004.- S.255.

Mir Cəlal. Əli Nəzmi [Mətn]  

//Mir Cəlal. Azərbaycanda 

ədəbi məktəblər (1905-

1917); elmi red. və çapa 

haz. T.Mütəllimov.- Bakı, 

2004.- S.174-183.

Məmmədov, K. Əli Nəzmi 

Məmmədzadə [Mətn]          

//Məmmədov K. XX əsr 

Azərbaycan gülüşü: Bir 

məclisdə on iki kişinin 

söhbəti; red. T.Əhmədov.- 

Bakı, 1989.- S.197-211.

İ n t e r n e t d ə

www..anl.az

www.az.wikipedia.org

www. google.az

Publisist


394

Milli ədəbiyyat 

130 

illiyi

Əliabbas Müznib   

1883-1938 

2013

Əliabbas Mütəllib oğlu  Əhmədov 

(Əliabbas Müznib) 1883-cü ildə Bakı 

şəhərində anadan olmuşdur. 

Kiçik yaşlarından  şeirə böyük ma-

raq göstərmiş, bu həvəs onu Bakıda 

1880-ci illərdən fəaliyyət göstərən 

“Məcmə 


üş-şüəra”ya gətirmişdir. 

Məhəmmədağa Cürmünün rəhbərlik 

etdiyi, sonralar isə Sürəyyanın davam 

etdirdiyi bu ədəbi dərnəkdə  Əliabbas 

şeir texnikasını mənimsəmişdir. 

1913-cü ildə Romanovlar süla-

ləsinin hakimiyyətə  gəlməsinin 300 

illiyi münasibətilə elan olunmuş am-

nistiya ömürlük Sibirə sürgün edilmiş 

Müznibə  də  şamil edilmişdir. Lakin 

ona qəzet-jurnal çap etməyə icazə 

verilmədiyindən savadsız qardaşı 

Əbülfəzin adına icazə alaraq 1914-

cü ildə ictimai-siyasi, ədəbi “Dirilik”, 

1915-ci ildə satirik “Babayi Əmir” jurna-

lını nəşr etməyə başlamışdır. Kərbəlayı 

Vəli Mikayılov, Məhəmmədəli Rəsul-

zadə, Abbas Kazımzadə, Seyid Hüseyn 

və b. məsləkdaşları ilə birlikdə Müsavat 

partiyasının formalaşmasında  əlindən 

gələni əsirgəməyən naşir “Dirilik” jur-

nalını, “partiya”nın tribunasına çevir-

mişdir. Məmmədəmin Rəsulzadənin də 

bir çox siyasi məqalələri bu jurnalda 

çap olunmuşdur. 

Bolşevik və erməni silahlılarının 

1918-ci ilin martında müsəlmanları 

kütləvi qırmasından bəhs edən “Mart 

hadisələri”, məşhur Ənvər Paşaya həsr 

etdiyi kitabça böyük maraqla qarşılan-

mışdır. 

Ədəbiyat tariximizin öyrənilmə-

sində böyük xidmət göstərən   Ə.Müznib 

1928-ci ildə XIX əsr Azərbaycan 

ədəbiyyatı seriyasından “Nakam 

(seçmə parçalar)”, “Aşıq Pəri və onun 

müasirləri” kitablarını  nəşr etdirmiş-

dir. Tərtib etdiyi “Natəvan”, “Sabir”, 

“Abbas Səhhət”, “Hacı Seyid Əzim 

Şirvani” və onlarla başqa kitablara yaz-

dığı ön sözlər, çap etdirdiyi məqalələr 

ədəbiyyatşünaslığımıza gözəl töhfədir. 

Onlarca şairimizin əsərlərini toplamış, 

elmi məqalələr yazmışdı. Nəşriyyatla 

Məhəmməd Hadinin, Molla Pənah 

Vaqifin, Cəfər Cabbarlının  əsərlərinin 

tərtibi və  nəşrə hazırlanması haqqın-

da müqavilə bağlamışdı. Lakin onları, 

eləcə də üzərində işlədiyi neçə-neçə ki-

tabı, yazmış olduğu məqaləni çap etdirə 

bilməmiş, bir çoxu da həbs zamanı itib 

batmışdı. 

1936-cı il dekabr ayının 12-də 

Əliabbas Müznib həbs edilmişdi. 

Xəstəlik və  işgəncələrə  məruz qalmış 

Əliabbas Müznib 1938-ci il avqus-

tun 28-də Sovetlər Birliyinin ən uzaq 

şəhərlərindən biri olan Vladivostokda-

kı xüsusi həbs məntəqəsində  vəfat et-

mişdir.



Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   493   494   495   496   497   498   499   500   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin