Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə499/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   495   496   497   498   499   500   501   502   ...   538
Ə d ə b i y y a t

Əsərləri [Mətn]: 2 

cilddə      /Aşıq Hüseyn 

Bozalqanlı /elmi red. 

M.Qasımlı, Q.Paşayev; tərt. 

ed. F.Quliyev, Ə.Quliyev; 

rəyçi T.Bünyadov, V.Cəfər, 

B.Baba.- Bakı: Nurlan, 

2008.- C.1: Şeirləri.- 296 s.; 

C.2.- 287 s.

Dastanlar, hekayətlər  

[Mətn]/A. H. Bozqanlı; top-

layanı, tərt. ed., və on sözün 

müəllifi. R.Şəmşad.- Bakı: 

Yazıçı, 1987.- 173 s.

Qasımova, S. Hüseyn 

Bozalqanlının poetik irsi 

[Mətn]   /S.Qasımova; elm. 

red. M.Qasımlı.- Bakı: Elm 

və təhsil, 2012.- 173 s.

Nərimanoğlu, M. Das-

tanlarda izi qalan ustad 

[Mətn] /M.Nərimanoğlu                        

//Azərbaycan.- 2010.- 28 

noyabr.- S.6.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

azab.az

Aşıq


396

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq

480

 illiyi

Sadiq bəy Əfşar      

1533-1613            

2013

Sadiq bəy  Əfşar 1533-cü ildə 

Təbrizdə türk-əfşar tayfasına mənsub 

olan  əsilzadə bir ailədə doğulmuş  və 

hələ uşaqlıqdan poeziya və rəssamlıqla 

maraqlanmışdır. 

O, öz təhsilini artırmaq  fikrinə 

gələrək, böyük rəssam Behzadın bir 

qohumuna  şagird durur. Öz sözlərinə 

görə: “hansı işdən yapışırdımsa, mənə 

sadə və asan gəlirdi. Ən böyük arzum 

Behzadın sənətinə yiyələnmək idi... 

Buna görə də, özümə Behzada bərabər 

bir ustad axtarırdım. Nəhayət, açıq 

ürəkli, dövründə tayı olmayan bir us-

tad tapdım ki, o da sənəti Behzad fır-

çasından öyrənmişdi.”

Müzəffər  Əlinin yanında keçirdi-

yi təhsil illərində Sadiq bəy həm də 

Astrabad türkmənləri ilə döyüşlərdə 

özünün cəsurluğu və hünərvərliyi ilə 

şöhrət qazanır. Öz xarakterinin bu 

cizgilərini Sadiq bəy, Azərbaycan və 

türkmənşəli olması ilə əlaqələndirirdi. 

Həmişə deyərmiş ki, “türklüyümü gözə 

çarpdırmaqla və  qızılbaş  ənənələrinə 

sədaqət göstərməklə özümü cəsur və 

qorxmaz sayır və zamanımın cəsur 

adamlarından heç kimi özümə tay 

bilmirəm.”

Səkkizillik təhsil müddəti havayı 

keçmir. Müasirlərinin yazdığına görə, 

Sadiq bəy “nəhayət, böyük uğurlar 

qazanır və tayı-bərabəri olmayan incə 

fırçalı miniatür rəssamına çevrilir, onu 

saraya dəvət edirlər. II Şah  İsmayılın 

dövründə Sadiq bəy şah kitabxanasının 

nəzdindəki emalatxanalarda işləmiş, 

Şah Məhəmməd Xudabəndənin (1578-

1587) zamanında isə vaxtilə  həmin 

məşhur kitabxananın rəhbəri olmuş 

və bu münasibətlə özünü “Sadiq-

Kitabdar” adlandırmış, həmin kitab-

xanaya dahi miniatürçülərdən Behzad 

və Sultan Məhəmməd rəhbərlik etmiş-

di. Bu kitabxana əsl incəsənət akade-

miyası olmuşdu. Buradakı emalatxa-

nalarda kitabların üzü köçürülmüş, 

miniatürlər yaradılmış, rəng və kağız 

istehsalının texnologiyası  işlənib ha-

zırlanmış, bədii cəhətdən kamil cildlər 

düzəldilmişdi. Eyni zamanda, burada 

xəttat, ornamentalist (nəqqaş), qızıl 

suyuna çəkmə (müzəhhib), rəngkar 

(müsəvvir), karton (səhhaf) və  dəri 

cildləmə (mücəllid) üzrə kadrlar ha-

zırlanmışdır.

Azərbaycanın zəngin istedad-

lar kəhkəşanında Sadiq bəy  Əfşar 

ən parlaq ulduzlardan biridir. O, öz 

qabiliyyətini yalnız təsviri sənətdə 

deyil, xəttatlıqda (onun adı  Şah Ab-

basın sarayındakı  xəttatlar sırasın-

da xatırlanmışdır), musiqidə,  şeir və 

nəsr sahələrində, tarixi salnamə  və 

təzkirəçilikdə də sınamış və yaradıcı-

lıq uğurları qazanmışdı.

Böyük sənətkar Sadiq bəy  Əfşar 

1613-cü ildə İsfahanda vəfat etmişdir.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   495   496   497   498   499   500   501   502   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin