393
Milli ədəbiyyat
135
illiyi
Əli Nəzmi
1878-1946
2013
Əli Məhəmməd oğlu Məmmədzadə
(Əli Nəzmi) 1878-ci ildə Yelizavetpol
(Gəncə şəhəri) yaxınlığındakı Sarov
kəndində yoxsul ailədə doğulmuş-
dur. İbtidai təhsilini mollaxanada al-
mış, sonra rus-tatar məktəbində oxu-
muşdur. Atasının vəfatından sonra
güzəranı ağır keçdiyindən doğma yur-
du tərk edib, iki il Orta Asiyanın Bu-
xara və Səmərqənd şəhərlərində tacir
dükanında şagird olmuşdur. Mütaliə
yolu ilə təhsilini artırmış, klassik Şərq
ədəbiyyatını dərindən öyrənmişdir.
“Bikəs” təxəllüsü ilə şeirlər də yaz-
mışdır.
Ədəbi fəaliyyətə 1904-cü ildə
“Şərqi-rus” qəzetində dərc etdirdiyi
“Kənddə ibtida” adlı ilk şeiri ilə baş-
lamışdır. 1905-1907-ci illərin inqilabi
hərəkatı onun yaradıcılığında dönüş ya-
ratmış, satirik şeirlərini “Məşədi Sijim-
qulu”, “Kefsiz” və s. gizli imzalarla çap
etdirmişdir. “Molla Nəsrəddin” ədəbi
məktəbinin görkəmli nümayəndəsi
kimi tanınmışdır. Felyeton və sati-
rik şeirləri satirik-yumoristik jurnal-
larda, xüsusən “Molla Nəsrəddin”
jurnalında müntəzəm çap olunmuş-
dur. “İstibdad”, “Qorxuram”, “Ola-
caqmı”, “Sizə nə”, “Ey füqəra”, “Od
tutub odlandı vətən” və s. şeirlərində
mütləqiyyətə, müstəmləkəçilik siya-
sətinə, dini fanatizmə və geriliyə qar-
şı azadlıq ideyalarını təbliğ etmişdir.
Doğma kəndində təqib olunduğuna
görə ailəliklə Gəncəyə köçmüş, bu-
rada xırda ticarətlə məşğul olmuşdur.
Eyni zamanda öz satirik şeirlərini
gizli imzalarla (“A.S.Əlidəyənəkli”,
“Həcamətverdi”, “Sərsəri”, “Qana-
caqsız”, “Şəmşir”, “Şəmşirək”, “Peşi-
man qoca”, “Gəncə cavanları”, “Müt-
şair”, “Şallax”, “Kav-mahi”, “Qoca
zığ-zığ”, “Papiros-çəkən” və s.) çap
etdirmişdir. Azərbaycanda Sovet
hakimiyyəti yarandığı ilk gündən yeni
cəmiyyətin tərəfdarı kimi fəaliyyət
göstərmişdir. O, 1924-1926-cı illərdə
Gəncə məktəblərində müəllimlik et-
miş, sonra “Yeni Gəncə” qəzeti re-
daksiyasında çalışmış, 1926-1931-ci
illərdə Bakıya köçərək “Kəndli” qəzeti
və “Molla Nəsrəddin” jurnalı redaksi-
yasında məsul katib vəzifəsində ça-
lışmışdır. Sonra təqaüdə çıxmış, həm
də “Yeni yol”, “Kommunist” qəzeti
redaksiyalarında müxtəlif vəzifələrdə
işləmişdir.
İkinci Dünya müharibəsi dövründə
alman faşizminə qarşı kəskin sati-
rik əsərlərlə çıxış etmişdir. Nizami,
Firdovsi, Krılov kimi sənətkarlardan
tərcümələr etmiş, eyni zamanda
qiymətli ədəbi-tənqidi məqalələr yaz-
mışdır. “Keçmiş günlər” (1944) adlı
mənzum xatirəsi XX əsr Azərbaycan
ədəbiyyatı və mətbuatını öyrənmək
üçün maraqlı mənbə hesab edilir.
Əli Nəzmi 1946-cı il yanvar ayının
4-də Bakıda vəfat etmişdir.
Dostları ilə paylaş: